Qadın
100 yaşlı qadın uzunömürlülüyün SİRRİNİ AÇDI
Amerikanın Ueynsboro (Şimali Karolina) şəhərinin sakini Meri Enn Batten 100 yaşını qeyd edib.
Publika.az xəbər verir ki, özünü 70 yaşında hiss etdiyini deyən qadın uzunömürlü olmağın sirlərini bölüşüb. Yubilyar bu yaşa çatmaq istəyənlərə öz məsləhətlərini verib.
Battenin fikrincə, uzun ömür sürməyin sirri sadədir: sadəcə olaraq gündəlik həyatın gözəlliklərindən həzz almağı bacarmaq və sağlam vərdişlərə sahib olmaq lazımdır. “The Washington Post” yazır ki, o, sağlam qidalanır, səhər tezdən durur, gün ərzində hərəkətdə olur.
Qızlarının dediyinə görə, o, səhər saat 6-da oyanır, səhərin çox hissəsini ya bağda, ya da ətrafı qaydaya salmaqla keçirir. Saat 10-da çöl işlərini bitirdikdən sonra Meri Enn vaxtını mütaliəyə həsr edir. 100 yaşlı qadın yalnız keçən ildən gündüzlər yatmaq vərdişi qazanıb. O, ailəsi ilə səyahət etməyi də çox sevir.
Cavanlığından söz açan Batten maraqlı və yaxşı həyat sürdüyünü deyir. O, gənclərə sevinc yollarını tapmağı, bütün problemlərə baxmayaraq, həyatı doya-doya yaşamağa çalışmağı tövsiyə edib:
"Nə olursa-olsun, hər dəqiqənizdən həzz alın".
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































