Qadın
Birinci xanımların dünyanı şoka salan GİZLİNLƏRİ - FOTO
Melaniya Tramp ABŞ tarixinin ən mübahisəli keçmiş birinci xanımlarından biri hesab olunur. Lakin o, Amerikanın yeganə birinci xanımı deyil ki, adı bütün dünyanın müzakirə etdiyi ciddi qalmaqallarda hallanıb. Ağ Ev ikiərli, israfçı, hətta qətldə şübhəli bilinən birinci xanımların şahidi olub.
Əvvəllər ABŞ-ın birinci xanımlarının fəaliyyəti xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar, şam yeməyi, habelə ziyafət planlaşdırılması, Ağ Evin bayramlarda bəzədilməsi, düzgün qarderobun təşkil olunması, uşaqlara qayğı göstərilməsi və sağlamlıq problemlərinin həlli ilə məhdudlaşırdı. Ağ Evin sahibəsi heç vaxt ərinin önünə keçərək diqqət mərkəzində olmayıb, hərçənd ki, bütün prezidentlərin xanımları belə təvazökar deyildilər. Onlardan bəzilərinin fonunda Melaniya Trampın çılpaq fotosessiyası o qədər də qalmaqallı görünməyə bilər.
Publika.az oxucuları Amerikanın birinci xanımlarının ən səs-küylü qalmaqalları ilə tanış edir.
Ən birinci ledi


1857-ci ildə Ceyms Byukenen Amerikanın ilk və yeganə subay prezidenti oldu. Amma şayiələr gəzirdi ki, ABŞ-ın 15-ci prezidentinin vitse-prezident Uilyam Rufus Kinqlə romantik münasibətləri olub. Byukenanın həyat yoldaşı olmadığı üçün onun qardaşı qızı Harriet Leyn birinci xanımın vəzifələrini yerinə yetirirdi. Beləliklə, qız bütün diqqəti özünə çəkdi və dövlət başçısının oriyentasiyası ilə bağlı dedi-qoduları yayındırdı. Birinci Xanımlar Milli Kitabxanasının tarixçisi Karl Sferrazza Entonin yazdığına görə, “Harriet onun qardaşı qızı olduğuna görə, insanlar necə müraciət edəcəklərini bilmirdilər. Odur ki, ona birinci xanım deməyə qərar verdilər. Beləliklə, Ağ Evin sahibəsini ifadə edən termin ortaya çıxdı”.
İkiərli birinci xanım


XIX əsrdə XX əsrdən az qalmaqal olmayıb. Belə ki, Endryu Ceksonun həyat yoldaşı Reyçel Donelson heç vaxt Ağ Evə köçə bilmədi. ABŞ-ın yeddinci prezidentinin həyat yoldaşı 1828-ci ildə vəzifəyə başlamazdan iki ay əvvəl vəfat etdi. Ceksonun özünün dediyinə görə, həyat yoldaşının ölümünə səbəb mətbuatda yazılanlar oldu.
Endryu və Reyçel 30 il əvvəl, 1791-ci ildə tanış olublar. Cekson hesab edirdi ki, Donelson boşanıb. Əslində isə Reyçel birinci ərindən boşanmamışdı. Sonra əri onu zina etməkdə ittiham etdi. Cütlük 1794-cü ilə qədər qanuni nikahı rəsmiləşdirə bilmədi, bu hekayə illər sonra Cekson prezidentliyə namizəd olanda, bütün qəzetlərin manşetinə düşdü.
Dəbdəbəli israfçı


İddia olunur ki, Amerika cəmiyyətinin sütunlarından birinin həyat yoldaşı - Meri Todd Linkolnun psixi durumu qeyri-stabil idi. Xanım Todd Linkoln varlı ailədən idi və yüksək cəmiyyətin həyat tərzinə öyrəşmişdi. Abraham Linkoln 1861-ci ildə prezident seçiləndə həyat yoldaşı Ağ Evi başdan-ayağa dəyişdi, həmçinin bahalı alış-verişlərini həyata keçirmək üçün federal fondlardan istifadə etməyə başladı. Bununla belə, Meri ətrafında dönən qalmaqallar, sadəcə onun moda tendensiyalarına olan hədsiz marağı ilə bağlı deyil. Ən böyük qalmaqal o oldu ki, o, əsgərlərin rifahını qorumaq üçün nəzərdə tutulan vəsaiti azad edilmiş qulların maliyyələşdirilməsinə yönəltdi.
Prezident öhdəliklərini yerinə yetirən birinci xanım


ABŞ-ın 28-ci prezidentinin səhhəti yaxşı deyildi, 1919-cu ilin payızında ikinci müddətə yenidən seçilsə də, insult keçirdi. Amma ikinci həyat yoldaşı Edit Vilson Vudronu prezident postunda saxlamaq üçün əlindən gələni etdi. Əslində o, ledi kimi deyil, Ağ Evin sahibi kimi xidmət göstərirdi. Ehtimal olunur ki, Vudro iflic olduqdan sonra dövlət işləri ilə bağlı bütün qərarları ilk bir neçə ay ərzində Edit verib - buna görə də ona "gizli prezident" ləqəbi verilir.
Qadağa dövrünün ən böyük əyləncə həvəskarı


Prezident Uorren Hardinqin Ağ Evdə qalması uzun sürməsə də, amerikalılar onu nikbinliklə qarşılamışdı. O, ABŞ-ın 29-cu prezidenti Vudro Vilsonun məcburi istefasından sonra vəzifəsinin icrasına başladı. Uorren və həyat yoldaşı Florens əsl əyləncə həvəskarları idi, səs-küylü gecələrdən, ağır içkilərdən və poker oynamaqdan heç vaxt imtina etmirdilər. Və bütün bunlar "aadağalar dövrü"nün ortasında baş verirdi. Onların sevgi münasibətləri və qızğın içki məclisləri haqqında şayiələr çox tez yayıldı. Güman edilirdi ki, Uorren bankirin boşanmış qızı Florens Devulfla sırf diplomatiya nikahı bağlayıb. Hardinq öləndə isə şayiə yayıldı ki, onu arvadı zəhərləyib.
Sevimli birinci ledi


Prezident Franklin D. Ruzvelt və birinci xanım Eleanor Ruzvelt əfsanəvi cütlüyə çevrilsələr də, evlilik romantik duyğular üzərində qurulmayıb. Onları daha çox "həmfikir insanlar" adlandırmaq olar. Populyar siyasətçinin sevgi macəraları çoxlarına məlumdur. Lakin o da iddia olunur ki, Franklin D. Ruzvelt Nyu-York qubernatoru olarkən, birinci xanım Nyu-York ştatının polis zabiti Erl Miller ilə münasibətdə olub. Bununla belə dövlət qulluqçusu ilə münasibət xanım Ruzvelt haqqında ən sensasion məlumat deyil. Eleanorun 1932-ci il kampaniyası zamanı jurnalist Lorena Hiçkok ilə münasibətdə olduğu deyilirdi. Bunu dolayısı ilə qadınların yazışmaları sübut edirdi.
"Müqəddəs" birinci xanım


Betti Ford alkoqol asılılığı və ağrıkəsici aludəçiliyindən əziyyət çəkirdi. Lakin o, Amerika Birləşmiş Ştatlarının 38-ci prezidenti ilə yataq otağını bölüşmək istəyi ilə də ictimaiyyəti şoka saldı. Yeri gəlmişkən, indiki prezident və birinci xanım bu variantdan imtina ediblər.
Fordlar Kulic ailəsindən sonra Ağ Evdə açıq şəkildə yataq otağı paylaşan ilk evli cütlük idi ki, bu da ölkədə sensasiya doğurdu. Cerald Fordun arvadı “belə görünür ki, prezident olanda xədim olmalısan” sözləri ilə gündəmi bir daha silkələdi.
Astrologiyanın qurbanı


Ağ Evin bir çox rəhbərləri sui-qəsd cəhdlərindən sağ çıxıblar. 1981-ci ildə Ronald Reyqan vəzifəyə gələndən iki ay sonra güllələnəndə, birinci xanım özünə yer tapa bilmirdi. Gecə-gündüz ərinin təhlükəsizliyi haqqında düşünmək Nensi Reyqanı, sözün əsl mənasında xəstə etmişdi. O, prezidentin nitqləri üçün ən uğurlu tarixləri, ümumiyyətlə bütün iş cədvəlini astroloqların məsləhəti ilə təşkil edirdi. Xarici dövlət başçıları ilə bütün görüşlər individual astroloji təqvimə tabe idi. Lakin hər kəsi təəccübləndirən o idi ki, ABŞ-ın 40-cı prezidenti heç vaxt buna qarşı çıxmadı.
Aytən Məftun
-
Sosial13:32Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
-
Nida Xəbər 12:24Əməkdar jurnalistə vəzifə verildi
-
Sosial12:09Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
-
Nida Xəbər 11:09Azərbaycanın rəsmi nümayəndə heyəti Ermənistanda - FOTO
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
-
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…






































