Qadın
İdman etməyən qadının 6 səhvi
İdman salonlarında məşhurların, arıq qızların mükəmməl bədənlərinə baxırsan və başa düşürsən ki, mükəmməl “fiqura” axtarışı onlar üçün çoxdan həyat tərzinə çevrilib. Arıqlamaq üçün saatlarla məşq edən qızlar həmişə gözəl və incə olurlar. İdman etməyənlər orta səviyyədə yeməyə çalışsa da, tez-tez şikayətlənirlər ki, bədənlərini ideal parametrlərə uyğunlaşdıra bilmirlər. Deməli, hardasa səhv edirsiniz və fərqinə varmadığınız vərdişlər var. Demək olar ki, idmanla məşğul olmayan bütün xanımlar bu səhvlərə yol verirlər. Bu yazıda qadınların sağlamlığına zərər verən və köklüyə aparan vərdişlərdən danışacağıq.
Publika.az oxucuları köklüyə səbəb olan 6 səhvlə tanış edir.
1. Suyu az içirsiniz
Hər gün nə qədər su içirsiniz? Çoxları düşünür ki, qəhvə, çay və ya digər içkilərin tərkibindəki maye də bədəndəki su balansını təmin edir, amma bu belə deyil. Buradan müvafiq olaraq ödem və dehidrasiya baş verir. Bu zaman arıqlamaqdan söhbət gedə bilməz. Odur ki, bu vərdişinizi dəyişin, yeməkdən yarım saat əvvəl və ya yemək vaxtı bir stəkan adi su için.
2. Az yuxu
Şəhər həyatı bizi maksimum məhsuldar olmağa məcbur edir, bəzən vacib işlərimizi bitirmək üçün istirahət və yuxudan vaz keçirik. Sutkada ən azı 7-8 saat yatmırsınızsa, bu, orqanizmə son dərəcə mənfi təsir göstərir. Bilirsinizmi ki, gənclik hormonlarının istehsalı yuxuda baş verir? Yuxu rejiminə fikir verin ki, orqanizm eyni vaxtda oyanmağa və yuxuya getməyə, o cümlədən cədvəl üzrə hormonların istehsalına alışsın.
3. Mağazaya siyahısız getmək
İşdən qayıdarkən dükana girib ərzaq məhsulları almağın nəyi pisdir? Amma məlum olub ki, bu pis vərdiş bizi “kortəbii köklüyə” sövq edir. Əhvalınızdan və ya istəyinizdən asılı olaraq, özünüzü sevindirmək üçün qeyri-sağlam yeməklər, süni məhsullar seçə bilərsiniz. Fəstfud, şirniyyat və ya qəlyanaltılar çəkinizə mənfi təsir göstərəcək. Bundan əlavə, bu cür kortəbii bazarlıq cibinizə də ziyan vuracaq. Mağazaya siyahı ilə getsəniz, daha az vaxt sərf edəcək, lazımsız və zərərli şeylər almaq ehtimalını da azaldacaqsınız.
4. Ekran qarşısında qidalanma
Ekran qarşısında yemək demək olar ki, hər kəsin əziyyət çəkdiyi ən zərərli vərdişlərdən biridir. Yaxud, yeməyə vaxtımız olmadığından naharı şirniyyatla ötüşdürməyə çalışırıq. Əslində, belə davranış bizi daha tez-tez yeməyə vadar edir. Nahardan çox keçmədən yenidən aclıq baş qaldırır... Və bu, çəkinin artmasına səbəb olur. İşdən ayrılmağa çalışın və yeməyin dadını, qoxusunu hiss etmək, ondan ləzzət almaq üçün nahara ən azı 30 dəqiqə vaxt ayırın.
5. Kifayət qədər meyvə və tərəvəz yemirsiniz
Vitaminlər ilin istənilən vaxtında orqanizmə lazımdır, onların çatışmazlığı və ya qeyri-kafi miqdarda olması təbii ki, sağlamlığınıza mənfi təsir göstərəcək. Bədənin gəncliyini və gözəlliyini qorumaq istəyirsinizsə, bitkilər ideal olaraq rasionun yarısını təşkil etməlidir. Həm çiy, həm də bişmiş meyvə və tərəvəzləri müntəzəm olaraq yeməyə çalışın. Səhər meyvələrə, axşam isə tərəvəzlərə üstünlük verin.
6. Ağır pəhrizlər
Güzgüdə əksini sevməyən qadının özünü bir çox qidalardan məhdudlaşdırması klassik taktikadır. Əslində pəhrizdə belə bir radikal dəyişiklik bədən üçün güclü bir stressdir. Adi məhsulların əksəriyyətindən imtina stressi yalnız artırır. Buna görə nəticədə hormonal pozğunluqlar baş verir və ya çəki sadəcə dayanır. Çünki bədən ehtiyat üçün hər şeyi yığmağa çalışır, qənaət rejiminə keçir. Tərəvəz və zülalın həcmini artıraraq, lazımsız qidaların miqdarını tədricən azaltmaq daha yaxşıdır. Müntəzəm məşqlərə başlayın, normadan artıq yeməkdən çəkinin və nəticəni görəcəksiniz. Dərinin və əzələlərin boşalma riski daha az olacaq, çünki hər zaman istədiyinizi yeyə bilərsiniz.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





