Qadın
Ancelina Coli iranlı qadınlara belə DƏSTƏK OLDU
Qadının hüquqlarının aktiv müdafiəşisi kimi tanınan ktrisa Ancelina Coli İranda baş verən olaylara biganə qala bilməyib.
Publika.az xəbər verir ki, Hollivud ulduzu sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə başlayan aksiyalara münasibət bildirib.
O, bu barədə fikirlərini instaqramda paylaşıb.
“İranın cəsur, meydan oxuyan, qorxmaz qadınlarına hörmətlə. Onilliklər boyu sağ qalan və müqavimət göstərən hər kəs, bu gün küçələrə axışanlar, Məhsa Əmini və onun kimi bütün gənc iranlılar: Qadınların əxlaqlarının nəzarət olunmasına, yenidən tərbiyə edilməsinə və ya bədənlərinin idarə olunmasına ehtiyac yoxdur. Onlara yaşamaq azadlığı, təhdidsiz və zorakılıqsız nəfəs almaq lazımdır” , - o, paylaşımında yazıb.
Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı daha üç qadın - 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.
-
Magazin222:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı







































