Qadın
Bu su qadınlarda xərçəng riskini iki dəfə artırır
Beşulduzlu otel və ən bahalı kurortlardakı hovuzlar belə sağlamlığımızda problemlərinə yola aça bilər. Onkoloq Danail Nazlıyevin sözlərinə görə, yüksək xlorlu hovuzlarda üzmək uşaqlıq boynu xərçəngi riskini artıra bilər.
Publika.az xəbər verir ki, o, bu barədə Gazeta.ru-ya danışıb və bildirib ki, bununla bağlı araşdırmalar aparılıb.
Belə bir araşdırma 2018-ci ildə Beynəlxalq Ətraf Mühit Sağlamlığı Araşdırmaları Jurnalında dərc edilib. Həkim xəbərdarlıq edib ki, otel hovuzlarında üzən qadınların uşaqlıq boynu xərçənginə tutulma ehtimalı üzməyənlərə nisbətən iki dəfə çoxdur. Tədqiqatçılar hesab edir ki, hovuzları təmiz və mikrobsuz saxlamaq üçün əlavə edilən yüksək səviyyəli xlor təhlükəlidir. Xlor həmçinin suda olan müəyyən birləşmələrlə kimyəvi reaksiyaya girə bilir ki, bu da orqanizmin hüceyrələrinə zərər verən zəhərli mühit yarada bilər.
"Bu o demək deyil ki, insanlar tətildə üzməkdən çəkinməlidirlər, üzgüçülük istirahət etmək və günəşdən həzz almaq üçün əla vasitədir. Bununla belə, risklərdən xəbərdar olmaq və ehtiyat tədbirləri görmək vacibdir. Təmiz olmayan hovuzlarda üzməkdən çəkinməli, təhlükəsiz hesab edilən hovuzlardan və ya çimərliklərdən istifadə etməli və hovuzda yad insanlarla təmasdan qaçmalısınız”, - onkoloq öz teleqram kanalında izah edib.
Nazlıyev qeyd edib ki, uşaqlıq boynu xərçəngi səyahət edənlər üçün ciddi riskdir, hovuzun və suyun vəziyyəti düzgün saxlanmazsa, hətta beşulduzlu otellər də təhlükəli ola bilər. Odur ki, bütün riskləri nəzərə alaraq ehtiyat tədbirləri görməlisiniz ki, tətiliniz maksimum təhlükəsiz və əyləncəli olsun.
Aytən Məftun
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.webp)





















