Qadın
"Barbie" trendi gənc qızlarda hansı xəstəliyə yol aça bilər?
"Barbie" filminin ekranlara çıxması həm də gəlincik obrazlarının gündəmə gəlməsinə səbəb oldu. Qızlar "Barbie" kuklası kimi geyinməyə çalışaraq həm də bədən ölçülərinin bu trendə uyğun gəlməsinə can atmağa başlayıblar. Sözsüz ki, bu ağır pəhrizlər hesabına başa gəlir. Bəs mütəxəssislər bu mövzuda nə deyir?
Publika.az xəbər verir ki, türkiyəli psixoterapevt Taha Can Tumanın sözlərinə görə, reallıqla uyğun gəlməyən kuklaların bədən ölçülərinə sahib olmaq arzusu gənc qızlarda ciddi problemlərə yol aça bilər. Həkim yemək pozğunluqlarının inkişafından əlavə sosial-iqtisadi, mədəni və ekoloji amillərin əhəmiyyətinə də diqqət çəkib.
"Arıq görünmək mədəniyyətinin ideallaşdırılması və təşviq edilməsi, incə bədən ölçülərinin moda və jurnal dünyasında heyranlıq və uğur qazanmağın əsas şərti kimi təqdim edilməsi, ailədə arıq görkəmi dəstəkləyən rəftar və davranışlar, artıq çəki ilə bağlı tənqidlər gənc qızlarda bədənini olduğu kimi qəbul etməməsinə, anoreksiyanın pisləşməsinə və inkişafına səbəb olur.
Son günlərdə "Barbie" kuklalarına bənzəməyə çalışan modellər, sosial media reklamları və paylaşımları xüsusilə gənc qızlarda psixiatrik xəstəliklərə səbəb ola bilər. Arıq modellərin yer aldığı reklamları və sosial media paylaşımlarını görən gənc qızlar özünü piss hiss edir. Nəticədə bir çox psixiatrik xəstəliyi tətikləyən sindrom həm də ölümcül nəticələri olan aroneksiyanın inkişafına gətirib çıxarır. Kökəlmək qorxusu qızları sağlamlığına zərər verəcək və hər kəsə uyğun olmayan pəhrizlər saxlamağa, həm də hər yediyini hesablamağa məcbur edir.
Anoreksiya xəstələrinin bədən çəkisi nəzərəçarpacaq dərəcədə aşağıdır. Anoreksiyanın iki növü var: məhdudlaşdırıcı və bulimiya. Kalori qəbulunun həddindən artıq məhdudlaşdırılması, aclıq və ya həddindən artıq məşqlə arıqlamaq üçün səy göstərilərkən, bulimiya tipində həddindən artıq yemək və qusma, laksatif və sidikqovucu dərmanların istifadəsi kimi davranışlar müşahidə edilir. Anoreksiya vaxtında müalicə edilməlidir, çünki bu, həyat üçün təhlükəli və ölümcül bir xəstəlikdir. Bədən kütləsi indeksinin 16-dan aşağı olması xəstəliyin ağır olduğunu göstərir. Anoreksiya xəstələrində həm də depressiya əlamətləri müşahidə olunur. Həddindən artıq arıqlamaq amenoreya, əzələ itkisi, diş çürüməsi, sümüklərin zəifləməsi, böyrəklərin zədələnməsi, beyində büzülmə, elektrolit balanssızlığı, bununla bağlı olaraq ürəkdə ritm pozğunluqları və ani ürək dayanması baş verə bilər. Həddindən artıq və sürətli çəki itirilməsi və intihar riski varsa, xəstənin xəstəxanaya yerləşdirilməsi tələb oluna bilər. Diyetoloq psixiatrın məsuliyyəti altında işləməlidir.
Bu xəstəliyin qarşısını almaq üçün incə bədən ölçülərinin təbliğatının qarşısının alınması, reklamlara normal çəkidə olan qadınların yerləşdirilməsi, reallıqla uyğun gəlməyən həddindən artıq arıq gəlinciklər yerinə reallığa uyğun normal çəki və bədən ölçülərinə malik gəlinciklərin istehsal edilməsi vacibdir", - həkim yekunda qeyd edib.
Aytən Məftun
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq













.jpg)





.jpg)
















