Amerikanın ən varlı dulu - Milyarderi özünə necə aşiq etdi?
Bizi izləyin

Qadın

Amerikanın ən varlı dulu - Milyarderi özünə necə aşiq etdi?

Milyarderin təsadüfən sıradan bir adamla tanış olduğu romantik komediyaları çoxumuz maraqla izləyirik. Kimin ağlına gələ bilər ki, belə ssenarilər həyatda da olur...

Publika.az oxucuları 59 milyard dollarlıq mirasın sahibi, Amerikanın ən varlı dul qadını kimi tanınan Culia Koxun həyat hekayəsi ilə tanış edir.

Dosye

Qız 1962-ci ildə ABŞ-ın Ayova ştatında anadan olub. Valideynləri Avoya ştatında "Flesher's" mebel salonunun sahibkarları idi. Ancaq uşaq doğulduqdan 8 il sonra Frederik və Marqaret Arkanzasa köçmək qərarına gəldi və orada "Peggy Frederic's" adlı geyim mağazası açdılar.

Culia burada orta məktəbi bitirib universitetə ​​daxil olduqdan sonra modellik karyerasına başlamağa qərar verdi. Daha sonra Kox Nyu-Yorka köçdü və orada məşhur modelyer Adolfo Sardiniyanın köməkçisi kimi işə düzəldi.

Milyarder ilə ilk görüş

Culiyanın Davidlə tanışlığını standart və ya adi adlandırmaq olmaz. Gənc bir qadın üçün karyera qurmaq və öz ayaqları üstündə dura bilmək qarşıda duran əsas missiya idi, buna görə də kiminləsə tanış olmağa can atmırdı, qiymətli vaxtını heç bir görüşə xərcləmək niyyəti də yox idi.

Ancaq qızın rəfiqələri onun tək olmasını istəmirdi, buna görə də başqaları ilə maraqlı tanışlıqlar qurmağa çalışırdılar. Bütün şübhələrinə baxmayaraq, onlar Culianı inandıra bilmişdilər ki, bu görüşdə kor-koranə də olsa iştirak etməyə dəyər. Nəticədə, o, peşəkar basketbolçu ola bilmədiyi üçün "Koch Industries" ailə biznesini davam etdirmək qərarına gələn Devidlə tanış oldu. Onda Devid artıq ilk milyonlarını qazana bilmişdi. Ancaq ilk görüş nəticə vermədi - Culia başa düşdü ki, bu insanla bir daha yolları kəsişməyəcək. Ancaq birlikdə olmaq onların taleyinə yazılmışdı.

Sevgi hekayəsi

Uğursuz görüşdən bir neçə ay sonra ortaq dostların məclisində keçirilən ikinci söhbət cütlük üçün əlamətdar oldu. Məhz bundan sonra Culia və David arasında romantik duyğular yaranmağa başladı. O, 1996-cı ildə evlilik təklifi aldı və Koxun həyat yoldaşı oldu. Culia modellikdən getdi, sosial həyatı olan xanım və üç uşaq anası oldu. Cütülüyn bu nikahdan Meri, Con və David adlı övladları dünyaya gəldi.

Onların sakit ailə xoşbəxtliyi 2019-cu ilin avqustuna, David Kox 79 yaşında vəfat edənə qədər davam etdi. Bundan sonra iş adamının arvadı zahidlik yolunu seçdi və bütün ictimai tədbirlərdən uzaqlaşaraq sözün əsl mənasında təkliyə çəkildi.

Amerikanın ən zəngin dul qadını

Buna baxmayaraq, bu günə qədər Culia Amerikanın ən varlı dul qadını hesab olunur. O, şirkətin həm səhmdarlarından biridir, həm də Direktorlar Şurasında payı var. "Koch Industries"in ABŞ-da və 60 ölkədə şirkətləri var. Qadının sərvəti 59 milyard dollardan çox qiymətləndirilir ki, bu da ona dünyanın ən varlı qadınları reytinqində ikinci yeri tutmağa imkan verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm