Qadın
Dünyanı çəhrayı rəngə boyayan kuklanın məşhur hekayəsi - Kişilərə göndərilən açıq mesajlar
Ötən həftə sonu Rusiyadan başqa dünyanın hər yerində nümayiş olaunan Qreta Qerviqin “Barbie” filmini tamaşaçıların əksəriyyəti yüksək qiymətləndiriblər. Premyeradan sonrakı ilk həftəsonunda filmin 155 milyon dollardan çox gəlir gətirdiyi məlum oldu. Marqo Robbi və Ryan Qoslinqin rol aldığı - Barbi kuklasından bəhs edən film kino tənqidçilərin, analitiklərin, tamaşaçıların və internet istifadəçilərinin sosial mediada ən çox müzakirə etdiyi işlərdən biri olub.
Publika.az oxucuları film barədə maraqlı məlumatlarla tanış edir.
Eyni vaxtda nümayişə çıxdığı üçün “Oppenhaimer” ilə “Barbie” filmlərinə “Barbenheimer” adı verildiyini artıq demişdik. O, da məlumdur ki, dünyaya səs salan layihələri izləmək üçün ötən həftə kinoteatrlara minlərlə tamaşaçı axışıb. Kristofer Nolanın nüvə silahının inkişafı haqqında filmi kassada cəmi 80,5 milyon dollar toplayaraq “Barbie” filmindən geri qalıb. “Variety” nəşrinin yazdığına görə, iki ekran işinin premyerasının eyni vaxtda keçirilməsi kassalardan yığılan gəlirlərin rəqabətini əsrin iki tammetrajlı filminə çevirib.
“Biz “Barbie”nin premyera həftəsində 75 milyon dollar qazanacağını düşünürdük. Heç kim onun 155 milyon dollar qazanacağını gözləmirdi. Bu kukla çox şeyə qadirdir”, - “Warner Bros”un prezidenti Ceff Qoldsteyn deyib. Qeyd olunur ki, beynəlxalq kassada film həftəsonu 182 milyon dollar gəlir əldə edib - yəni dünya kassasında rekord 337 milyon dollar olub. Bu göstəricilərə əsasən “Barbie” kino tarixində qadın rejissora böyük şöhrət gətirən ən uğurlu film olub. Statistikalar da göstərir ki, tamaşaçıların 65%-i qadınlardır, bu da diqqətəlayiq haldır, çünki bir qayda olaraq, nümayiş olunduğu ilk günlərdə 100 milyondan çox gəlir gətirən istənilən filmin əsas tamaşaçıları kişilər olur.
İlk resenziyalar
Tamaşaçılar və tənqidçilər çoxluqda filmi müsbət qiymətləndirirlər. Əlbəttə ki, çoxları uşaqlıqdan bəri çoxlarına tanış olan “Barbie” kuklasına bəslədiyi nostalji məhəbbətdən, kukla obrazının moda dünyasına təsirindən və əlbəttə ki, Marqo ilə Ryanın güclü oyunundan yazırlar. İzləyicilər həmçinin Qreta Qerviqin ssenarisini və kinorejissorların onu daha mənalı, hazırcavab və feminist, ümumilikdə müasir cəmiyyətin problemlərini, xüsusən də burada qadınların rolunu təsirli göstərəməyə çalışdıqlarını müzakirəyə çıxarırlar. Və ümid edirlər ki, kişilərə mesajlar göndərən ekran işi qadınlar qarşılaşdığı bir çox problemlərin aradan qaldırılmasında önəmli rol oynayacaq.
“Milyonlarla kinoman “Barbieland” ölkəsinə əyləncəli, nostalji səyahət etmək üçün ən yaxşı “barbikor” kostyumları ilə teatrlara axın edir. Filmdə bəzi gülməli anlar və təsirli musiqi nömrələri olsa da, bu, eyni zamanda məşhur kuklanın mübahisəli rolunun, ziddiyyətli standartların düşünülmüş təhlilidir. Eləcə də sözügedən ekran işi qadınların patriarxal cəmiyyətdə qarşılaşdığı davranışların, analar və qızlar arasındakı mürəkkəb münasibətlərin və insan olmağın ekzistensial təcrübəsinin tədqiqidir. Gərgin blokbaster tamaşaçılara həm göz yaşları, həm də gülüş gətirən sonluqla başa çatır”, - “Harper's Bazaar” jurnalının müəllifi yazıb.
Film Tvitterdə də geniş müzakirə olunur. Aktrisa Qvinet Peltrou filmi izləyərkən həm güldüyü, həm ağladığını, həm həyəcan keçirdiyini, həm rəqs etmək istədiyini, həm də şoka düşdüyünü bildirib.
“Nəhayət Barbini gördüm. Şübhəsiz ki, həyatımda gördüyüm ən möhtəşəm filmlərdən biridir. Lənətə gəlsin! Depressiyada olan Barbi? Narahat Barbi? Barbi ölüm haqqında düşünür? İnanılmaz!”, - istifadəçilərdən biri yazıb.
“Mən nə üçün yaradılmışam?”, - Barbi soruşur. Qreta Qerviq mən səni sevirəm. Barbi hədsiz dərrakəli və yaradıcı, gülməli və düşüncəlidir, onun böyük ürəyi və empatiyası var. Qerviq bir daha qadının təcrübəsini ifadə etməyə imkan verən xüsusi bir əsər yaratdı. Bu Barbi ağlayır", - başqa bir istifadəçi qeyd edib.
“Qreta Gerviq həqiqətən sizi ağlamağa məcbur etməyi və hisslərinizə toxunmağı, həm də qadın olmağın nə ifadə etdiyinə dair böyük monoloqu izləyiciyə necə çatdıracağını gözəl bilir. O, nadir hallarda yüksək səslə söylədiyimiz çox adi təcrübələrdən danışır və mən onu buna görə sevirəm" , - digər tamaşaçı Tvitterdə qeyd edib.
“Marqo Robbi çox yaxşıdır və düşünürəm ki, bəzi insanlar Barbiyə bənzədiyi üçün onsuz da onu az qiymətləndirirdi. Ona bənzədiyi üçün nə edə bilər ki? Aktrisanın özünün də dediyinə görə, əvvəllər onu düzgün qiymətləndirmirdilər, lakin onun bu rola gətirdiyi istilik və insanpərvərlik tamaşaçılarda rezonans doğurur”, - izləyici vurğulayıb.
Rayan Qoslinqin oynadığı Keni də müdafiə edənlər az olmayıb. “İndicə “Barbie”yə baxdım və təsdiq edə bilərəm ki, Barbi heyrətamizdir. Bəs Ken? O da adi Ken deyil. O, Kendən daha çoxudur”, - sosial mediada qeyd olunub.
“Barbie” teleqramda da geniş müzakirələr doğurur. Məsələn, Kseniya Sobçak filmin onu sözün əsl mənasında heyrətə saldığını deyib və hər kəsi ona baxmağa səsləyib: “Film yumor, ironiya və əla zarafatlarla doludur. İlk baxışdan sadəcə çəhrayı və xoşbəxt bir dünyaya girdiyinizi düşünsəniz də, film gözəl çəkilib, hər zövqə uyğun zarafatlar var və məntiqlidir. Bütün həyatım boyu kənara çıxıram, nə qədər dəhşətli, ya axmaq olduğumu və ya səhv düşündüyümü dinləyirəm və hamını ... göndərirəm”, - Sobçak qeyd edib.
Filmin süjeti haqqında
“Lady Bird” və “Balaca Qadınlar” filmlərində Oskar mükafatına namizəd olan Qreta Qerviq “Barbie” filminin ssenarisini sevgilisi və həmkarı Noa Baumbaxla birlikdə yazıb. Hekayədə Barbi gözəllik standartlarına uyğun gəlmədiyi üçün Barbielanddan qovulur. Sonra o, real dünyada yeni həyata başlayır və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir. Ken də özünü kəşf etmək üçün Barbielandı onunla birlikdə tərk edir. Filmdə həmçinin Amerika Ferrera, İssa Rae, Dua Lipa, Emma Maki, Simu Liu, Maykl Cera, Helen Mirren, Con Cena və Uill Ferrell çəkilib.
Təbliğat və barbikor
“Warner Bros.” Və “Mattel” tərəfindən istehsal edilən 145 milyon dollarlıq filmin reklam kampaniyası premyeradan bir neçə ay əvvəl başladı. Reklam kampaniyası çərçivəsində, Marqo Robbi çoxsaylı nəşrlərə “Barbie” obrazında poza verdi, həm də film barədə təəssüratlaırnı bölüşdü. Qırmızı xalıda da Marqo Barbi obrazlarında göründü. Lakin bu, layihənin təsirli təbliğatının yalnız kiçik bir hissəsi idi. “Variety” nəşrinin yazırdığına görə, “Warner Bros.”un marketinq şöbəsi konfet rəngləri ilə kütlələri ovsunlamaq üçün çox çalışır. WSJ-in məlumatına görə, əsas qərar çox sayda tərəfdaş layihələri olub. Barbi kuklasına rəğbəti olan bütün qızların qarderoblarının çəhrayıya büründüyünü nəzərə alsaq, əminliklə demək olar ki, təbliğatçılar istədiklərin də artığına nail olub. Bir sözlə, bu film bizi dünyaya çərhayı eynəkdən baxmağa məcbur edir.
Malibuda isə “Airbnb” vasitəsilə sifariş edilə bilən əsl çəhrayı “Barbie evi” var. “Barbie” filminin premyerası üçün malikanə xüsusi olaraq yenidən rənglənib və təmir edilib. Məşhurlar və gündəlik insanlar getdikcə daha çox çəhrayı geyinməyə başlayıblar, moda markaları barbikor üslubunda paltar və aksesuarlar buraxır, stilistlər və müxtəlif nəşrlər barbikor görünüşünü yaratmaq üçün məsləhətlər verir.
Rəqabət aparan studiyaların rəhbərlərinə görə, ümumilikdə bahalı marketinq kampaniyasına təxminən 150 milyon dollar xərclənib. “Barbie” filminin icarəyə verildiyi ilk həftəsində kassalarda yığılan pullardan da göründüyü kimi, bu xərclər artıq öz bəhrəsini verib.
Aytən
-
ABŞ10:30“Anam ona aşiq idi” – Trampın krala dediyi sözlər qalmaqal yaratdı
-
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
-
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
-
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…
-
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
-
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
-
Magazin202:12Bu da Ancelina Colinin qızı - FOTO
-
ABŞ01:41ABŞ Ay yarışında Çinə uduza bilər






































