Dünyanın ən varlı xanım milyarderləri necə geyinir? - FOTO
Bizi izləyin

Qadın

Dünyanın ən varlı xanım milyarderləri necə geyinir? - FOTO

Sizcə, XX əsrin ən zəngin xanımları necə geyinir? Görkəmli kutyurelərin son kolleksiyalarından eksklüziv əşyalar, yoxsa burjua qaydalarından özünü tamamilə məhrum olan təvazökar xanım?

Publika.az oxucuları dünyanın ən zəngin qadınlarının stilləri ilə tanış edir. Və sizi əmin edirik ki, bu xanımlar sizi təəccübləndirəcək!

Fransuaza Betankur Myers - sərvəti: 49,3 milyard dollar

2017-ci ilin sentyabrında anası Liliane Bettenkortun ölümündən sonra fransız iş qadınına 39,5 milyard dollarlıq miras alıb.

Elis Uolton - Sərvəti: 44,4 milyard dollar

Sema Uoltonun qızı ABŞ-ın ən varlı qadını hesab olunur. Lakin o, piyada keçidində avtomobili ilə piyadaya xəsarət yetirərək onun ölümünə səbəb olub.

Jaklin Mars - sərvəti: 25,3 milyard dollar

Şokolad batonları istehsal edən şirkətə sahib olan Jaklinin 78 yaşı var və ona bu şirkət atasından miras qalıb. Hazırda şirkətin sahibi olan Jaklin Mars 25,3 milyard dollarlıq sərvətin yiyəsidir.

Süzan Klatten - sərvəti: 21 milyard dollar

Bu xanım Almaniyada ən varlı qadın statusuna sahibdir. Onun hesabında 25,5 milyard dollar dəyərində vəsait mövcuddur. Məhz bu qadın BMW şirkətlər qrupunun 50% səhminə sahibdir. Bundan başqa, o, yerli əczaçılıq müəssəsinin idarəçisidir.

Loren Cobs - sərvəti: 19,2 milyard dollar

58 yaşlı Loren məşur “Apple” şirkətinin sahibi Stivin Cobsun keçmiş həyat yoldaşıdır. Mərhumun ölümündən sonra Stivin Cobsun bütün işlərini həyat yoldaşı öz öhdəsinə götürdü. Ekspertlərin apardıqları hesablamalara görə, hazırda onun sahib olduğu sərvətin dəyərinin təxminən 19,2 milyard dollar olduğu bildirilir.

Ebiqeyl Conson - sərvəti: 15,9 milyard dollar

Ebiqeyl Conson. Bu qadın “Fidelity Investments” holdinq müəssisəsinin sahibidir və apardığı iş üzrə əldə etdiyi nailiyyətlərə əsasən dünyanın ən varlı qadınları sırasına daxil olmağı bacara bilib. Ekspertlərin qiymətləndirməsinə görə, hazırkda bu qadın 15,9 milyard dollarlıq sərvətə sahibdir.

Ayris Fontbona - sərvəti: 15,9 milyard dollar

"Antofagasta" mədən şirkətinin sahibidir. Milyarder Androniko Luksisin dul arvadı Ayris Fontbona bu gün Çilinin ən varlı adamı hesab olunur. "Forbes" jurnalının 2022-ci ildə hazırladığı reytinqə əsasən o, hazırda dünyanın ən varlı 9-cu qadın milyarderidir.

Cina Raynxart - sərvəti: 15,6 milyard dollar

O, avstraliyalı mədən maqnatının varisidir. Raynxartın atası Lanq Hankokun təsis etdiyi özəl mineral kəşfiyyat və hasilat şirkəti - "Hancock Prospecting"in icraçı direktorudur.

Şarlen de Karvalo-Heyneken - sərvəti: 14 milyard dollar

Hollandiyalı milyarder iş qadınıdır və dünyanın ikinci ən böyük pivə istehsalçısı Heineken NV-nin 25% nəzarət səhmlərinin sahibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm