Vannada ölü tapılan məşhurun faciəvi həyat hekayəsi
Bizi izləyin

Qadın

Vannada ölü tapılan məşhurun faciəvi həyat hekayəsi

Uşaq ikən ciddi psixoloji travma alır və həyatının sonuna qədər bundan xilas ola bilmir. Dünyada çox az adamın sahib ola bildiyi şan-şöhrəti yaxalayır, milyonların sevgisini qazanır. Amma bütün bunlar ona xoşbəxtlik əvəzinə bədbəxtlik və ağrı-acı gətirir. Səhnə həyatı nə qədər parıltılı görünsə də, şəxsi həyatı bir o qədər uğursuz və səhvlərlə dolu idi. Söhbət 48 yaşında otel otağında ölü halda tapılan dünya şöhrətli musiqiçi Uitni Hyustondan gedir.

Publika.az oxucuları ulduzun həyat hekayəsi ilə tanış edir.

Publika.az xəbər verir ki, müğənni barəsində bir çox faktlar 2018-ci ildə lentə alınan sənədli filmdə üzə çıxıb. Sözügedən ekran işində Hyustonun köməkçisi Meri Cons müğənninin ondan 18 yaş böyük olan əmisi oğlu Di Di Uorvikin qıza təcavüz etməsindən danışıb. Hyustonun qardaşı Qari də həm özünün, həm də Uitninin uşaq ikən qohumları tərəfindən zorakılığa məruz qaldığını iddia etsə də, konkret ad verməyib.

Bu hadisə çox güman ki, Uitni və Qarinin anası Sissi Hyuston qastrol səfərində olanda baş verib. Ulduza yaxın mənbələrin sözlərinə görə, elə buna görə də, Hyuston qızı - Bobbi Kristina Braunu bütün qastrol səfərlərinə özü ilə aparıb. Cons həmçinin Uitninin narkotik maddələrdən asılılığını da uşaqlıq travması ilə əlaqəli olduğunu iddia edib.

Уитни Хьюстон

Narkotik maddə asıllığı

İnsayderlər iddia edirlər ki, Uitni Hyuston gələcək həyat yoldaşı Bobbi Braunla tanışlıqdan xeyli əvvəl narkotik maddələrdən istifadə etməyə başlayıb. Uitninin stilisti Ellin Lavar bildirib ki, müğənniyə narkotiklərdən istifadəni qardaşları öyrədib. Hyustonun böyük qardaşı Maykl da müsahibəsində günahkar olduğunu etiraf edib.

Lavarın sözlərinə görə, o, müğənnini müalicəyə razı salmağa çalışsa da, bütün cəhdləri boşa gedib. Uitninin cangüdəni David Roberts isə ulduzun həddindən artıq narkotik maddə qəbul etməyə başladığını komandasına xəbər verdiyi üçün işindən olub.

Başgicəlləndirici şöhrət

Уитни Хьюстон

Uitni şöhrət içində yaşayırdı, lakin belə bir həyat onu iyrəndirdi. O, əsl mənliyi ilə heç bir əlaqəsi olmayan bir rol oynamağa məcbur olduğunu düşünürdü. Tamamilə özü ola bilməmək onun üçün dəhşətli bir yük idi. Tanışları və yaxınları ulduz haqqında danışarkən deyirdi ki, yaxşı və güclü görünməyə çalışsa da, şəxsi problemləri, çətinlikləri və daxili özgüvənsizliyini gizlədə bilmirdi. Üstəlik, Hyuston əfsanəvi prodüser Klayv Devislə müqavilə bağladıqdan sonra onun dediyini etməli, onun dediyini geyinməli, onun istədiyi kimi oxumalı və yaxşı qadın obrazında olmalı idi. O, şübhəsiz ki, bundan narazı idi, lakin onun qaydaları ilə oynamağa məcbur idi.

Çox güman ki, onun narkotik aludəçiliyində bu da rol oynayıb. Ailə dostlarının sözlərinə görə, Uitninin narkotik asıllığı onun qüsursuz imicinə və onu idarə etməyə çalışan insanlara qarşı üsyan formasıdır. Ancaq bu, zaman keçdikcə daha da pisləşən bir asılılığa çevrildi. Ulduzun köməkçiləri ona istədiyini etməyə icazə verirdilər. Qorxurdular ki, əgər o, ona nəyisə qadağan etsələr, onları işdən çıxarar.

Ailə həyatı

Uitninin əri Bobbinin kitabında yazdığına görə, onlar kiçik qızları Bobbi Kristina Braunun yanında belə narkotik maddə istifadə etməkdən çəkinməyiblər. Ulduz hamilə olarkən aludəçiliyindən əl çəksə də, doğuşdan sonra hər şey yenidən başlayıb.

“Qızımız bu qarışıqlığın içində böyüdü. O, tez-tez anasının və atasının özündə olmadığı görür və bütün bunlar baş verəndə bizim yanımızda olurdu. Ondan uzaq durmağa çalışdıq, ancaq onu ayıq olanda görmək bizim üçün çətin idi. Bu, uzun illər davam etdi. Qızımız hər şeyi gördü. İndi bu barədə düşünəndə sadəcə böyük bir ağrı hiss edirəm”, - Braun kitabında qeyd edib.

Уитни Хьюстон

Həyat yoldaşları dəfələrlə bir-birlərinə xəyanət ediblər. Braunun sözlərinə görə, ilk aldadan tərəf Uitni olub. Əri ulduzun bir çox prodüser və sənətçi ilə intim əlaqədə olduğunu iddia etsə də, konkret ad çəkməyib. Cütlüyün evliliyinin dağılmasına Braunun qısqanclığının səbəb olduğu deyilir. 1992-ci ildə Hyustonu çox məşhur edən “The Bodyguard” filmi çıxanda o, ərini tərk edib.

David Roberts ulduzun başına gələn bütün bədbəxtliklərdə Braunu günahlandırır. O, iddia edib ki, Braun həyat yoldaşını təhqir etsə, döysə də sonda hər şey barışıqla nəticələnib. Onun fikrincə, müğənni Braunla barışmasaydı, indi sağ və salamat ola bilərdi.

Уитни Хьюстон и Бобби Браун

Бобби Браун и Уитни Хьюстон

Mübahisəli evlilik 2007-ci ildə başa çatdı, cütlük rəsmən boşandı, qızlarının qəyyumluğu Hyustonda qaldı. Ulduz narkotiki atmağa və yenidən müalicə almağa çalışsa da, təəssüf ki, bu ona kömək etmədi.

Qadağan olunmuş münasibət

Ərindən boşandıqdan sonra çox keçmir ki, Uitni Hyustonun rəfiqəsi və köməkçisi Robin Kroufordla münasibətdə olduğu haqda şayiələr yayılır. Bobbi Braunun kitabında yazdığına görə, həyat yoldaşı biseksual idi. Uitninin özü isə Kroufordla əlaqəsini həmişə inkar edib.

Uitninin keçmiş cangüdəni Kevin Ammonsun dediyinə görə, Uitninin valideynləri onun rəfiqəsi ilə münasibətini bəyənmirdilər. O, bildirib ki, bir dəfə ulduzun atası Robini qorxutmaq üçün ona 6 min dollar təklif edib, lakin Kevin bundan imtina edib. Hyustonun anası isə Opra Uinfriyə verdiyi müsahibədə ulduzun Robini həqiqətən sevmədiyini söyləyib.

Робин Кроуфорд и Уитни Хьюстон

2019-cu ildə Krouford “A Song For You: My Life With Whitney Houston” adlı xatirə kitabını buraxdı və burada ilk dəfə müğənni ilə münasibəti haqqında ətraflı açıqlamalar verdi. O, ulduzla uşaq düşərgəsində işləyərkən tanış olduqlarını yazıb. O zaman Uitninin 17, Robinin isə 19 yaşı olub. Robinin sözlərinə görə, onların romantik münasibətləri uzun sürməyib. Hyuston dostuna İncil verib və romantik münasibətlərin onların həyatını daha da çətinləşdirə biləcəyini izah edib.

Krouford həmçinin Hyustonun anasının bu münasibəti ona görə bəyənmirdi ki, qadınlar üçün qədər yaxınlığın “qeyri-təbii” olduğunu hesab edirdi. “Biz heç vaxt lezbiyan və ya gey kimi etiketlərdən danışmamışıq. Biz sadəcə həyatımızı yaşadıq və bunun əbədi davam edəcəyinə ümid edirdim. Uitni bilirdi ki, onu sevirəm, onun da məni sevdiyini bilirəm. Biz həqiqətən bir-birimizin hər şeyi idik. Biz bir-birimizi dəstəkləyəcəyimizə söz verdik”, - Robin yazıb.

Ölüm

Уитни Хьюстон

2012-ci il fevralın 11-də Uitni Hyuston Qremmi mərasimindən əvvəl Beverli Hillsdəki otel nömrəsinin vanna otağında huşsuz vəziyyətdə tapıldı. Onu xilas etmək mümkün olmadı. Ölümün səbəbi olaraq suda boğulma, ürək xəstəlikləri və narkomaniya göstərildi.

Bobbi Kristina Braun

Məşhur anasının faciəli taleyini qızı Bobbi Kristina Braun da yaşadı. 31 yanvar 2015-ci ildə ögey qardaşı və əri Nik Qordon onu öz evindəki vanna otağında huşsuz vəziyyətdə tapdı. Ona beyin zədəsi diaqnozu qoyuldu. Ulduzun qızı komada cəmi bir neçə ay yaşadı. Lakin onun səhhəti pisləşməyə başladı və iyul ayında dünyasını dəyişdi.

Ник Гордон и Бобби Кристина Браун

Məhkəmə-tibbi ekspertiza göstərdi ki, Bobbi Kristina Braunun ölümünün səbəbləri narkotika və boğulmadır. Bununla belə, ölümün təsadüfən və ya qəsdən olub-olmadığı bəlli deyildi. Bədənində qançırlar və çapıqlar olsa da, onların necə yarandığı məlum deyil. İddialara görə, qızın ölümündə ərinin əli olub. Qordon isə sevgilisinin ölümü ilə bağlı bütün ittihamları rədd edib.

Bobbi Kristinanın yaxınları onun Qordonla münasibətini bəyənmir və ünsiyyət qurmağı qadağan etmişdilər. Nənəsi Sissi Hyuston 2013-cü ildə ona açıq məktub yazaraq onunla evlənməməyi xahiş etmişdi. Buna baxmayaraq, cütlük Kristinanın ölümündən bir müddət əvvəl toy etdi.

2015-ci ilin yayında Bobbi Kristina Braunun məhkəmə tərəfindən təyin edilmiş qəyyumu Qordona qarşı milyon dollarlıq iddia qaldırdı. İddia olunurdu ki, həmin faciəli gündə Qordon həyat yoldaşını döyüb, sonra onun bank hesabından pul oğurlayıb. 2016-cı ildə məhkəmə Qordonun əleyhinə qərar çıxardı - Bobbi Kristinanın ailəsinə 36 milyon dollar ödəməli oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm