Kral qızının həyatı haqqında maraqlı faktlar - FOTO
Bizi izləyin

Qadın

Kral qızının həyatı haqqında maraqlı faktlar - FOTO

Paylaşdığımız bütün qiymətli xatirələrə görə minnətdaram və bu gün toyunuzu qeyd etdiyinizi gördüyümüz üçün çox şadıq... Sizə, əziz İman və Cəmil, birlikdə bərəkət və xoşbəxtlik arzulayıram. İman, dua edirəm ki, həyatının növbəti fəsli bu illər ərzində bizə gətirdiyin qədər sevinc, sevgi və gülüş gətirsin. Gəlin və bəyi təbrik edirəm!

Bu sözləri bir neçə gün əvvəl toy fotoları ilə bütün dünya mətbuatının səhifələrini bəzəyən İordaniya şahzadəsi İmanın anası, kraliça Raniya sosial media hesabında paylaşdığı təbrik məktubunda yazıb. Kraliçanın qızı toyda o qədər zərif görünürdü ki, ona haqlı olaraq dövrün ən gözəl şahzadəsi titulunu vermək olar.

Publika.az oxucuları gündəmin qəhrəmanı olan Şahzadə haqqında maraqlı faktlarla tanış edir.

Müasir şahzadə təəccüblü dərəcədə təvazökardı. Kraliçanın böyük qızı sözün hər mənasında qibtə olunası statusuna baxmayaraq, piara can atmır, aristokratiyanın keşiyində qalmağa və təmkinli davranmağa üstünlük verir. Anasından və böyük qardaşından fərqli olaraq, İman sosial şəbəkələrdə hesab yaratmayıb, həmçinin sosial tədbirlərdə nadir hallarda görünür. Lakin o, artıq Qərbə İordaniyanın tamamilə yeni, müasir tərəflərini göstərən məşhur valideynlərinin mini reputasiyasını qazanıb. Belə görünür ki, indi sıra gənc şahzadədir.

Принцесса Востока: Иман бинт Абдулла – юная копия королевы Рании

Belə hesab olunur ki, İman bin Abdullah "ehtiyat şahzadə" olaraq dünyaya gəlib. Təbii ki, taxt-taca varis olmaq hüququ yalnız kişilərin olduğu bir ölkədə gənc qızı səlahiyyətli vəzifələr gözləmirdi. Buna baxmayaraq, valideynlərinin müasir tərbiyəsi sayəsində qız böyük qardaşı Vəliəhd Hüseyn ilə müqayisədə heç də geri qalmadı. Yeri gəlmişkən, nəsil şəcərəsinə görə, Raniya və II Abdullahın bütün övladları birbaşa Məhəmməd peyğəmbərin nəslindəndir.

Принцесса Востока: Иман бинт Абдулла – юная копия королевы Рании

Kraliça həmişə Qərb tipli təhsilin tərəfdarı olduğu üçün uşaqlarını nüfuzlu və şəxsən özünün himayə etdiyi Beynəlxalq Akademiyaya - Amman məktəbində oxutdurub. Şahzadə İman 2014-cü ildə məktəbi əla qiymətlərlə bitirib, hətta məktəbin ən yaxşı idmançısı adını da qazanıb. Ancaq bu təəccüblü deyil: uşaqlıqdan qız müxtəlif idman növləri ilə məşğul olub. Yeri gəlmişkən, 12 yaşında bütün Yaxın Şərqdən gələn iştirakçılar arasında atçılıq yarışlarında iştirak edib və ikinci yeri tutub.

Kiçik yaşlarından şahzadə məşhur anasını dünya səyahətlərində müşayiət edir, xeyriyyə tədbirlərində, dünya premyeralarında, həmçinin xarici dövlət rəhbərlərinin qəbullarında iştirak edirdi. Sözsüz ki, kraliçanın səyləri İmanın geyim-keçimində də hiss olunurdu, o, həmişə ən son dəbdə, səliqəli və aristokrat şəkildə geyinirdi.

Принцесса Востока: Иман бинт Абдулла – юная копия королевы Рании

Həm də şahzadələrin də çirkin ördək balasından gözəl bir qu quşuna çevrilmə dövrləri olduğunu unutmamalıyıq. İmanın anadan olduğu gündən İordaniya vətəndaşlarına aydın idi ki, II Abdullanın ailəsində gözəl kraliçanın surəti böyüyür: ifadəli qəhvəyi gözlər, qızılı şabalıdı saçlar və həmişə isti təbəssüm. Hər bir yeniyetmə kimi, Şahzadə də eynək taxmalı, breket qoydurmalı və dəri problemləri ilə mübarizə aparmalı olub, lakin yetkinlik dövrünü geridə qoyanda o, dünya gözəli bir gənc qız oldu. Bu gözəllik medianın diqqətindın qaça bilməzdi.

Принцесса Востока: Иман бинт Абдулла – юная копия королевы Рании

19 yaşlı qızın Fransada keçirilən Müəssisə Hərəkatı Forumunda Kraliça Raniyanın müşayiəti ilə baş tutan iştirakı xüsusilə diqqət çəkmişdi. Ertəsi gün anası ilə Parisi gəzməyə gedəndə, o, obrazını "Louis Vuitton" çantası ilə tamamlamışdı. O vaxtdan bəri İman bir çox maqazin manşetlərinin və moda jurnallarının da qəhrəmanıdır. Təəssüf ki, o, öz çıxışları ilə bizi tez-tez sevindirmir. Gözəl şahzadənin yeni fotolarını adətən Kraliça Raniya və Şahzadə Hüseynin instaqramında görə bilirik.

Принцесса Востока: Иман бинт Абдулла – юная копия королевы Рании

Anasının sözlərinə görə Vaşinqtondakı Corctaun Universitetində təhsil alan qız hər bir çalışqan tələbə kimi, evə yalnız bayramlar və ya vacib bayramlarda gəlib. Məsələn, sevimli atasını ad günü münasibətilə təbrik etmək və ya adət-ənənəyə uyğun olaraq müqəddəs Ramazan ayının sonunda valideyn himayəsindən məhrum olan uşaqlarla görüşmək üçün.

Bütün boş vaxtını Şahzadə İman yalnız universitetdə təhsil almağa həsr edir. Yeri gəlmişkən, özünü dövlət işlərinə həsr edən böyük qardaşı - vəliəhd Hüseyn (2017-ci ildə varis böyük atasının adından BMT-də çıxış edib) həmin institutu Dünya Tarixi ixtisası üzrə bitirib. Tezliklə İman da universiteti bitirəcək və əminik ki, o, xeyriyyə layihələrinin və humanitar missiyaların himayəsində, həmçinin İordaniya mədəniyyətinin bütün dünyada təbliğində anasının sadiq köməkçisinə çevriləcək.

Kral qızının 150 nəfərlik toyunda nələr baş verdi?

Britaniya monarxlarının səngimək bilməyən qalmaqalları fonunda İordaniya kral ailəsi güc və mütərəqqi fikirlər nümayiş etdirir. Kral II Abdullah və Kraliça Raniyanın 26 yaşlı qızları İman aristokratik kökləri olmayan xalqdan olan oğlana ərə gedib. Bəyin adı Cəmil Aleksandr Tarmiotisdir və indi o, Nyu-Yorkda maliyyəçi işləyir. İmanın valideynləri belə nikahın əleyhinə deyillər, yeri gəlmişkən, gəlinin anası da zədəgan nəslindən deyil.

Şahzadə gələcək həyat yoldaşı ilə ABŞ-da təhsil alarkən tanış olub. Dövlət kanallarında nümayiş olunan mərasim martın 12-də axşam İordaniyanın paytaxtı Əmmandakı Beyt Əl Urdon sarayında baş tutub.

Böyük qardaş və taxt-tacın varisi vəliəhd Hüseyn İmanı çiçəkli bir bağdan keçirərək, onu qonaqların gözlədiyi saraya apararkən hər bir qızı anası kimi, Raniya da xoşbəxtlik göz yaşlarına hakim ola bilməyib. Sevincini sosial mediada izləyiciləri ilə böləşən kraliça gənc ailəyə sevgi və xoşbəxtlik arzulayıb.

Şahzadənin uzunqollu gəlinliyi "Dior" moda evi hazırlayıb. Lakin obrazın əsas tamamlayıcısı anası Kraliça Raniyanın brilyant tacı idi. "Chaumet" zərgərlik brendinin imzasını daşıyan bu tac əvvəllər kral II Abdullahın anasına məxsus olub.

İmanın həyat yoldaşı nüfuzlu biznesmendir, o, 2015-ci ildə təsis etdiyi vençur kapitalı fondunun idarəedici tərəfdaşıdır. Aleksandr Termiotis 1994-cü ildə Venesuelanın paytaxtı Karakasda anadan olub. Anası Korina Hernandez venesuelalı rəssam və fotoqraf, atası Aleksandros Termiotis isə yunan əsillidir. Onun babası 1952-ci ildə Karakasdakı Qalipan ticarət mərkəzində ilk "Dior" butikini açan iş adamı olub. Ola bilsin ki, İmanın gəlinlik seçimi də bununla bağlıdır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm