Qadın
Bunu etsəniz əks cins sizi... - Ovsunlayan ətirlər haqqında SORĞU
Genişmiqyaslı sosial sorğu nəticəsində əks cinsdə daha çox maraq oyadan qoxular müəyyən olunub. Əgər ətirinizi dəyişdirməyi, sevgilinizə və ya həyat yoldaşınıza hədiyyə olaraq ətir almağı planlaşdırırsınızsa, nəticələrlə tanış olmağa dəyər.
Publika.az xəbər verir ki, "Irish Mirror"un məlumatına görə, kişilərin 85%-i (4000 respondentdən) çiçək notlarını bəyəndiyini bildirib. Kişilərin fikrincə, çiçəklər əsasında hazırlanan parfumlar ovsunlayıcı təsirə malikdir, odur ki, bu qoxular onlar üçün əsl afrodizyakdır.
İkinci yerdə şirin ətirlər gəlib. Respondentlərin 81%-i onları bəyəndiyini söyləyib. Meyvəli ətirlər isə siyahıda üçüncü yerdə qərarlaşıb. Kişilərin 78%-i bildirib ki, təzə meyvə qoxuları qadının istifadə edə biləcəyi ən seksual ətirdir. Kişilərin 73%-i qadınlarda vanil, 69 faizi isə sitrus qoxularını bəyəndiklərini qeyd ediblər.
Qadınların seçimlərinə gəldikdə, sorğu iştirakçılarının 85%-dən çoxu odun əsaslı müşk və paçuli notlarından hazırlanan kişi parfumlarını bəyəndiyini deyib. İştirakçıların 72%-i səndəl ağacı ətirlərinə səs verib. Qadınların 64%-i təzə nanə və reyhan ətirlərini qeyd edib, 57%-i isə kişilər kimi sitrus meyvələrinin qoxusunu xüsusi qeyd edib.
Mütəxəssislərin fikrincə, bir sıra ətirlər əks təsir göstərir, potensial partniyoru və ya həmsöhbəti sözün hər iki mənasından itələyir. Parfümer Tatyana Qorislavskaya bu cür qoxular sırasında buxur, aqarova ağacı, həmçinin bir vaxtlar məşhur olan, artıq istehsaldan çıxmış və rəsmi olaraq satılmayan “vintaj ətirlər”i misal göstərib.
“İybilmə və qoxu duyumunun qavrayış yolları ağlasığmazdır və istənilən ətir fərdi yanaşma tələb edir. Mürəkkəb notları xüsusilə vacib görüşlərdən əvvəl istifadə etmək və onu sınaqdan keçirmək vacibdir", - deyə ətriyyatçı qeyd edib.
Aytən Məftun
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































