Qadın
Dubayda məşhur qadınların böyük konfransı keçiriləcək
Martın 7 və 8-də Dubayda "Women's Empowerment Convention" keçiriləcək.
Publika.az xəbər verir ki, genişmiqyaslı tədbir əllidən çox dünya şöhrətli qadın liderləri bir araya gətirəcək. Konvensiya zamanı iştirakçılar qadınların liderliyi və özünü inkişaf etdirmə sahəsində öz hekayələrini, ideyalarını və uğur strategiyalarını bölüşəcəklər.
Tədbirin konsepsiyası təhsil, motivasiya və biznes və yaradıcılıq qabiliyyətlərinin inkişafı vasitəsilə qadınların həyatını yaxşılaşdırmağa həsr olunub. Dünyanın hər yerindən dəvət olunmuş spikerlər dinləyicilərə həyatlarını və karyeralarını yaxşılığa doğru dəyişməyə kömək edəcək şəxsi təcrübə və biliklərini bölüşəcəklər. Müxtəlif sahələrdə uğur qazanmış görkəmli qadınlar tədbir iştirakçıları üçün nümunə və ilham mənbəyi ola biləcəklər.
Konfransda İlon Maskın anası Mey Mask, Nataliya Vodianova, Tatyana Bakalçuk, Amanda Steynberq, həmçinin biznes, texnologiya, startap, media və moda aləminin bir çox digər məşhur nümayəndələri öz hekayələrini bölüşəcəklər. Çıxışlardan əlavə, seminarlar, biznes şəbəkələri, həmçinin moda nümayişi və qala şam yeməyi kimi, bir sıra tədbirlər də keçiriləcək.
Aytən Məftun
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)

















