Qadın
İraq gözəli ABŞ Konqresində yer uğrunda mübarizə aparacaq
Milli gözəllik müsabiqəsində qalib gəldikdən sonra 2017-ci ildə İraqı təmsil edən “Kainat gözəli” müsabiqəsinin iştirakçısı Sara İdan ABŞ Konqresində Kaliforniyanın Demokratik Partiyasından namizədliyini irəli sürəcəyini söyləyib. Bu barədə "The New York Post" məlumat yayıb.
Publika.az xəbər verir ki, İraq gözəli sənədlərini Federal Seçki Komissiyasına təqdim etməyi planlaşdırdığını bildirib.
Eyni zamanda 33 yaşlı Sara İdan hazırda ABŞ Demokratik Partiyasının bir çox üzvlərinin, xüsusən də anti-İsrail mövqeyi ilə tanınan konqresmen İlhan Ömərin ifrat solçu gündəmə qarşı mübarizə aparacağını qeyd edib.
Sara İdan Tvitter hesabında yazıb: “Mən sizin ölkəmizi parçalamaq və zəiflətmək uğrunda İslam sosializminizi təbliğ etmək üçün demokratiyadan istifadə etdiyiniz anti-Amerika, antisemit “Müsəlman Qardaşlar” gündəminizi dəstəkləmirəm”.
O, özünü demokratik və liberal dəyərlərin tərəfdarı hesab etdiyini, lakin İlhan Ömərdən fərqli olaraq “bu ölkəyə nifrət etmədiyini” bildirib.
2017-ci ildə İraqda keçirilən gözəllik müsabiqəsinin qalibi olan Sara İdan “Kainat gözəli” müsabiqəsində israilli iştirakçı Adar Qandelsmanla şəkil çəkdirdiyi üçün ölkəni tərk etmək məcburiyyətində qalıb və bundan sonra ailəsi təhdidlərə məruz qalıb.
O, 2015-ci ildə ABŞ vətəndaşı olub.
Aytən Məftun
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)

















