Qadın
Məşhur aparıcı gözəlliyinin sirlərini açıqladı
Artıq çəki və pis vərdişlər qadınların əsas düşmənləridir, çünki onlar onu gözəlliyindən məhrum edir və yaşını çox göstərir.
Publika.az xəbər verir ki, bunu məşhur teleaparıcı və bloger Anfisa Çexova deyib.
Onun fikrincə, bütün insanlar qocalmaqdan qorxur, lakin bu problem kişilərdən daha çox qadınları qorxudur.
"Biz əlavə qırışlardan, kilolardan və ağ saçlardan qorxuruq, buna görə də yaşlanmağın ilk əlamətlərində bu prosesi yavaşlatmağın yollarını axtarırıq", - deyə bloger bildirib.
Teleaparıcı əmindir ki, artıq çəki qadını yaşlı göstərən birinci amildir. Onun sözlərinə görə, əlavə çəki psixologiyaya da təsir edir, özünü yüngül və gənc hiss etməyə mane olur.
Çexova uzun illər artıq çəki ilə mübarizə apardığını etiraf edib:
“Arıqlamaq özünü sağlam hiss etmək və həyatın zirvəsində olmaq üçün lazımdır, lakin bunu diyetoloqların nəzarəti altında etmək daha yaxşıdır. Cazibədar görünüşün ikinci sirri aktivlikdir. Cədvəlinizə müntəzəm olaraq fiziki fəaliyyət daxil etsəniz, yuxu yaxşılaşacaq, əhvalınız daha müsbət olacaq".
O,etiraf edib ki, heç vaxt yuxu rejiminə laqeyd yanaşmır. Gün ərzində yeddi-səkkiz saat yatır və bunu sağlamlıq və əsəblər üçün lazım olan minimum vaxt hesab edir:
“Bir qadın gənc görünmək istəyirsə, pis vərdişlərdən mütləq qurtulmalıdır. Siqaret qocalma prosesini sürətləndirir və qırışların və dəri piqmentasiyasının yaranmasına kömək edir".
Bloger əlavə edib ki, onun gözəllik və cəlbedicilik sirləri siyahısında üçüncü maddə psixoloji sağlamlıqdır. Çexova bütün problemli məsələləri psixoloqla müzakirə etdiyini, komplekslərinin üzərində işlədiyini gizlətmir:
"Təəccüblü deyil ki, bütün xəstəliklərin əsəblərdən olduğunu söyləyirlər. Psixi sağlamlıq da fiziki sağlamlıq qədər vacib məsələdir".
Aydan


-
Magazin222:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı







































