Qadın
Şahzadənin Kraliçaya hədiyyə etdiyi zinət əşyasının TARİXÇƏSİ
Kraliça II Elizavetin tacları dünyada çox məşhurdur. O da məlumdur ki, onun saysız-hesabsız zinət əşyaları ailə üzvlərinə miras qalıb. Onlar arasında birinin tarixçəsi xüsusilə əlamətdardır.
Publika.az oxucuları Şahzadə Filipin Kraliça II Elizaveta hədiyyə etdiyi bilərziyin hekayəsi ilə tanış edib.
Ən bahalı zərgərlik kolleksiyalarından biri mərhum Kraliça II Elizaveta məxsus idi. Ancaq zinət əşyalarının heç biri onun üçün əri Şahzadə Filipin hədiyyələri qədər əziz deyildi. Filip Şahzadə Albertin həyat yoldaşı, Britaniya kraliçası Viktoriya üçün bir sıra təsirli zinət əşyalarının yaradılmasında şəxsən iştirak etmək ənənəsini davam etdirirdi.

Ən simvolik və təsirli zinət əşyalarından biri də şahzadənin evliliklərinin beşinci ildönümündə həyat yoldaşına hədiyyə etdiyi qolbaq idi. Belə ki, 1952-ci ildə şahzadə Elizavetə dizaynını Filipin şəxsən hazırladığı bir zinət əşyası hədiyyə etdi. Onun istehsalı isə fransız zərgərlik evi "Boucheron"a aid idi. Sözügedən bilərzik sarı qızıldan, brilyant, sapfir və yaqutdan hazırlanıb. Bu bəzək əşyası həm də dəniz donanmasının simvolunu daşıyır. Belə ki, Şahzadə Filipin Elizavetlə evlənmək üçün Kral Donanmasındakı karyerasından imtina etməli olub.
Sapfir və brilyantdan hazırlanmış iki xaç Yunanıstanın bayrağını ifadə edir, çünki şahzadə orada, Korfu adasında anadan olub. Yaqut xaçın üzərindəki mavi, qırmızı və ağdan daşlar isə Böyük Britaniyanın bayrağına istinad edir. Xaç həmçinin Yorkun simvolu və II Yelizavetanın ilk kral titulunu xatırladan iki qızılgül ilə əhatə olunub.


Zərgərlik üzrə ekspert Maksvell Stoun bu parçanı 80 min funt sterlinq dəyərində qiymətləndirib ki, bu da hazırda demək olar ki, 172 min manata bərabərdir. Zərgərlik məmulatlarının qiyməti təkcə qiymətli daşlarla deyil, həm də Böyük Britaniyanın keçmiş monarxı üçün əhəmiyyətinə görə ölçülür.
Xatırladaq ki, Kraliça Elizabeth və Şahzadə Filipin evliliyi 74 il davam edib. Bu, Böyük Britaniya tarixinin ən ahəngdar və güclü nikahlarından biri idi.
Aytən Məftun
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.webp)





















