Qadın
Məşhur model: “Qadınlara qarşı cinayətlər bütün sərhədləri aşır” - VİDEO
Keçən il İslamı qəbul edən Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova İnstaqramda din və məişət zorakılığı ilə bağlı böyük yazı yazıb.
Publika.az xəbər verir ki, ulduzun İslam dini barədə fikirləri diqqət çəkib.
“Özümü məişət zorakılığının səfiri etmirəm, lakin bu məsələnin sosial şəbəkələrdə döyülən qadının videosu yenidən gündəmə gələndə deyil, indi müzakirə olunmasını istəyirəm. Biz bunları ictimailəşdirməliyik. Cəmiyyət və media Özbəkistanda baş verənlərə diqqət yetirməyə məcbur edib. Bu artıq böyük bir addımdır! Çoxları hesab edir ki, hökumət heç nəyi dəyişməyəcək, çünki problem mentalitet və mədəniyyətdədir. Din isə onun tərkib hissəsidir.
Stereotiplər üzərində düşünməməyə dəyər, din və inanc qadınlara qarşı zorakılığı təşviq edə bilməz. Mənə izah edin ki, qadına hörmət və sevgini təbliğ edən bir dində qadına qarşı zorakılıq necə ola bilər? Bu dinin problemi deyil, cəmiyyətin problemidir. İddia edirəm ki, məişət zorakılığını cəmiyyət yaradır, din deyil. Qadınlara qarşı cinayətlər coğrafi və mədəni sərhədləri aşır”, - model yekunda vurğulayıb.
Qeyd edək ki, Anastasiyanın bu paylaşımına səbəb bir müddət əvvəl Özbəkistanda toyda gəlinlə bəy arasında keçirilən yarışda yaşanan hadisə olub. Gəlinin qalib gəlməsini həzm edə bilməyən bəy onu hər kəsin gözü qarşısında vurub. Qısa müddətdə sosial mediada yayılan video kəskin etirazlara səbəb olub. Sonradan məlum olub ki, kişi həyat yoldaşından və ailəsindən üzr istəyib, yeni evlənənlər barışıb, zərərçəkmiş ərizəsini geri götürdüyündən xuliqanlıq faktı ilə bağlı açılmış inzibati iş bağlanıb. Vəziyyəti pisləyənlər arasında Özbəkistan prezidentinin qızı da olub.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


