Qadın
Ginekoloq hormonların təsirindən danışdı: "Qadın bədəni..."
Gündəlik həyatda pis əhval-ruhiyyə, yorğunluq və depressiya tez-tez olur. Onlar həddindən artıq iş, narahatlıq və ya xroniki stress kimi, təbii səbəblərdən yarana bilər. Ancaq bu simptomlar keçmirdə, onların arxasında tibbi səbəb olub-olmadığını öyrənməyə dəyər.
Publika.az xəbər verir ki, bu sözləri ginekoloq Olqa Budayeva Gazeta.ru-ya müsahibəsində deyib.
"Qadın orqanizmi menstruasiya dövründə qanda cinsi hormonların dəyişməsinə məruz qalır. Bu dalğalanmalar serotonin və endorfinlərin ifrazına da birbaşa təsir göstərir. Menstruasiya başlamazdan 5-7 gün əvvəl rifahın pisləşməsinin əsas səbəbi hormonal dəyişikliklərdir. Onun fiziki simptomları süd vəzilərinin ödemi, şişməsi və ağrıları, baş ağrıları və s. ola bilər. Həm dərman, həm də digər üsullar menstruasiya öncəsi sindromları yaxşılaşdırmağa kömək edə bilər", - həkim vurğulayıb.
Ginekoloq əlavə etdi ki, hormonların səviyyəsi qadınlarda menopoz zamanı çox dəyişir. Xüsusilə yumurtalıqların çıxarılması kimi cərrahi müalicəyə məruz qaldıqları hallarda. Çox vaxt bu vəziyyət titrəmə, tərləmə və əhval dəyişikliyi ilə müşayiət olunur. Menopozun ən yaxşı müalicəsi mütəxəssislərin təyin etdiyi hormon əvəzedici terapiyadır.
Ginekoloq onu da bildirib ki, əhval dəyişikliyi və cinsi həvəsin azalması hormonal disbalans və ya hipofiz şişləri səbəbindən hiperprolaktinemiyanın simptomları ola bilər.
Budayevanın sözlərinə görə, hamiləlik dövrü də mənfi simptomlarla müşayiət olunur: yuxululuq, başgicəllənmə və ürəkbulanma. Bu da xüsusən hamiləliyin ağırlaşmalarında əhval-ruhiyyəyə təsir edir. Daimi həkim nəzarətində olmaqla və onun tövsiyələrinə əməl etmək bu narahatlıqları aradan qaldırmağa kömək edəcək.
Həkim qeyd edib ki, əgər qadının xarakterində isterik əlamətlər üstünlük təşkil edirsə, bu, xroniki çanaq ağrıları sindromu kimi psixosomatik ginekoloji xəstəliklərin inkişafına təsir göstərə bilər. Belə hallarda müalicəyə terapevt, nevroloq və ya psixiatr cəlb oluna bilər.
"Unutmaq olmaz ki, hər hansı bir xəstəlik narahatlıq və pis əhval-ruhiyyə yaradır. Odur ki, həkimə getməyi gecikdirməyin. Xəstəliyin düzgün diaqnozu, terapiyanın seçilməsi həyatınızı dəyişəcək və onu rəngarəng edəcək ", - həkim yekunda qeyd edib.
Aytən
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq















.jpg)





















