Qadın
İlin ən nüfuzlu qadınları seçildi - Siyahıda birinci odur
“British Vogue” moda jurnalı ilin ən nüfuzlu 25 qadınını seçib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda həyatın müxtəlif sahələrində uğur qazanan görkəmli qadınlar yer alıb. Buraya təkcə məşhurlar deyil, həm də siyasi fəallar, eləcə də ağlasığmaz sınaqlardan keçmiş və ən çətin həyat vəziyyətlərində dözümlülük nümayiş etdirmiş qadınlar da daxil olub.
Məsələn, dizayner Viktoriya Bekemin böyük oğlunun toyunda öz brendinə məxsus paltar geyinməsini jurnalın redaktorları ilin mühüm dəb hadisələrindən biri kimi qiymətləndirib. “Net-a-Porter” pərakəndə satış mağazası bu paltarın oxşarlarının satışında 200 faiz artım qeydə alıb.

Siyahıda bu il taxta çıxmasının 70 illik yubileyini qeyd edən Kraliça II Yelizaveta da var. Kral ailəsi üçün təlatümlü bir dövrdə Kraliçanın 70 illiyinin qeyd olunması onun həm ölkədə, həm də xaricdə davamlı və sarsılmaz populyarlığının sübutu idi.
Kino sənayesini “Killing Eva”nın ulduzu Codi Komer və Emma Tompson təmsil edir. Tompson cinsi məmnunluq axtarışında olan və gənc seks partnyorun xidmətindən yararlanan 60 yaşlı qadını canlandırır.

İdmançılar arasında tennisçi Emma Radukanu yer alıb. Siyahıda moda sənayesindən təkcə Viktoriya Bekhem qərarlaşmayıb. “Vogue” redaktorları eyni adlı brendin yaradıcısı Nensi Dojaka və “Chanel”in baş direktoru Lina Nairi də qeyd ediblər.
Siyahıya müxtəlif fəallar da daxildir: qadınlara qarşı zorakılıqla mübarizə aparan Cebina Yasmin İslam, qadınların menopoz haqqında daha çox məlumat əldə edə biləcəyi internet saytı açan Mariella Frostrup, İrandan Böyük Britaniyaya qayıdan Nazanin Zagari-Ratkliff.
İlin ən nüfuzlu qadınları arasında “Carat” ordeni ilə təltif edilən ilk qaradərili qadın - Baronessa Valeri Amos və Ukraynaya kömək etmək üçün xeyriyyə aksiyası keçirən aşpaz və yemək-blogeri Olya Herkules də var.

Aytən Məftun
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































