Qadın
COVİD-19 peyvəndinin qadınlarda dəhşətli fəsadları üzə çıxdı - ŞOK İDDİA
Son aparılan araşdırmalar göstərir ki, COVİD-19 əleyhinə olan "Pfizer", "Moderna" və "AstraZeneca" peyvəndləri yaşlı qadınlarda qanaxma ehtimalını 2-3 dəfə artırır.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, Norveçdə COVİD-19 peyvəndlərinin mənfi nəticələrini öyrənmək üçün 20 000 qadın arasında araşdırma aparılıb. Araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub. Məlum olub ki, koronavirusa qarşı peyvənd etdirən qadınlarda gözlənilməz qanaxmalar baş verib.
Peyvəndlərin menstrual dövrlərə təsir etdiyini göstərən əvvəlki tədqiqatlara əlavə olaraq, son araşdırma qeyri-adi vaginal qanaxma riskinin xüsusilə peyvənddən sonra 4 həftə ərzində artırdığı irəli sürülüb.
Peyvəndin təsiri ilə menopoz və postmenopoz zamanı qadınlarda qanaxma müşahidə edildiyi qeyd edilən araşdırmada koronavirus vaksinlərinin ilk tətbiq edildiyi 2021-ci ilə aid məlumatlar araşdırılıb. Elm adamları qanaxmaların səbəbinin tam olaraq bilinmədiyini, ancaq peyvəndin təsiri ilə toxumalardakı dəyişikliyin hormon səviyyələrinə təsir etdiyini vurğulayıblar.

Menopoz sonrası qanaxma qadınlarda xərçəng kimi ciddi xəstəliklərin əlaməti olaraq görülə bilər. COVİD peyvəndi ilk dəfə tətbiq olunduğu zaman bir çox qadın menstrual tsikllərində böyük dəyişikliklər olduğunu bildirmiş, elm adamları isə bu vəziyyətin müvəqqəti olduğuna və təhlükə yaratmadığını qeyd etmişdilər.
Oslodakı Norveç Xalq Sağlamlığı İnstitutunda aparılan araşdırma müəllifi Kristine Blixin sözlərinə görə, pandemiyanın təsirlərini izləmək üçün iştirakçılara iki həftədə bir sorğu anketləri göndərilib.
"2021-ci ildə göndərilən COVID-19 peyvəndlərini əhatə edən ilk sorğuda bəzi qadınlar ağır menstrual qanaxma yaşadıqlarını bildiriblər. Bu, bizi əsaslı şəkildə qanaxma nümunələri istəməyə sövq etdi", - o deyib.
Aytən Məftun
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı









































