Qadın
Ölümdən sonra yaşamaq istəyirsinizsə, bunları edin
Türkiyənin ictimai əlaqələr (halkla ilişkiler) sahəsində ilk mütəxəssisi Betül Mardin hesab edir ki, əgər gənc və enerji dolu olmaq istəyiriksə, hər səhər idman etməliyik. 96 yaşlı ustad həyatı boyu qadınları işləməyə və aktiv olmağa səsləyib.
Publika.az oxucuları Betül Mardinin qadınlara 15 məsləhəti ilə tanış edir.
1. Hər səhər idman edin. Günaşırı yox, məhz hər səhər.
2. İşləmək, işləmək, işləmək... Bir peşə sahibi olun. Bu gün sahib olduğunuz mülk sabah olmaya bilər, amma işiniz varsa, həmişə öz ayaqlarınızın üstündə dayanacaqsınız. Nə olursa olsun, hər kəsin işləməsi və özünü dolandırması çox vacibdir. Həmişə işləyin və istehsal edin. Beyniniz məşğul olsun. Hər zaman çatdırmalı olduğunuz işləriniz olsun.
3. Dünyada baş verən yenilikləri izləyin. Xəbərlərə baxın, jurnallar, kitablar, qəzetlər oxuyun. Gündəmi tutun. Özünüzü hər şeydə yeniləyin. Yeni çıxan kitabları, yeni açılan restoranları və bu il dəbdə olan rəngləri bilin.
4. Evlilik vacib deyil, narahat olmayın. Bu, lazım da deyil. Hətta deyərdim ki, problemlərinizin biri azalacaq.
5. O ki qaldı uşaq məsələsinə... Burda axan sular dayanır. Əgər bacarırsınızsa, dünyaya uşaq gətirin. Bir insanı bu qədər sevmək, onun üçün məsuliyyət götürmək təkcə onu deyil, sizi də xoşbəxt edəcək. Doğmaq fikrində deyilsinizsə, övladlığa götürün. O da sənin övladındır, dəyişən heç bir şey yoxdur. Övladlığa götürməsəniz belə, bir uşağı himayənizə alın, onu oxutdurun, gələcəyini formalaşdırmağa kömək edin.
6. Gündə bir dəfə ət yeyin. Hər yeməkdə mütləq tərəvəz və meyvə yeyin. Üzrlü sayın, şirniyyatı sevirəm. Odur ki, "Desertdən uzaq durun!" deyə bilmərəm.

7. Ölümdən sonra yaşamaq istəyirsinizsə, gündəlik tutun. Kiçik qeydlər həm öz həyatınızın şahidi olacaq, həm də sabah üçün məlumat mənbəyidir. Məsələn, atam 60 il boyunca hər gün baş verənləri gündəliyinə yazıb. Hələ də açıb oxuyuram və çox faydalanıram.
8. Pozitiv olun!
9. Müəyyən şeyləri qəbul etməlisiniz. Hər qadının sizi sevməsinin bir yolu yoxdur. Odur ki, bəzi qadınlara diqqət etməlisiniz.
10. Kişilərə gəlincə, eyni anda bir neçəsini sevə bilməzsiniz. Amma onların belə bir istedadı olduğunu unutmayın.
11. Həyata dair planlar qurun və qarşınıza hədəflər qoyun. Təbii ki, hər şey planlaşdırdığınız kimi getməyəcək, planlarınızın pozulduğu nöqtədə yeni marşrutlar təyin edin. İstədiyiniz həyatı yaratmaq və yaşamaq üçün iddialı davranmasanız, başqaları sizi və həyatınızı idarə edəcək və siz bədbəxt olacaqsınız. Həyatınızın sahibi olun.
12. Çıxış yolu tapmağa meylli olun, problemi həll etmək lazımdırsa, məsuliyyəti öz üzərinizə götürün, çətin də olsa, işdən qaçmadan lazım olanı edəcəksiniz.
13. Ailə çox önəmlidir. Həyat nə qədər gərgin olsa da, yaxınlarınızla daim ünsiyyətdə olun.
14. Şəxsi dəyər və prinsipləriniz olmalıdır.
15. Öz qeydinizə qalın, sağlamlığınıza, qidalanmanıza və idmana nəzarət edin.
.jpg)
-
Sosial15:20Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək
-
Dünya14:18Kralın yanında biabırçı hərəkət: Görün Tramp əlini Melaniyanın harasına qoydu - FOTO/VİDEO
-
Sosial13:32Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
-
Nida Xəbər 12:24Əməkdar jurnalistə vəzifə verildi
-
Sosial12:09Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
-
Nida Xəbər 11:09Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda - FOTO
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...

















.jpg)




















