Qadın
Doğuşun cinsi həyata təsiri ortaya çıxdı
Məşhəd Tibb Elmləri Universitetinin (Məşhəd, İran) mütəxəssisləri qadınların cinsi istəyi ilə doğuş növü arasında əlaqə olduğunu iddia edib.
Publika.az xəbər verir ki, alimlərin işinin nəticələri "Health Care for Women International" jurnalında dərc olunub.
Araşdırmada 250 qadın iştirak edib. Müəlliflər iştirakçıların cinsi funksiyasını qiymətləndiriblər, həmçinin doğuşdan sonrakı müayinənin nəticələrindən istifadə ediblər. Xüsusilə alimlər çanaq orqanının prolaps (uşaqlıq sallanması) dərəcəsi ilə maraqlanıblar. Bu, çanaq orqanlarının dayaq-hərəkət aparatının zəifləməsi nəticəsində yaranan genital divarlarının enməsi və uşaqlıq yolunun sallanmasına səbəb olan xroniki xəstəlikdir. Qeyd olunub ki, daxili cinsiyyət orqanlarının yerdəyişməsi sonrakı mərhələlərdə genital boşluqdan kənara çıxan vaginanın lümenində yırtıq çıxıntısı meydana gətirir.
"Nəticələrimiz göstərdi ki, təbii yolla doğum edənlərlə qeysəriyyə əməliyyatını seçənlər arasında cinsi əlaqə zamanı orqazm, axıntı və ağrı ehtimalı cüzidir. Lakin çanaq orqanının prolapsiyası təbii yolla uşaq dünyaya gətirən qadınların cinsi həyatına kəskin şəkildə mənfi təsir göstərib", - alimlər qeyd ediblər.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





.jpg)

















