Qadın
Sabiq birinci xanımdan xərçəng etirafı - VİDEO
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni döş xərçəngindən əziyyət çəkdiyini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, model bütün qadınları sağlamlıqlarına daha çox diqqət yetirməyə dəvət edib. Karlanın sözlərinə görə, ona xəstəliyi tez aradan qaldırmağa kömək edən müntəzəm mamoqrafiya müayinəsi olub.
1993-cü ildən oktyabr ayı Süd vəzi Xərçəngi ilə Mübarizə Ayı hesab edilir. Bu, dünyada ən geniş yayılmış xərçəng növüdür. Dəhşətli xəstəliyin inkişafının qarşısını almaq üçün qadınları daha tez-tez müayinədən keçməyə təşviq etmək üçün Fransanın 23-cü prezidenti Nikola Sarkozinin üçüncü həyat yoldaşı Karla Bruni öz bloqunda mühüm açıqlama verib. Məlum olub ki, bir neçə il əvvəl modelin özü də döş xərçəngi ilə üzləşib.
"Dörd il əvvəl mənə döş xərçəngi diaqnozu qoyuldu. Cərrahiyyə, radiasiya terapiyası, hormon terapiyası... Bu xərçəng növünü müalicə etmək üçün adi yoldan keçdim. Amma bəxtim gətirdi: xərçəngim hələ aqressiv deyildi", – Karla bildirib.
Fransanın keçmiş birinci xanımı xəstəliyin erkən mərhələdə aşkar edildiyini və hər il eyni gündə mamoqrafiyadan keçdiyini də diqqətə çatdırıb. Karla həmçinin uzun müddət onkologiya üzərində qələbəsi haqqında açıq danışmağa cəsarət etmədiyini də deyib.
"Əgər xəstəlik erkən mərhələdə aşkarlanmasaydı, bu gün sol sinəm olmazdı. Danışmazdan əvvəl uzun müddət tərəddüd etdim. Bu yazını bircə mesajı çatdırmaq üçün yazıram. Məni oxuyan bütün qadınlar üçün vacib mesaj: hər il mammoqrafiyadan keçin", - eks-ledi müraciətində qeyd edib.
İndi Karla musiqiyə çox vaxt ayırır, eyni zamanda podiumda da görünür. Məsələn, 2021-ci ildə o, "Balmain" fransız moda evinin şousunda iştirak edib, həmçinin "Saint Laurent" üçün reklam kampaniyasında rol alıb. Yeri gəlmişkən, bir müsahibəsində Bruni özünü model kimi artıq yaşlı hiss etdiyini də etiraf edib: "Gözəllik yaşa tab gətirmir, dəhşətdir! Və mən bunu görürəm. Biz daha az mübariz oluruq, baxmayaraq ki, hər şey əksinə olmalıdır. Mey Uestin dediyi kimi, qocalmaq zəiflər üçün deyil".
Ancaq yaşına baxmayaraq, Karla hələ də gözəlliyi ilə göz qamaşdırır. O, arıq qalmaq üçün hər gün idmana 2 saat vaxt ayırır.
View this post on Instagram
Sağlamlıq08:24Məşhur ədviyyatın elə bir faydası üzə çıxdı ki...
Magazin207:30"Arka sokaklar" mövsüm finalına hazırlaşır
İdman06:46Flik onun “Barselona”da qalmasını istəyir, amma…
Magazin204:44Məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
Hadisə03:43“Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır” - VİDEO
Magazin202:12Bu da Ancelina Colinin qızı - FOTO
ABŞ01:41ABŞ Ay yarışında Çinə uduza bilər
Region00:45ABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər - VİDEO



































.png)










