İtalyan gözəllərindən 6 stil dərsi - FOTOLAR
Bizi izləyin

Qadın

İtalyan gözəllərindən 6 stil dərsi - FOTOLAR

Hər kəs bilir ki, italyanlar dünyanın ən dəbdəbəli geyinən millətləri sayılır. Kişilər bu mövzuda xanımlardan geri qalmasa da, zərif cinsin nümayəndələri xüsusilə seçilir. Bəli, onların “Armani”, “Prada”, “Ferragamo”, “Valentino” kimi məşhur brendləri var. Lakin bilmək lazımdır ki, bütün italyanlar bu brendlərdən geyinə biləcək qədər zəngin deyil. Sadəcə italyanlar bahalı görünməyin sirrini bilirlər, üstəlik başqa millətlərdən fərqli olaraq geyimə qat-qat az pul xərcləyirlər. Ona görə yox ki, İtaliyada hər şey ucuzdur, sadəcə italyan gözəllərinin öz hiylələri və fəndləri var.

Publika.az bu yazıda oxucuları italyan qadınlarının 6 moda sirri ilə tanış edib.

1. Bahalı və ucuz geyimləri qarışdırmaqdan qorxmayın. Hətta italyan moda dizaynerlərinin özləri də bu hiyləni tövsiyə edirlər - məsələn, kifayət qədər sadə cins ilə bahalı və dəbli gödəkçə geyə bilərsiniz. Və ya əksinə, klassik bir şalvarlarla kişi köynəyi mükəmməl vəhdət yaradacaq. Çiyinlərinizə bahalı kaşmir şal atın, ancaq altına sadə bir bluz və özünüz tikdiyiniz rustik üslubda yubka geyinin. Unutmayın: yalnız bir bahalı əşya, istər pencək, istər köynək, istərsə də şal, bütün ansambla bahalı görünüş verir.

2. Kişi geyim şöbələrini gəzməkdən çəkinməyin. Əgər bədən quruluşunuz çox incədirsə, böyük ölçülü bluzkalar və sviterlər geyinmək məcburiyyətində deyilsiniz, siz mağazalarda yeniyetmə oğlan geyimləri şöbələrində də gözəl məhsullar tapa bilərsiniz. Üstəlik yeniyetmə bölümündəki geyimlər qadın bluzlarından çox ucuzdur. Yeri gəlmişkən, unudulmaz obraz yaratmaq istəyirsinizsə, kişi qalstuku da köməyinizə gələ bilər. Qardaşınızın, ərinizin və ya atanızın qalstuklarını nəzərdən keçirin - onlar boyun ətrafında və ya kəmər kimi istifadə edilə bilər. Bu, manipulyasiyaya imkan verən gözəl bir detaldır.

Street Style MFW I | Collage Vintage

3. İtalyan qadınların qarderobunu şalsız təsəvvür etmək mümkün deyil. Gözəl bir şal (ənənəvi buta üslubu da daxil olmaqla) paltarınızı tamamilə dəyişə bilər. Onu düzgün istifadə etmək bir az ustalıq tələb edir, lakin təcrübə ilə siz görünüşünüzü tamamilə dəyişdirməyi öyrənəcəksiniz.

How To Style A Scarf This Summer FASHION Magazine | sunraleloir.com.ar

Çiyinlərinizə bir şal ata, boynunuza sarıya və bununla da sadə qara paltar və ya qara sviteri şənləndirə bilərsiniz. Həmçinin onu qaraçı kimi belinizə də bağlaya, yaxud da bir çiyninizə ata bilərsiniz. Bax beləcə ucuz kurtkanız daha gözəl görünəcək. Hətta ən bahalı şal belə bahalı köynək, şalvar və ya pencəkdən qat-qat ucuzdur. Odur ki, müxtəlif rənglərdə bir neçəsini alıb əsas aksessuar kimi istifadə etməkdən qorxmayın.

4. Ayaqqabılara yatırım edin. İnsanların rifahını ayaqqabılarına görə qiymətləndirən tək italyanlara xas olmaya bilər, amma ən azından bunu vicdanla etiraf edirlər. Yaxşı dəridən hazırlanmış ayaqqabıların ən diqqətəlayiq xüsusiyyətlərindən biri də budur ki, corabla daha zərif görünürlər. Onu da yadda saxlayın ki, zamşa material dəridən daha ucuz olsa da, eyni dərəcədə bahalı görünür. İsti havalarda isə balerina baletkalarını nəzərdən keçirin. Romalı qızlar onları leggings (lasin) və uzun enli ətəklərlə geyinirlər. Onlar həm çox zərif görünürlər, həm rahatdırlar, həm, gündəlik, həm də ofis üçün əlverişlidirlər.

Mara Flex Flats | Women's Ballet Flats | Italian Suede Shoes - Italeau

Kətan ipli altlığı olan espadrillər də italyan gözəllərinin seçimləri arasında ilk sıralarda dayanır. Bu model həm tarlalarda, həm qazonlarda, həm də şəhər ətrafında gəzmək üçün çox əlverişlidir. Onlar həm ofisə geyimləri, həm də romantik ziyafət libasları ilə eyni dərəcədə gözəl görünürlər.

5. Az ilə qane olun. Qarderobunuzun böyük olması önəmli deyil, lazım olan əsas əşyalarınızı xüsusi rəng sxeminə görə düzün ki, onları dəyişmək daha asan olsun və bütün fəsillərdə maraqlı geyinə biləsiniz.

Yalnız qara və ağ əşyalara sahib olmaq kifayətdir ki, hamıdan dəbli görünə biləsiniz. Bozun bütün çalarları da eyni dərəcədə maraqlıdır. Yumşaq boz yubka, boz şalvar, açıq boz kaşmir sviter alın - boz sizə yaraşmasa belə, onu parlaq bir şərf və ya şal ilə tamamlaya, mirvarilərlə bəzəyə, həmçinin obraza qara ayaqqabı və ya çəkmələr əlavə edə bilərsiniz. Ümumiyyətlə, bütün paltarlarınızı neytral rəng sxemi ətrafında dəyişməyə çalışın.

6. Özünüzü bəzəməkdən çəkinməyin. İtalyan qadınları qızıldan hazırlanmış zinət əşyalarını sevirlər. Bunun üçün sadə bir üzük və incə bir boyunbağı belə kifayətdir. Ən vacib atributlardan biri halqa sırğalardır. Şimalda halqa sırğaların daha versiyaları dəbdə olsa da, cənub qadınları iri modellərini sevirlər. Onlar həm gündüz, həm də axşam geyimi üçün uyğundur.

Dolce & Gabbana Jewellery: A Precious Passion - Red Carpet Fashion Awards

Boyundakı zəncirlər nə qədər fərqli olsa, bir o qədər zərif görünəcəksiniz. Zəncir şəklində bilərziklərdən birini və ya eyni anda bir neçəsini taxa bilərsiniz. İtalyan qadınları da bizim kimi, əllərini üzüklərlə doldurmağı sevirlər. Lakin yadda saxlamaq lazımdır ki, Aralıq dənizi qadınlarının əlləri, bir qayda olaraq, şimallıların əllərindən daha zərifdir. Odur ki, üzüklər taxmazdan əvvəl barmaqlarınıza tənqidi nəzər salın: bəlkə onlara diqqət cəlb etməyə ehtiyac yoxdur...

Nə deyirsiniz, italyan gözəllərinin moda qaydaları ilə oynamağa dəyər?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm