Xanımlara XOŞ XƏBƏR: Bu məhsullar Azərbaycanda istehsal olunacaq - 2 milyonluq sərmayə - FOTO
Bizi izləyin

Qadın

Xanımlara XOŞ XƏBƏR: Bu məhsullar Azərbaycanda istehsal olunacaq - 2 milyonluq sərmayə - FOTO

Azərbaycanda ilk dəfə qranit materialından qazan-tava dəstlərinin istehsalına başlanılıb.

Publika.az xəbər verir ki, bu məhsulları ölkədə ilk dəfə olaraq «Galaksi» şirkəti Gəncədə yeni qurulan zavodunda istehsal etməyə başlayıb.

Şirkətin rəhbəri, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən türk iş adamı Kiyas Akkurt FED.az-a bildirib ki, indiyədək şirkət mətbəx dəstlərinin Türkiyədən idxal edilərək satışı ilə məşğul idi.

Amma idxal edilən məhsulların gömrük və daşıma xərclərinin yüksək olması nəticəsində Azərbaycanda qazan istehsalı qurmağı qərara alıb: «Azərbaycana ayda 4 min qazan dəsti gətiririk. Təqribən 4 TİR avtomobili ilə, bunların gömrük rüsumu çox yüksək idi - hər maşının xərci 55-60 min manata başa gəlirdi».

Gəncədə alüminium zavodunun olması da iş adamını bu işə həvəsləndirib: «Gəncədə alüminium zavodu var. Mən burdan alüminium alıb Türkiyəyə göndərirdim, orda bu xammaldan qazan istehsal edib bizə göndərirdilər. Fikirləşdik ki, elə burada alüminium alıb özümüz məhsul istehsalına başlayaq, alüminium da eyni şəhərdədir, istədiyimiz qədər ala bilərik».

İndi eyni keyfiyyətli, hətta daha yüksək keyfiyyətli məhsullar Gəncədə istehsal ediləcək: «Bu Azərbaycanda istehsal olunan ilk qranit qazan dəstləridir.

Kiyas Akkurt bildirib ki, yerli istehsal edilən qazan dəstləri Türkiyədən gətirilən eyni məhsullardan daha keyfiyyətli olacaq: «biz Türkiyədən gətirdiyimiz məhsulları çatarkən müştərilərin rəylərini alırdıq və çatışmazlıqları görürdük, istehsalımızda onları nəzərə almışıq və nəticədə bizim mallar daha keyfiyyətlidir».

İş adamının sözlərinə görə, bir qazan dəstəndə 5 əşya var. Bunlar qranitlən hazırlanmış müxtəlif ölçülü və təyinatlı qazanlar və tavalardır.

Qiymətlər isə Türkiyədən gətirilən dəstlərdən təqribən 30% ucuz olacaq: «Qiymətlərdə azı 50-60 manat ucuz olacaq. Məsələn, Türkiyədən gətirilən qazan dəstləri topdan 280-300 manata satılır, bizdə isə bu qiymət 180 manat olacaq. Artıq sifarişlərin qəbuluna və satışına başlamışıq»-deyə iş adamı bildirib.

Onun sözlərinə görə, müəssisənin istehsal gücü 1 növbə ilə çalışarsa, ayda 5 min qazan dəstənin istehsalına imkan verir. Amma daxil olan sifarişlər bunlar qat-qat artıqdır, «ayda 3 min dəsti elə özümüz satırıq, mənə elə gəlir ki, bir növbənin məhsulları bizə çatmayacaq, 2 növbə ilə işləməklə istehsalın həcmini ayda 8 min dəstə çatdırmaq olar və bu sifarişləri qarşılamağa kifayət edir»- iş adamı bildirib.

Onun sözlərinə görə, artıq mətbəx avadanlığı satışı ilə məşğul olan şirkətlər də zavoda 1000-1500 ədəd qazan dəsti sifariş veriblər.

Müəssisədə istehsal olunan qazan dəstinin ölçüləri fərqlidir. Qazanların ölçüləri – diaimetri 30 sm, dərinliyi 20 sm olan (30sm-20 sm) qazan, 28 sm-18 sm qazan, 28sm-14sm qazan, 26 sm-18 sm qazan, 28 sm-8 sm dərin tava. Kiyas Akkurtun sözlərinə görə, ölkədə istehsal olunan qazan dəstləri keyfiyyətin yoxlamaq üçün sərtə şəkildə test edilir.

İş adamının sözlərinə görə, ölkədə qazan dəsti bazarının hamısın tutmaq fikrindədir. Bunu tamamilə mümkün sayır, çünki onun sözlərinə görə, Türkiyə malları ilə müqayisədə yerli istehsal həm daha keyfiyyətli, həm də ucuzdur: «Təsəvvür edin ki, iş adamı qazan dəsti satmaq istəyir. Türkiyədən gətirilən hər 1000 dəstə görə gömrük və yol xərclərinə əlavə 60 min manat ödəməlidir. Üstəlik bu malları bizdən 50 manat da ucuz alacaq, yəni hər dəstdə 110 manat itirməkdənsə, həmin malları bizdən almaq daha sərfəlidir. Buna görə də bizim mallar bazara daxil olarsa, bütün malları üstələyəcək, bütün bazarı götürmək niyyətindəyik».

Kiyas Akkurtun sözlərinə görə, müəssisələrə – qazan zavodu və tekstil fabrikinə indiyədək 2 milyon dollardan artıq vəsait yatırılıb. İş adamı bildirir ki, bu yatırımlar şəxsi vəsaiti hesabına edilib.

Bunlardan əlavə şirkət 3-cü zavodunu - nikkeldən – paslanmayan poladdan da mətbəx avadanlığı zavodu inşa etmək niyyətindədir. Burada nikel qab-qacaq - qaşıq-çəngəl-bıçaq dəstləri, nikkel qazanlar, samovarlar və digər qablar stehsal olunacaq.

Ümumilikdə bu zavoda 1,6 milyon dollar yatırım qoyulacaq. İş adamının sözlərinə görə, müəssisədə istifadə olunacaq, yalnız 1200 tonluq polad presin qiyməti 220 min avrodan artıqdır. Yeni zavodun inşasına artıq 400 min dollar xərclənib. 1 milyon 180 min dollar da bundan sonra yatırılacaq. Kiyas Akkurt bildirir ki, bunun üçün avadanlıqlar Türkiyənin Maraş şəhərindən gətirilir. Artıq bir yük avtomobili avadanlıqlar gətirilib, amma baş verən zəldələ növbəti avadanlıqların gətirilməsini ləngidib.

Hazırda türk iş adamının əsas problemlərindən biri müəssisələrin yerləşdiyi əraziləri özəlləşdirməklə bağlıdır. Belə ki, indiyədək bu torpaq sahələri onun icarəsində olub. İndi isə yatırımın həcmini nəzərə alaraq iş adamı bu torpaqları özəlləşdirmək istəyir. Bunun üçün isə hökumətin qərarı lazımdır. Kiyas Akkurt bildirib ki, bu məsələ ilə bağlı ötən gün müəssisəyə baş çəkməyə gələn KOBİA-nın sədri Orxan Məmmədova da müraciət edərək ondan kömək istəyib.

«Galaksi» şirkəti qranit qazan və tekstil fabriki üçün dövlətdən təşviq sənədi alvb, hazırda iş adamı nikel zavodu üçün də təşviq sənədi almaq niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm