Aktrisa seksizmə üsyan etdi: "Qadınlardan hələ də..."
Bizi izləyin

Qadın

Aktrisa seksizmə üsyan etdi: "Qadınlardan hələ də..."

Aktrisa seksizmə üsyan etdi: "Qadınlardan hələ də..."

Qvinet Peltrou Britaniyanın “Vogue” jurnalına müsahibəsində gözəllik sənayesindəki seksizmdən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı aktrisanın sözlərinə görə, cəmiyyət yaşlı qadınlara qarşı həddən artıq tələbkardır, kişilərə isə daha çox mülayim münasibət göstərilir.

“Düşünürəm ki, bu, sənaye problemidir. Qadınlardan hələ də xüsusi bir şəkildə yaşlanmaq tələb olunur. Sanki biz vaxtında donub 10-20 il əvvəlki kimi qalmalıyıq. Bu, sadəcə olaraq, qeyri-realdır”, - kino ulduzu bildirib.

Aktrisa eyni yaşda olan qadınlara da kişilər kimi loyal davranmağa çağırıb: “Saçlarına ağ dənlər düşmüş gözəl Endi Makdauel kimi, qocalmağı qəbul etmək haqqında danışan birini eşidəndə çox xoşuma gəlir. Məsələn, Corc Kluniyə münasibət qadınların necə qəbul edildiyindən fərqlənir. Kişinin saçı ağara bilər, amma qadınlardan soruşurlar ki, qırışlarınız və qocalmış dərinizlə nə etmək fikrindəsiniz? Bu, şübhəsiz ki, ikili standartdır”.

Aktrisa həmçinin əlavə edib ki, hər bir qadının yaşa dolanda istədiyi kimi görünmək hüququ olmalıdır: “Hər qadın istədiyi kimi qocalmalıdır. Bəzi qadınlar bu məsələyə estetik yanaşmağa üstünlük verir, bəziləri isə sadəcə həyatdan həzz alan nağıldakı fransız nənələri kimi görünmək istəyir”.

Qvinet Peltrou etiraf edib ki, mükəmməl görünməyə çalışmır, eyni zamanda sağlamlığına da diqqət yetirir.

“Sağlamlıq və uzunömürlülük üçün əlimdən gələni etsəm də, bir mantram var. Bədənimdəki bütün izləri, boşalmış dəriləri, qırışları qəbul edirəm. Bədənimi qəbul edirəm və mükəmməl olmaq, mükəmməl görünmək, cazibə qüvvəsinə meydan oxumaq, məntiqə meydan oxumaq, insanlığa meydan oxumaq ehtiyacını buraxıram. İnsanlığımı qəbul edirəm.

Düşünürəm ki, sağlamlıq sənayesi hamımızı aldadır. Yalnız sağlam olmaq kifayət deyil, siz həm də düzgün həyat tərzi sürməlisiniz”, - şəxsi qulluq məhsulları təklif edən sağlamlıq şirkəti “Goop”un sədri olan Peltrou bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm