Qadın
Alimlər qadınlara xərçənglə bağlı yeni xəbərdarlıq etdi
San-Fransiskodakı Kaliforniya Universitetinin bir qrup alimi araşdırma zamanı aşkar ediblər ki, məişətdə istifadə olunan kimyəvi maddələr qadınlarda xərçəngin inkişafına təsir göstərir.
Publika.az xəbər verir ki, yüksək miqdarda PFAS və fenollar döş, yumurtalıq, dəri və uşaqlıq yolu xərçəngi riskini artırır. Alimlərin nəticələri "Nature" jurnalında yayımlanıb.
Tədqiqat zamanı alimlər 10 mindən çox könüllüdən alınan qan və sidik məlumatlarını təhlil ediblər. Bədəndə artan PFDE miqdarının qadınlarda melanoma riskini iki dəfə artırdığı ortaya çıxıb.
Üstəlik, qanında və sidiyində BPA kimi fenolların yüksək səviyyəsi qeydə alınan ağdərili amerikalı qadınlarda yumurtalıq və uşaqlıq yolu xərçəngi inkişaf riski yüksək olub. Alimlər həmçinin qaradərili qadınlarda bir növ PFAS ilə döş xərçəngi ilə fenollar arasında əlaqə olduğunu irəli sürüb.
Alimlərin fikrincə, bu maddələr bütün dünyada məişət kimyası istehsalında geniş istifadə olunur.
Aytən Məftun
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






































