Qadın
Məşhur aktrisa: Bunu etsəm, ərim məni bəyənməyəcək!
Aktrisa Sara Cessika Parker yenidən yaş fərqi və yaşa bağlı dəyişikliklər mövzusunda danışıb.
Publika.az xəbər verir ki, 58 yaşlı aktrisa “The Telegraph” qəzetinə müsahibəsində qocalma ilə bağlı sualların onu əsəbləşdirdiyini deyib:
“Mənim yaşımda olan kişilərdən çoxu bu barədə heç vaxt heç nə soruşmur. Hər səhər oyanırıq, milyonlarla fərqli şey edirik, həyatımıza davam edirik... Mən sadəcə başa düşmürəm. Niyə qocalma və yaşla bağlı fikirlərə bu qədər diqqət yetirilir”.
“Sex and the City” və onun davamı olan “Ve Just Like That...” serialının ulduzu heç vaxt botoks iynəsi vurdurmayacağını, bunun işinə mənfi təsir göstərəcəyini bildirib: “Mən aktrisayam, qaşlarımı tərpətməyi bacarmalıyam. Emosiyaları mimika ilə ifadə etməyi və üzümlə ünsiyyət qurmağı bacarmalıyam”.
Bundan əlavə, Parker əlavə edib ki, əgər qırışlarla mübarizə aparmağa başlasa, əri Metyu Broderik onu bəyənməyəcək. Maraqlıdır ki, bu yaxınlarda aktrisa bildirib ki, o, botoksdan istifadə ehtimalını istisna etmir və yaşlı qadınların cavan görünməyə çalışmasında heç bir qəbahət görmür. Lakin o, bu sualın onun üçün hələ də açıq olduğunu vurğulayıb.
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı









































