Niyə bəzi qadınlar arıqlaya bilmir? - Həkim bütün SİRRİ AÇDI
Bizi izləyin

Qadın

Niyə bəzi qadınlar arıqlaya bilmir? - Həkim bütün SİRRİ AÇDI

Bəzi qadınların hətta idman zalında ən aktiv məşqlər və ciddi pəhrizləri faydasız ola bilər. Və bu, incə bədən quruluşuna sahib olmağa gedən yolda mövcud olan ciddi maneələrlə bağlıdır.

Aydındır ki, hər bir qadın cazibədar görünmək istəyir. Moda dünyasının uzun illər təşviq etdiyi 90/60/90 gözəllik parametrləri tədricən yerini itirir, buna baxmayaraq zərif cinsin hər bir nümayəndəsi öz bədəninin gözəlliyini və incəliyini qorumağa çalışır. Bunun üçün xanımlar menyusundan yüksək kalorili qidaları çıxarmağa başlayır, işdən sonra fitnes salonuna gedir və həftə sonları yoqa ilə məşğul olur. Ancaq bir neçə ay keçməsinə baxmayaraq, çoxu istənilən nəticəni əldə edə bilmir. Mütəxəssislər izah edirlər ki, hər şey arıqlamaqla bağlı düşüncələrinizdən asılıdır. Düşüncələrinizi dərhal düzgün istiqamətə yönəltsəniz, nəticəni çox gözləməyəcəksiniz.

Publika.az xəbər verir ki, amerikalı məşqçi və qidalanma mütəxəssisi Aişa Karunakaran şəxsi bloqunda bir müddətdir tələbələri arasında apardığı araşdırmanı dərc edib. Məlum olub ki, arıqlamaqla bağlı uğursuz cəhdlərin səbəbləri səhv qidalanma ilə deyil, özünə şübhə və çoxsaylı komplekslərlə bağlıdır.

“Uğurla arıqlayan və illərlə bunu bacarmayanlar arasında bir fərq var. Birincilər komplimentləri necə qəbul etməyi bilirlər, ikincilər isə yox. On mindən çox qız sadəcə olaraq düşüncələrini dəyişdirməklə arzuladığı nəticələrə nail olub”, - ekspert açıqlamasında qeyd edib.

Onun fikrincə, özündəki gözəlliyi görməyi bilən və onlara deyilən xoş sözləri qəbul edənlərdə, bir qayda olaraq, sağlam mənlik və buna uyğun olaraq, uğurlu nəticələrinə inam hissi daha güclüdür. Bu cür qadınlar özlərini sözün əsl mənasında bütün səylərə son qoyan çoxlu sayda komplekslər və daxili ümidsizlik ilə yükləyənlərdən fərqli olaraq öz imkanlarını, eləcə də vəziyyəti təmkinlə qiymətləndirməyi bacarırlar və mütləq uğur qazanacaqlarına əmindirlər.

Məhz buna görə də, ideal bədən quruluşuna aparan yol gec-tez uğursuzluqla başa çatacaq idman zalına yazılmaq və ya amansız bir pəhriz planı yaratmaqla deyil, öz heysiyyətinizi və özünüzə olan hörmət hissini inkişaf etdirməklə başlamalıdır.

“Zehniyyətiniz sizi həmişə zəiflədəcək, həqiqətən arıqlaya biləcəyinizə və daha yaxşı bir bədənə layiq olduğunuza heç vaxt inanmayacaqsınız. Əsl transformasiya siz həqiqətən buna layiq olduğunuzu dərk edəndə başlayacaq!”, - Aişa açıqlamasında qeyd edib.

Yeri gəlmişkən, fitness məşqçisinə inanmaq üçün hər cür əsasımız var. 2021-ci ilin dekabrında Klivlend Klinikası Karunakaranın nəzəriyyəsini təsdiqləyən tədqiqatlar apardı. Davranış sağlamlığı üzrə ekspert Lesli Haynberq və onun həmkarları sübut etdilər ki, özünə hörmət və güvən hissi aşağı olan qadınlar əvvəlcədən özlərini şüuraltı olaraq uğursuz nəticəyə hazırlayırlar. Özünə inamın olmaması ciddi pəhriz məhdudiyyətləri ilə birlikdə ciddi fəsadlara və iştahanın həddən artıq artmasına gətirib çıxarır. Ağır pəhriz həqiqətən bir müddət daha incə olmağa kömək etsə də, bir çox hallarda sonradan itirilmiş çəkinin yenidən geri qayıtması ilə nəticələnir.

Ekspert arıqlamaq prosesinə şüurlu şəkildə yanaşmağı məsləhət görür. Gündəlik tutun və arıqlamağa gedən yolunuzu qeyd edin. Tədricən sağlam vərdişlər formalaşdırın, yeməkləri yaxşı və pisə ayırmağı dayandırın, ən əsası özünüzü tərifləməyə və təşviq etməyə əmin olun.

“Özünüzə komplimentlər söyləməyə və onları tərəddüd etmədən başqalarından qəbul etməyə başlayın. Bunu sonraya saxlamayın. İstədiyiniz transformasiyaya layiq olduğunuza inanmaq üçün beyninizi yenidən hazırlamağa başlayın. Əks halda cəhdləriniz heç bir effekt verməyəcək”, - mütəxəssis yekunda vurğulayıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm