Qadın
Çalma dini atributdan siyasi bəyanata çevrildi
Bu yay bir neçə dizayner və ulduz bizə xatırlatdı ki, artıq adi hala çevrilmiş beysbol papaqları, şlyapalardan və ipək bandanalardan başqa, daha qeyri-adi baş örtükləri var. Məsələn, türbanlar. Biz onları sadəcə mövsümün bir neçə kolleksiyasında deyil, həmçinin "Met Gala"nın qırmızı xalçasında gördük. Aktrisa Cessika Çesteyn moda dünyasının “Oskar”ı sayılan mərasimə "Gucci"nin albalı rəngli türbanında gəlmişdi. Ancaq bu başlıq həmişə axşam görünüşünü tamamlaya bilən və ya başınızı günəşdən qorumağa kömək edən ekstravaqant moda aksesuarı olmayıb. Milli və dini atributlar arasında yer alan bu dəbli aksessuar siyasi bəyanat rolunu oynayıb. Necə və nə üçün?
Publika.az bu yazıda oxucuları türban və ya çalmanın qısa tarixi ilə tanış edir.

İlk türbanlar eramızdan əvvəl yaranıb. Belə qəqul edilir ki, onların ilk istifadəçiləri Mesopotamiya xalqları olub. Sonralar bu adət yunanlar, ərəblər və türklər tərəfindən qəbul edilib. Bizansda, xüsusən də müasir Türkiyə ərazisində yerləşən Kiçik Asiyanın bölgələrində də türbanlar dəbdə idi. Zaman keçdikcə qızmar günəşdən qorunmaq vasitəsi və sosial statusun göstəricisindən çalma milli və dini atributa çevrilib. Yeri gəlmişkən, qədim dövrlərdə yüksək vəzifəli məmurlar və din xadimləri adətən uzun parça parçadan mürəkkəb baş geyimləri taxırdılar.


Müsəlmanlar onları iman səbəbiylə taxmağa başladılar. Məhəmməd peyğəmbərin də sağlığında başına ağ çalma bağladığı deyilir. Hindular, sikxlər, hətta bəzi Afrika xristian icmalarında da türbanlar milli geyimin ayrılmaz bir hissəsi hesab olunub. Türban həm də onlar üçün sadiqliyin simvolu və kəsmədikləri uzun saçlarını qorumaq üçün bir vasitə idi.
Çalmanın moda aksesuarına gedən yolu keçən əsrin əvvəllərində Parisdən başlayıb. Məhz o zaman şərq mədəniyyəti bütün Avropanı bürümüşdü. Yapon kimonoları, ərəb hərəm şalvarları, təbii ki, hind çalarları minimalist fransızların gündəlik qarderobuna yol tapdı. Buna bir çox cəhətdən o dövrün ən məşhur dizayneri Paul Poiret töhfə verdi. 30-cu illərdə ekzotik dəb aktuallığını itirdi, lakin mürəkkəb baş örtükləri bir neçə ildən sonra tamamilə yeni statusda geri dönüş etdi.
İkinci Dünya Müharibəsi illərində fransızlar türbanları yalnız zərurətdən deyil, həm də başlarını bəzəmək üçün taxmağa başladılar. Bu, həm də bir növ siyasi mesaj idi. Fransız qadınları var gücü ilə alman işğalçılarının soyuq arvadlarını öz ekstravaqant, hətta çılğın obrazları ilə qıcıqlandırmağa çalışırdılar. Fransanı basmış alman qadınlarının lakonik sərt papaqlarına qarşı çıxdıqları mürəkkəb türbanlar bu mübarizədə onların silahına çevrildi.

“İşğal zamanı fransızlar hər cür yolla alman zabitlərinin arvadlarını sıxışdırmağa çalışırdılar. Məsələn, onlardan tamamilə fərqli geyinirdilər. Bəziləri alman qadınlarının səliqəli papaqlarına qarşı çıxaraq başlarına mətbəx dəsmalları və cır-cındır dolayır və bununla da müqavimətlərini bildirirdilər. Mümkün qədər cəsarətli görünməyə və meydan oxumağa çalışıdılar. Beləliklə, türbanlar etiraz əlamətinə çevrildi", - britaniyalı papaqçı Stiven Cons "Vogue"a müsahibəsində dilə gətirib.

Növbəti dəfə bu tendensiya 60-70-ci illərdə - hippi hərəkatının populyarlığı, səyahət və ekzotikaya ümumi ehtirasın qayıdışı fonunda geri döndü. Podiumlara hər cür etnik mənsubiyyəti qaytaran İv Sen-Loren isə o dövrün mübahisəsiz ulduzu idi. Bu, əsasən onun yaxın dostu və ilhamvericisi - etnik zərgərlik və çoxrəngli şallardan hazırlanmış mürəkkəb türbanlarla ayrılmayan rəssam Lulu de la Falezin təklifi ilə baş verdi. Sonradan, Lulunun qarderobundan götürülmüş bu baş örtükləri İv Sen-Loren şousunun müntəzəm "iştirakçıları" oldu. Türban ənənəsinə moda evinin sonrakı yaradıcı direktorları tərəfindən də dəfələrlə istinad edildi.

O vaxtdan bəri türbanların dəbdə olmadığı bir dövr demək olar ki, olmayıb. Onlar qısa müddətlik moda kontekstindən yoxa çıxsalar da, sonradan təzələnmiş versiyada geri qayıda bilirlər. Bu mövsüm yenə belə oldu. Əlverişli görünməməyinə baxmayaraq, onlar olduqca faydalı funksiyaya malikdir. Yayda başı günəşin yandırıcı təsirindən mükəmməl qoruyur, bəzən də sıxıcı görünən beysbol papaqlarından, şlyapalardan və bandanalardan daha təravətli görünürlər. Bəs siz bu trendi sınamağa hazırsınız?
Aytən Məftun
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq















.jpg)





















