Qadın
Məşhur milyarderdən boşanan vəkilə nə qədər sərvət qalacaq? - FOTO
Məşhur milyarder Sergey Brin həyat yoldaşı Nikol Şanahandan boşanmağa qərar verib. “Bloomberg”in məlumatına görə, Brin yanvarın əvvəlində boşanmaq üçün məhkəməyə müraciət edib, Sergey boşanmaya səbəb olaraq “barışmaz fikir ayrılıqlarını” göstərib. Bununla belə, “The Wall Street Journal”ın mənbələri belə bir versiya irəli sürüb ki, 2021-ci ilin payızında İlon Maskın Brinin arvadı ilə qısa münasibəti olub və ayrılığın əsas səbəbi də budur. İlon Mask yayılan xəbərləri təkzib etsə də, cütlük barışmaq niyyətində deyil.
Publika.az oxucuları milyaderin keçmiş vəkil xanımı haqqında maraqlı faktlarla tanış edir.
“Business Insider” nəşrinin yazdığına görə, cütlük ortaq səhmlərə sahibdir və məhkəmə prosesində bu səhmlər onlar arasında bölünəcək. Bundan əlavə, Brin iki yaşlı qızının Nikolla ortaq qəyyumluğunu tələb edir. Nəşrin dərc etdiyi sənədlərdə deyilir ki, tərəflərin mülkiyyət hüquqları və ya öhdəlikləri ilə bağlı bütün məsələlər yazılı razılığa əsasən, məxfi şəkildə həll olunacaq.

Sergey Brinin sərvəti hazırda 94 milyard dollar həcmində qiymətləndirilir və o, dünyanın ən varlı adamları reytinqində altıncı yerdədir. Şayiələrə inansaq, sahibkar və xanımı kifayət qədər mehriban şəkildə ayrılırlar, yəni boşandıqdan sonra Nikol da nikah müqaviləsinə əsasən, ən azı bir neçə milyard dollar alacaq.
Bununla belə, Nikol sadəcə milyarderin arvadı deyil, Brindən bir sent də almasa belə pulsuz-parasız qalmayacaq. O, müstəqil iş qadınıdır və maliyə cəhətdən sıxıntısı yoxdur. Şanahan Santa Klara Universitetinin Hüquq Məktəbində hüquqşünaslıq fakültəsi üzrə təhsil alıb, Pyucet Saund Universitetində iqtisadiyyat üzrə dərəcəsi var və Stenford Universitetində Hüquq İnformatika Mərkəzində təhsil alıb. Hələ tələbə ikən hüquq sahəsində proqram təminatının hazırlanması üzrə ixtisaslaşan “ClearAccessIP” startapını işə salıb. Brin ilə evləndikdən sonra Nikol reproduktiv sağlamlıq probleminə çox diqqət yetirməyə başlayıb. O, bu sahədə tədqiqatlara fəal sponsorluq edən “Bia-Echo Fondunu” təsis edib.

Xatırladaq ki, bu, dünyanın altı nömrəli milyarderinin ilk nikahı deyil. Sergey Brin 34 yaşlı Nikol Şanahanla 2019-cu ildə ailə həyatı qurub. Evlənməzdən əvvəl cütlük təxminən üç il sevgili münasibətlərində olub. Brin ondan əvvəl “23andMe”nin həmtəsisçisi Anna Voyjitski ilə evli (2007-2015-ci illər) idi, onların 13 yaşında Benji adlı oğlu, 11 yaşlı Xloya adlı qızları var.
Aytən Məftun
-
Səhiyyə09:41Həkimdən qan azlığına görə dərman atanlara xəbərdarlıq!
-
İdman09:20Arda Turan: "Lvov güclü atəş altında idi və..."
-
Digər09:10Hindistanlılar aldadılaraq Rusiya ordusuna necə cəlb edilirlər?
-
ABŞ08:15ABŞ bu ölkədə antiterror əməliyyatına başladı
-
Nida Xəbər 07:55Azərbaycanda hərbi xidmət müddəti AZALDILACAQ - Ekspert
-
Ekopublika.az06:46Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
-
ABŞ02:18Epşteyn işi ilə bağlı sənədlər YAYIMLANDI
-
Qoroskop01:40Günün ulduz falı: Maraqlı görüşlər baş tutacaq



























