Qadın
Qadınlar üçün dünyanın ən təhlükəsiz şəhəri hansılardır?
Məşhur "WayAway" səyahət saytı ən təhlükəsiz şəhərlərin siyahısını dərc edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, siyahı əsasən təkbaşına səyahət etmək, həmçinin kifayət qədər təhlükəsiz olduğunu hiss etmək istəyən qadınların planlamasını asanlaşdırmaq üçün hazırlanıb.
"WayAway" səyahət saytı ən təhlükəsiz 30 şəhəri müəyyən etmək üçün dünyanın 200-dən çox şəhərini araşdırıb. Nəticələr yerli sakinlərlə müsahibələrə, müxtəlif mənbələrdən ən son təhlükəsizlik hesabatlarının araşdırılmasına və müstəqil təhlükəsizlik reytinqlərinə əsaslanır. Məlum olub ki, qadınların 24%-i təhlükəsizliklərindən qorxduqları üçün tək səfərlərini ləğv etməli olublar. "Time Out" jurnalının yazdığına görə, Budapeşt Avropa ölkələri arasında siyahıya başçılıq edir. Macarıstanın paytaxtı dünya miqyasında isə üçüncü yerdədir.

Birinci və ikinci yerləri müvafiq olaraq İslandiyanın paytaxtı Reykyavik və Puerto-Rikonun paytaxtı San Juan tutub.
Aİ-nin 30 şəhəri arasında Madrid 5-ci, Münhen 8-ci, Berlin 10-cu, Vyana 16-cı, Barselona 18-ci, Praqa isıə 29-cu yerdə qərarlaşıb.
Siyahı və səyahət zamanı qadınların təhlükəsizliyi ilə bağlı narahatlıqlar barədə danışan "WayAway"in PR və Kommunikasiyalar şöbəsinin rəhbəri Yanis Cenis bildirib ki, burda iqtisadi vəziyyət də öz sözünü deyir:
“Qadın səyahətçilərin özlərini təhlükəsiz hiss etmələri üçün təkcə mənəvi dəyərlər deyil, həm də iqtisadi məsələlər rol oynayır. Odur ki, qadın səyahətçilərə təhlükəsizlik zəmanəti verə bilən istiqamətlər və səyahət təminatçıları satışlarını artıra biləcəklər".
Dünyanın tək qadın səyahətçiləri üçün ən təhlükəsiz 30 şəhəri təqdim edirik:
1. Reykyavik, İslandiya
2. San Juan, Puerto Riko
3. Budapeşt, Macarıstan
4. Sinqapur
5. Madrid, İspaniya
6. Toronto, Kanada
7. Boston, ABŞ
8. Münhen, Almaniya
9. Dublin, İrlandiya
10. Berlin, Almaniya
11. San Dieqo, ABŞ
12. London, Böyük Britaniya
13. Oahu/Honolulu, Havay
14. Tokio, Yaponiya
15. Honq Konq
16. Vyana, Avstriya
17. Doha, Qətər
18. Barselona, İspaniya
19. Vaşinqton, DC, ABŞ
20. Amsterdam, Hollandiya
21. Seattle, ABŞ
22. Orlando, ABŞ
23. Hyuston, ABŞ
24. Nyu York, ABŞ
25. Los Anceles, ABŞ
26. Çikaqo, ABŞ
27. San Fransisko, ABŞ
28. Kuala Lumpur, Malayziya
29. Praqa, Çexiya
30. Las-Veqas, ABŞ
Aytən Məftun
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq





















.jpg)


.jpg)












