Qadın
Bu, qadınlarda ginekoloji problemlər yarada bilər - SOS
Qadınlar hər zaman piylənmənin qarşısını almalıdılar. Çünki piylənmə gələcəkdə ginekoloji və ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri endokrinoloq Alina Alkaşeva "Gazeta.ru"ya müsahibəsində deyib. Həkimin fikrincə, ilk növbədə, bəşəriyyətin zərif cinsinin nümayəndələri şəkərdən sui-istifadə etməməlidirlər.
"Şəkərin həddindən artıq qəbulu piylənməyə səbəb ola bilər ki, bu da sonradan insulin müqaviməti, ürək-damar xəstəlikləri, polikistik yumurtalıq sindromu, ateroskleroz kimi problemlərlə nəticələnir. Şəkər dəriyə, yəni kollagen istehsalına mənfi təsir göstərir. Əgər dərinizin cavan və təravətli qalmasını istəyirsinizsə, gündə karbohidratlarda 50 qramdan çox şəkər yemək tövsiyə edilmir.”, - Alkaşeva izah edib.
Mütəxəssis qeyd edib ki, qadınların sağlamlığını pisləşdirən daha bir məhsul spirtdir. Fakt budur ki, onun tərkibinə daxil olan etil spirti bağırsaq mikroflorasına zəhərli təsir göstərə bilər. Bu səbəbdən vitaminlərin, mineralların, yağların, zülalların və karbohidratların mənimsənilməsi pisləşir. Endokrinoloqun sözlərinə görə, süd də qadın sağlamlığı üçün zərərli məhsullara aiddir. Çox miqdarda laktoza qəbul etdikdə çoxlu insulin istehsal olunur ki, bu da sızanaq və ödem əmələ gəlməsinə səbəb olur.
Həkim gündəlik rasionda daha çox tərəvəz, meyvə, qoz-fındıq daxil etməyi tövsiyə edib və bildirib ki, onlar qan laxtalarının əmələ gəlməsinin qarşısını alan, damarların elastikliyini yaxşılaşdıran, zülalların və kollagenin sintezini stimullaşdıran, həm də menstrual dövrünün tənzimlənməsində iştirak edən E vitamini ilə zəngindir.
Aytən Məftun
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































