Qadın
Bu dərmanlar 19 yaşlı qızın həyatını təhlükəyə atdı - FOTO
Kaliforniyada yaşayan 19 yaşlı Sidney Marşalın sözlərinə görə, istifadə etdiyi hamiləliyə qarşı kontraseptiv həblər beynində qan laxtalanmasına səbəb olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli miqren ağrılarından əziyyət çəkdiyini deyən qız ağrıkəsici dərmanlar istifadə etsə də, heç bir effekt əldə etməyib. Qız bildirib ki, 5 gün fasiləsiz baş ağrısı çəkdikdən sonra qusmağa başlayıb və həkimə getməyə qərar verib.
Kortizon inyeksiyasından sonra baş ağrısı keçsə də, Sidneyin simptomları yenidən baş qaldırdığı üçün xəstəxanaya yerləşdirilib. CT və MRT müayinəsindən sonra onun beynində qan laxtası olduğu və buna 2 ildir istifadə etdiyi kontraseptiv tabletlərin səbəb olduğu məlum olub.
Bu barədə sosial mediada danışan qız bildirib ki, estrogen və progestin ehtiva edən kontraseptiv həblərdən ilk dəfə 17 yaşında istifadə etməyə başlayıb və heç bir əks təsirləriylə rastlaşmayıb. Həkimlər damarında qan laxtası olduğunu, sol beyninin aşağı hissəsini əhatə etdiyini deyib və ona "Sinus trombozu" diaqnozu qoyublar.
"Tərkibində yüksək miqdarda estrogen olan həblər qan laxtalanmasına səbəb ola bilər, lakin bu dərman bütün bədən tiplərində fərqli reaksiya verir. Ümumiyyətlə kontraseptivlərin bütün qadınlar üçün təhlükəli olduğunu düşünmürəm. Təbii ki, riskli tərəflər və xüsusi vəziyyətlər var. Qadınlar bu həblərin gələcək təsirləri və mümkün zərərləri barədə məlumatlı olmalıdırlar", - Sidney qeyd edib.
Qız bu dəhşətli hadisəni TikTok-da paylaşdıqdan sonra dünyanın hər yerindən qadınlardan dəstək mesajları aldığını bildirib. O, əlavə edib ki, onunla oxşar problemi yaşayanlar çoxdur.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi


















.jpg)

















