Plastik əməliyyatla gözəlləşən ledilər - FOTO
Bizi izləyin

Qadın

Plastik əməliyyatla gözəlləşən ledilər - FOTO

Biz hamımız məşhurların xüsusi məziyyətlərinə və təbii qabiliyyətlərinə heyran olsaq da, burada tək genetika rol oynamır. Görünən odur ki, kraliçalar və şahzadələr müasir tibbin nailiyyətləri sayəsində əldə edilən dəyişiklikləri gizlətməyə çalışılar. Krallıqların lediləri arasında ən çox yayılmış manipulyasiya, üzün estetikasını çox təsirli şəkildə dəyişdirməyə kömək edən rinoplastikadır.

Publika.az xəbər verir ki, plastik cərrah Aleksandr Katkov burun əməliyyatı keçirən kraliçalar və şahzadələrdən söz açıb.

Monako şahzadəsi Şarlene Uittstok

Monako şahzadəsi Albertin həyat yoldaşını tez-tez anası, məşhur aktrisa Qreys Kelli ilə müqayisə edirlər. Həqiqətən Şerlenin üzündə müəyyən bir oxşarlıq var. Ancaq çox güman ki, o, burnunu dəyişmək üçün plastik cərrahlara müraciət edib. Köhnə fotolara baxanda burnundaki "donqar" aydın nəzərə çarpır və ucu bir az aşağı görünür.

Ancaq son kadrlarda donqar yoxdur, burun körpüsü düzəldilib, hətta burnun ucu yuxarı çevrilib Ancaq qeyd etmək lazımdır ki, bu, çox incə bir rinoplastikadır, dəyişikliklər yalnız peşəkarlar tərəfindən görünür. Şarlenin üzü indi daha yumşaq və incə görünür, onun cizgiləri əsl zədəgan kimi zərifdir. Plastik cərrahların onun çənəsinə də müdaxilə etdiyi deyilir. Əvvəllər Monako şahzadəsinin üz forması daha kvadrat idi, indi isə tərs üçbucağı xatırladır.

Letisiya Ortis - İspaniya kraliçası

İspanlar uzun müddətdir ki, kraliçalarının görünüşündə dəyişiklikləri müşahidə edirlər. Letisiyanın fotolarına diqqətlə baxsanız, rinoplastika etdirdiyini aydın görə bilərsiniz. Cərrahlar Letisiyaya düz bir burun körpüsü verərək donqarı çıxarıblar, həmçinin burun üzərində aydın şəkildə işləyiblər ki, nəticədə hər şey ahəngdar görünsün. Buna görə kraliçanın aristokratik burunlu üzü əla görünür. Onun çənə plastik cərrahiyyəsinə müraciət etdiyi iddia olunur. Çünki çənə ovalı indi daha hamar və daha zərif görünür.

Raniya - İordaniya kraliçası

Kraliça Rania gəncliyində geniş qanadları və əyilmiş ucu ilə kifayət qədər böyük bir burun ilə fərqlənirdi. Lakin sonrakı fotolarda onun burnu daha zərif görünür. Birdən çox plastik əməliyyat etdirdiyi təxmin edilir. Fakt budur ki, İordaniya kraliçasının burun sümüyündə bəzi qüsurları var.

Çox güman ki, bu, əməliyyat texnikası uğursuz alınıb. Bəzi ekspertlər iddia edirlər ki, Raniya əvvəlcə burnunun enini kiçildib, sonra isə onun ucunu götürüb.

Sirivannavari Nariratana - Tayland şahzadəsi

Tayland şahzadəsi dəb sevgisi, geyim kolleksiyaları yaratmaq, həmçinin idman - badminton və at sürmə ilə məşhurlaşıb. Amma deyirlər ki, onun plastik əməliyyatlara da müəyyən zəifliyi var. Onun ilk şəkilləri ilə son halını müqayisə etsəniz, Sirivannavarinin üz formasının dəyişdiyi aydın görünəcək. Üzü daha incəlib, həm də yuxarı göz qapaqlarında əməliyyat keçirib. Burun da dəyişib, daralıb, ucu yuxarıya doğru yönəlib.

Meqan Markl - Sasseks hersoginyası

Meqan Markl da plastik cərrahların xidmətinə müraciət edib. Rinoplastikanın izləri erkən və sonrakı kadrlar aydın görünür. Fotolardan birində burun körpüsündə qeyri-bərabər relyef var. Onun ucu bir qədər daralıb və daha yuxarı qalxıb, burnun indi daha nəcib və zərif görünür. Ancaq məsələ təkcə bir əməliyyatla tamamlanmayıb.

Döş böyütmə ilə bağlı şayiələr də var, lakin Meqanın sözlərinə görə, film sənayesində müqavilə ilə işlədiyi müddətdə "push-up" tipli büstqalter geyinməli idi. Lakin onun seriallardan birində rol alması üçün mammoplastika əməliyyatı keçirmiş olması da istisna olunmur. Ayağın liposaksiyasına dair göstərişlər də var. Ancaq görünür, bütün bunlar şahzadə Harri ilə görüşməzdən əvvəl baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm