24 illik evlilik və 15 nişan üzüyü: PARILDAYAN TARİX - FOTO
Bizi izləyin

Qadın

24 illik evlilik və 15 nişan üzüyü: PARILDAYAN TARİX - FOTO

"Spice girls" qrupunun keçmiş solisti, dizayner Viktoriya Bekhem aksessuarlardan istifadə etməyi sevməsə də, həyat yoldaşı Devid Bekhemin ona aldığı nişan üzüklərini hər fürsətdə bəh-bəhlə nümayiş etdirir. Bunu məqsədli və ya məqsiz şəkildə etdiyini dəqiq bilməsək də, fotolara əsasən demək olar ki, ümumilikdə dəyəri 36 milyon dollar olan üzüklərinin kamerada aydın və effektli görünməsi üçün əlindən gələni edir.

Publika.az xəbər verir ki, Viktoriyanın ilk dəfə ərinin xəyanətindən danışdığı “Bekhem” sənədli serialının premyerasından sonra məşhur cütlük yenidən diqqət mərkəzində olub. Odur ki, biz Davidin Vikiyə hədiyyə etdiyi nişan üzüklərini xatırlamağa qərar verdik.

"Daily Mail"in yazdığına görə, sərvəti təxminən yarım milyard dollar olan Devid Bekem 24 illik evliliyi ərzində həyat yoldaşı Viktoriyaya 15 nişan üzüyü alıb. Zərgər Darren Şervud zinət əşyalarının minimum qiymətini açıqlayıb. Onun fikrincə, kolleksiyanın dəyəri təxminən 36 milyon dollardır. Bəzi cütlüklər televizorlarını, mətbəxlərini və ya divanlarını dəyişir və yeniləyirlər. Bekhemləri isə evlilik harmoniyasına aparan "ən sürətli yol" zərgərlik mağazasından keçir.

David 1998-ci ildə Viktoriyaya sarı qızıldan hazırlanmış üç karatlıq markiz kəsimli brilyantla evlənmə təklifi edib. İngilis zərgərlik brendi "Boodles" tərəfindən dizayn edilmiş üzük o zaman təxminən 85.000 dollar dəyərində idi.

Viktoriya və Devid Bekhem 1999-cu ilin iyulunda evləndikdən qısa müddət sonra Viktoriya sadə brilyant qaşlı "Eternity" (əbədiyyət) üzüyünü taxmağa başladı. Bu adətən uşağın doğulması şərəfinə verilir. Ola bilsin ki, bu, həmin ilin əvvəlində doğulan oğulları Bruklinin dünyaya gəlişi ilə əlaqədar hədiyyə olub. Nəşr qeyd edib ki, sadə dizayn o vaxt onun iddiasız üslubuna uyğun gəlirdi.

2000-ci illərin ikinci yarısında Viktoriyanın üslubu bir qədər dəyişdi: saçlar qısaldı, böyük ölçülü günəş eynəyi ilə Birkin çantası əlindən düşmürdü. O, bu obraza sarı zümrüd və brilyant qaşlarla işlənmiş üzük əlavə etdi. "Sarı almazlar ağ almazdan daha bahalı ola bilər. Sarı rəng daşın əmələ gəlməsi zamanı azotun çox olması ilə əlaqədardır - sarı rəng nə qədər sıx olarsa, almazın dəyəri da bir o qədər baha olur", - zərgər şərh edib. Təxmini dəyəri 2,5 milyon dollardır.

2007-ci ildə Viktoriya dünyaya Devidin həmin il təxminən 3 milyon dollara aldığı 17 karat armud formalı üzüyünü göstərdi. "Madriddəki çətinliklərdən sonra, bəlkə də Viktoriyaya əlavə brilyant dozası lazım idi" , - nəşr Devid Bekhemin o vaxt Madriddə baş verən xəyanətinə işarə edərək qeyd edib.

Hətta brilyantlar zaman keçdikcə darıxdırıcı ola bilər. Bəs David nə etdi? Bu dəfə arvadı üçün zümrüd qaşlı üzük aldı. Viktoriya bu üzüyü uzun müddət barmağından çıxartmadı.

2008-ci ildə Viktoriya özünün eyniadlı moda markasını təqdim etdi və saçlarını qısa kəsdirdi və zümrüd qaşlı üzüyünü ərinin "Chopard" zərgərlik brendindən aldığı almaz qaşlı üzüyü ilə əvəz etdi. Yeri gəlmişkən, 15 karatlıq üzüyün dəyəri 4,5 milyon dollardır.

A look at Victoria Beckham's 14 wedding rings

2009-cu ildə "moda səhnəsində hələ yeni olan" Viktoriya "Met Gala" kostyum balına "Marc Jacobs" imzalı paltarda gəldi və obrazını ətrafı brilyantlarla bəzədilmiş oval yaqut üzüklə tamamladı. Zərgər zinət əşyalarının dəyərini 6,7 milyon dollar qiymətləndirib. "Bu ölçüdə belə bir yaqut çox nadirdir. Bu qan qırmızı yaqut, ehtimal ki, Mozambikdəndir və ya bəlkə də Myanmadan gələn tarixi bir yaqutdur. Buna bənzər bir şey tapmaq inanılmaz dərəcədə çətindir", - zərgər əlavə edib.

2010-cu ildə Viktoriya 6 milyon dəyərində böyük oval sapfirli platin üzüyü ilə öyündü. "Kral mavisi və peyğəmbər çiçəyi mavisi sapfirin ən çox arzulanan rəngləridir. Bu, yəqin ki, Şri-Lankadandır. Böyük ölçüsü - saxta görünsə də, əlbəttə, belə deyil", - zərgər zinət əşyalarının dəyərini şərh edərkən deyib.

2015-ci ildə Viktoriyanın barmağında 50.000 dollara daşı olan nisbətən sadə üzük peyda oldu. Onu futbolçuların sevdiyi Amerika saat şirkəti "Jacob & Co" hazırlayıb. Ətrafındakı brilyantlar Viktoriyanın getdikcə daha minimalist üslubuna uyğun gələn antik təsir bağışlayır.

2016-cı ildə Viktoriya Bekhem Kanna kvadrat formalı brilyantla gəldi. Onun dəyəri 1,2 milyon dollar qiymətləndirilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm