Dünyanın ən varlı müğənnisi və iş qadınından 5 biznes qaydası
Bizi izləyin

Qadın

Dünyanın ən varlı müğənnisi və iş qadınından 5 biznes qaydası

“Forbes”in reytinqinə görə, 1,7 milyard dollarlıq sərvətiylə Rihanna Opra, Uinfridən sonra əyləncə sənayesinin ikinci ən zəngin qadın müğənnisidir. Lakin bu qədər pulu musiqi karyerasından qazanmayıb. Rihanna həm də çox uğurlu bir iş qadınıdır.

Publika.az ikinci dəfə ana olmağa hazırlaşan ulduzun biznesdə uğur qazanmasına kömək edən əsas qaydalarını təqdim edir.

Rihanna Robin Fenti qızmar çimərlikləri, şən və mehriban insanları, eləcə də səs-küylü əyləncələri ilə tanınan günəşli Barbadosda anadan olub. Çoxlarının yaşamaq arzusunda olduğu bu ada "Yer üzünün cənnəti” adlanır. Lakin uşaqlıq illəri bitmək bilməyən ailə problemlərinin içində keçdiyi üçün Rihannın bu cənnətdə xoşbəxt və firavan yaşadığını demək olmaz. Gələcək ulduzun atası adi anbar işçisi idi. O, tez-tez içir və evdə arvadını uşaqların gözü qarşısında döyürdü. “Rolling Stone”a verdiyi müsahibədə müğənni etiraf edib ki, bir gün valideynlərini sakitləşdirmək üçün əlindəki şüşə butulkasını sındırmalı olub. Və mübahisə dayanıb. Lakin ertəsi gün ata yenə sərxoş vəziyyətdə evə gəlib və kabus davam edib... Rihannanın sözlərinə görə, anası tez-tez heç bir səbəb olmadan atasının zorakılığına məruz qalırdı. Bu cür ailələrdə, adətən qurbanlar ictimai qınaqdan o qədər qorxurlar ki, susmağa üstünlük verirlər. "Məişət zorakılığı insanların başqaları ilə bölüşmək istədikləri bir şey deyil. Ona görə də anam bunu hamıdan gizlətdi", - Rihanna bildirib.

Bütün bunlara baxmayaraq, Riri hesab edir ki, anası dünyada tandığı ən güclü qadınlardan biridir. Yəqin ona görə ki, ulduzun anası nəhayət ki, özündə cəsarət tapıb boşanmaq üçün məhkəməyə müraciət edib. Rihanna etiraf edir ki, atası narkotik istifadə etməyə başlayanda, artıq anasının səbri tamam tükənib. Ailə dağılanda Rihanna hələ 14 yaşında idi. Bir tərəfdən valideynlərinin boşanması onun psixi durumuna müsbət təsir edib. Ancaq digər tərəfdən, kiçik qardaşlarının məsuliyyəti bir yeniyetmə qızın çiyinlərində idi. Ana bütün gün işləyirdi, odur ki, oğlanların qeydinə qalmağa vaxt olmurdu. Rihanna “The Guardian” qəzetinə müsahibəsində də "Mən tez böyüdüm. Əslində faktiki olaraq ikinci ana oldum” deyib.

Musiqi onun yeganə çıxış yolu idi. Rihanna reqqini, Meray Kerini, Uitni Hyustonu və Selin Dionu çox sevirdi. Qızcığaz bütün ailə problemlərindən musiqinin köməyi ilə çıxır, məhz onun sayəsində özünü azad və xoşbəxt hiss edirdi. Tədricən Rihanna özü də oxumağa başladı. 2003-cü ildə iki dostu ilə birlikdə məşhur hitlərin koverlərini ifa edən musiqi qrupu yaratdı. Çox keçmədən qrup üzvləri məktəbdə populyarlıq qazandılar. Rihannanın bəxti onda gətirir ki, Barbadosda istirahət edən prodüser Evan Rocers ilə şəxsən tanış olmaq şansı əldə etdi. Bu tanışlıq həyatının dönüşü idi, onu qarşıda bir-birinin ardınca böyük uğurlar, imkanlar, fürsətlər və gözqamaşdırıcı bir ulduz həyatı gözləyirdi. Gur səs tembri prodüseri elə heyrətləndirmişdi ki, dərhal şirkətin hesabına demo albom yazdırmağı təklif edir. Qız heç düşünmədən təkliflə razılaşdı. Beləliklə, 16 yaşında Rihanna məktəbi atıb musiqi karyerasının dalınca getməyə qərar verdi.

"Mən arxama baxmadan Barbadosdan ayrıldım. Sevdiyim işlə məşğul olmaq istəyirdim. Və bunun üçün Amerikaya getmək lazım olsa belə bir addım atmağa hazır idim", - ulduz qeyd edib. Evan Rodcers Rihannaya ilk dörd mahnısını yazmağa kömək etdi. Tezliklə ilk addımlarını atan ifaçının mini-albomu məşhur reper Cey Zi-nin əlinə keçdi. Onun istedadına o qədər heyran oldu ki, səsini ilk dəfə eşitdiyi gün ona himayədarlığını təklif etdi. Səkkiz ay sonra Rihanna ona platin mükafatı qazandıran “Music of Sun” debut albomunu buraxdı.

Onun növbəti albomu "A Girl Like Me" 2006-cı ildə işıq üzü görüb. Bir il sonra “Good Girl Gone Bad” şıxdı və bu, sözün əsl mənasında bütün dünya reytinqlərində birinci oldu. Albomdakı “Umbrella” treki isə pop divanın vizit kartına çevrildi. Mahnı o qədər populyarlaşdı ki, o, 10 həftə ardıcıl olaraq “UK Singles Chart”ın zirvəsində qaldı. Bir sözlə, 2000-ci illərin əsl rekordu qırmışdı. “Umbrella” həmçinin bütün zamanların ən yaxşı 500 mahnısı siyahısına daxil edildi və Rihannaya ilk “Grammy” mükafatını qazandırdı. O vaxtdan bəri Rihanna saysız-hesabsız mükafatlar qazanıb, Hollivudun əfsanəvi ulduzları ilə işləyib. 2010-cu ildən sonra Rihanna musiqi karyerasında müəyyən fasilələr verməsinə baxmayaraq, hələ də ən çox tələb olunan ulduzlardan biridir.

2010-cu illərin ortalarında Rihanna musiqini gözəllik sanayesinə dəyişdi. Ümumiyyətlə, gözəllik və moda sənayesi müğənniyə həmişə yaxın olub. Orijinal görünməyi sevən sənətçi bunu həm səhnə geyimləri, həm də gündəlik obrazlarında açıq şəkildə nümayiş etdirir. Onun moda sənayesinə təsirini inkar etmək mümkün deyildi. Odur ki, 2015-ci ildə “PUMA” ilə məhdud ayaqqabı kolleksiyası buraxmağa qərar verdi. Müğənni nəinki bu işə canını qoymuşdu, həm də ona soyadını verdi – “Fenty”.

5 уроков смелости от Рианны — самой богатой певицы и успешной бизнес-леди

“Fenty” adı altında həm kosmetik məhsulların, həm də alt geyimlərinin buraxılmasına qərar verdi. Markanın məhsulları çox qısa zamanda satış rekordları qıraraq, ən adlı-sanlı kosmetik brendlərini belə kölgədə qoya bildi. Rihannanın rəhbərlik etdiyi markanın moda aləminə təsiri həqiqətən böyükdür. Onun üzərində bizim zövqsüz hesab etdiyimiz ən bəsit geyim belə maraqlı görünür. Bəs Rihannanın stilini fərqli edən nədir? Hər şeydən əvvəl, o, yüksək moda və pərəstişkarları ilə arasında keyfiyyət balansı yaradır.

Əlbəttə ki, “Fenty PUMA” Rihannanın moda biznesində irəliləməsinə təkan verdi və cəmiyyətin dəstəyini qazanmağa kömək etdi, lakin sosial tendensiyaları yaxşı anlayan və təqdim edən bir iş qadını kimi mövqeyini möhkəmləndirən “Fenty Beauty” kosmetika brendi oldu.

Rihannanın uğurunun açarı təkcə onun şəxsi brendinin gücü deyil, həm də inklüzivliyidir. “Fenty Beauty” tonal kremləri ən açıq tondan, ən tündə qədər 20 müxtəlif rəngdə təqdim olunub. Heç bir kosmetik marka bu qədər müxtəlif palitralar hazırlamayıb, buna görə də Rihannanın xətti əsl inqibal yaratdı. Geniş çalar palitrası “Fenty Beauty”nin uğurunun ən mühüm komponentlərindən birinə çevrildi.

Rihanna “Savage x Fenty” alt paltarı xətti üçün də oxşar strategiya seçib. Pozitivlik, əlçatanlıq və əyləncəli əhval-ruhiyyə brendin əsas ideologiyasınə tə.kil edir. "Qadınlar özləri üçün alt paltarı geyinməlidirlər. Mənim edə biləcəyim tək şey alt paltarlarını yeni şəkildə göstərməklə güc və özünə inamı təşviq etməkdir. Alt paltarı seçimində bir üsluba bağlı qalmamaq, əylənmək lazımdır. Bu həftə siz şirin və oynaq ola bilərsiniz, gələn həftə isə “qara dul” qadına çevrilə bilərsiniz. Alt paltarını şansa buraxmaq olmaz”- Amerikanın “Vogue” jurnalına müsahibə verən pop ulduzu bildirib.

Bəli, Rihanna məhsullarını dəstəkləyən moda influenserlərlə uğurla əməkdaşlıq edir, lakin özü həm brendin siması, həm də satış mühərriki olaraq qalır. Son zamanlar müğənni nadir hallarda qırmızı xalçada görünür və ya videolarda rol alır, buna görə də onun hər bir çıxışı mediada hadisəyə çevrilir. Rihanna isə brendi tanıtmaq üçün bundan ağıllı şəkildə istifadə edir.

Hansı həyat qaydaları Rihannaya həmişə zirvədə qalmağa, izləyicilərinin sədaqətini qorumağa və biznes gəlirlərini ildən-ilə artırmağa kömək edir? Müğənni bu barədə “T Magazine” nəşrinə müsahibəsində səmimi danışıb.

5 уроков смелости от Рианны — самой богатой певицы и успешной бизнес-леди

Tələsmə, öyrən

Rihanna etiraf edib ki, moda sənayesində yüksək səviyyəli debütündən bir neçə il əvvəl o, bu işi öyrənməyə başlayıb. Əvvəlcə adi istehlakçı idi, lakin zaman keçdikcə individuallığın sərhədlərini aşan mütərəqqi influenserə çevrildi. Yalnız bundan sonra o, digər məhsul istehsal etmək üçün kifayət qədər təcrübə qazandığını hiss etdi. Eyni zamanda, tələsmir və öz adından dərhal "ayrılmağa" çalışmırdı. Onun üçün inkişaf etdirilən məhsulun keyfiyyəti və onun dünyaya gətirdiyi ideya daha vacib idi. “Mən çox praktikəm, ona görə də dizayner kimi hörmət qazanmaq üçün yavaş-yavaş və ölçülü çalışdım”, - Rihanna izah edib.

5 уроков смелости от Рианны — самой богатой певицы и успешной бизнес-леди

Uğursuzluqdan qorxma

Rihannanın bir çox şüarı və həyat prinsipləri var. Amma onlardan biri estrada müğənnisi üçün o qədər əlamətdardır ki, onu bədəninə də yazdırıb. "Heç vaxt uğursuz olma. Hər zaman bir dərs” sözləri onun körpücük sümüklərini bəzəyir. Ulduz güzgüdə özünə baxarkən onu oxuya bilsin deyə, sözlər tərsinə yazılıb. Bu, ona hər hansı bir yeni təşəbbüsün uğursuzluqla nəticələnə biləcəyini xatırladır.

“Eyni zamanda, elə bir həyat dərsinə çevriləcək ki, bunun sayəsində böyümək şansınız olacaq. Səhv etmədən necə öyrənəcəksən?”, - Rihanna gülümsəyərək deyib.

Fərqini ortaya qoy

Onlarla məşhur öz brendlərini yaradır və onlara öz adlarını verir. Bazar yaradıcılarının adını daşıyan markalara doyduğu halda, Rihanna fərqli bir yol seçdi. “Musiqidən kənar hər hansı yeni layihəyə başlayarkən “Fenty”dən istifadə etdim ki, hər dəfə “Rihanna” sözünü eşitmək məcburiyyətində qalmayasınız”, - müğənni bildirib. Beləliklə, Rihanna həm musiqiçi kimliyini qoruyub saxlayır, həm də bütün digər məhsullarını “Fenty” adı altında istehsal edir.

Sahib olduğun kimliyinə görə, üzr istəmə

Təbii ki, Rihanna seçilməyin tərəfdarıdır. O, hər kəsin eşidilməyə layiq olduğuna inanır. Hər kəs - cinsindən, sosial statusundan və keçmiş həyat təcrübəsindən asılı olmayaraq - sevdiyi işlə məşğul olmaq hüququna malikdir. Lakin moda sənayesində öz biznesinə başlayan Rihanna başa düşdü ki, hər kəs onunla eyni fikirdə deyil. Axı, bəziləri onda yalnız məktəbi bitirməyən qara dərili bir müğənnini görürdü və nədənsə sahibkarlıqda uğur qazana biləcəyinə qərar verdi.

“Bu faktorlar həqiqətən təsir edir, lakin mən öz fikri olan qaradərili qadın olduğum üçün heç vaxt üzr istəməyəcəyəm. Bilirəm ki, hər hansı bir irqə mənsub olduğum üçün burda deyiləm. Ona görə burdayam ki, bu dünyaya təkliflərim var”, - o əmindir.

5 уроков смелости от Рианны — самой богатой певицы и успешной бизнес-леди

Unutmayın ki, pul məqsəd deyil, yalnız bir vasitədir.

Pul həvəsləndirici amil ola bilər, amma Rihanna üçün belə deyil. “Heç vaxt böyük pullar qazanmağın xəyalını qurmamışam. Ona görə də gəlirim heç bir şəkildə performansıma təsir etmir. Mənim üçün pul, ailəmin qayğısına qalmaq, maraqlandığım biznesi inkişaf etdirmək və yeni iş yerləri yaratmaqla başqalarına kömək etmək imkanıdır”, - pul haqqında danışarkən deyib.

Rihanna Performs—And Pays Tribute to Chadwick Boseman—At Oscars 2023 |  Vanity Fair

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm