Qadın
Şakiradan gözqamaşdırıcı pozalar - FOTO
Amerikanın “Elle” jurnalının üz qabığına çəkilən 45 yaşlı müğənni Şakira ilk dəfə futbolçu Jerar Pike ilə ayrılığından söz açıb.
Publika.az xəbər verir ki, ulduz çətin günlər keçirdiyini və uşaqlarının qəyyumluğunu almaq üçün mübarizə apardığını deyib. Eləcə də vergidən yayınma ittihamlarının ona pis təsir etdiyini dilə gətirib. O, həyatının bu dövrünü ən qaranlıq mərhələ adlandırıb. Şakira ilk dəfə Pike ilə ayrılığın necə keçdiyi barədə suala belə cavab verib:
“Susdum və hər şeyi düşünməyə çalışdım. İctimaiyyət önündə olan bir şəxs olduğum üçün bu barədə danışmaq mənim üçün çətindir, hələ də gərginəm və ayrılığımız normal bir ayrılığa bənzəmir. Odur ki, təkcə mənim üçün deyil, uşaqlarım üçün də çətin idi. İnanılmaz dərəcədə çətin. Paparazziilər gecə-gündüz evimin qarşısında növbə çəkirlər və mənim evdə uşaqlarla birlikdə onlardan gizlənməyə heç yerim yoxdur. Biz adi bir ailə kimi parkda gəzə, dondurma yeyə və ya paparazzilərsiz heç nə edə bilmərik. Yəni çətindir. Susub uşaqlarımı qorumağa çalışıram, çünki bu, mənim həyatda bir nömrəli missiyamdır. Amma onlar məktəbdə dostlarından nəsə eşidirlər və ya sosial şəbəkədə pis xəbərlərə rast gəlirlər və bu, onları incidir”.
Şakira etiraf edib ki, övladları valideynlərini ayırmaqda çətinlik çəkirlər:
“Mən bacardıqca vəziyyəti onlardan gizlətməyə çalışıram. Və bəzən mənə elə gəlir ki, bütün bunlar pis yuxudur və nə vaxtsa oyanacağam. Amma yox, hər şey həqiqətdir. Həm də başqa bir reallıq var ki, uşaqlarımın atası ilə müqəddəs və özəl hesab etdiyim münasibətimi media vulqar və dəyərsiz bir şeyə çevirir. Bunu görəndə məyusluq keçirirəm. Bütün bunlarla atamın reanimasiyada olduğu müddətdə mübarizə aparırdım. Dediyim kimi, bu, bəlkə də həyatımın ən qaranlıq vaxtıdır. Amma sonra dünyada mənim kimi və ya məndən pis vəziyyətlərdə olan qadınları düşünürəm, çətin günlər tez keçir. Mənim kimi ailə dəyərlərinə inanan, ömür boyu bir ailəyə sahibi olmaq arzusunda olan qadınlar üçün bu xəyalın parça-parça olduğunu görmək başına gələ biləcək ən ağrılı şeylərdən biridir. Amma biz qadınlar dözümlüyük. Bu dözümlülük bizdə anadangəlmədir. Çalışıram ki, öz övladlarıma nümunə olum, onların istədiyi kimi görünüm. Həm də mənə sevgisini və dəstəyini göstərən bütün insanlara yaxın olmaq istəyirəm. Bu, hazırda mənim ən böyük gücüm və ən güclü mühərrikimdir”.
Şakira Pikenin mətbuatda yayılan xəyanət xəbərlərini isə şərh etməyib.
“Bu təfərrüatlar çox şəxsidir, ən azı hər şey çox təzə və yenidir. Bircə onu deyə bilərəm ki, bu münasibətə və ailə üçün əlimdən gələn hər şeyi etdim”, - ulduz qeyd edib.
Jerar Pikedən 10 yaş böyük olan Şakira sevgilisinə idman karyerasında dəstək olmaq üçün müəyyən fədakarlığa və güzəştə getdiyinə diqqət çəkib:
“İkimizdən biri nəyisə qurban verməli idi. Ya o, “Barselona” ilə müqaviləsini ləğv edib mənimlə ABŞ-a köçməli, ya da mən bunu etməliydim. Beləliklə, ikisindən biri bu səyi göstərməli və bu fədakarlığı etməli idi. Mən bunu etdim, karyeramı arxa plana atdım, futbol oynaya və titullar qazana bilməsi üçün onu dəstəkləmək üçün İspaniyaya köçdüm. Və bu sevgim uğrunda verdiyim bir qurban idi”, - Şakirayekunda bildirib.
Xatırladaq ki, Şakira və Jerar Pike 11 il birlikdə olublar, onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa. Cütlük rəsmi nikahda olmayıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO