Dünyanın ən məşhur sarışını haqqında şok faktlar - FOTOLAR
Bizi izləyin

Qadın

Dünyanın ən məşhur sarışını haqqında şok faktlar - FOTOLAR

Donatella Versace niyə xarici görünüşünü tanınmayacaq dərəcədə dəyişməyə qərar verdi və nələri geyinməyi özünə qadağan edib?

Publika.az oxucuları dizaynerin həyat və yaradıcılığına dair maraqlı faktlarla tanış edir.

"Versace" moda evinin gələcək rəhbəri 1955-ci il mayın 2-də İtaliyanın Redcio di Kalabria şəhərində dörd uşaqlı ailədə anadan olub. Evin sonbeşiyi olan qızcığaz kiçik yaşlarından qardaşı Canni ilə dostluq edir və bütün sirlərini onunla bölüşürdü. Aralarındakı 10 yaş fərqinə baxmayaraq, onlar həmişə yaxşı yola gedirdilər. Donatella moda aşiqi olan qardaşının tikdiyi əlbisələri birinci özü sınaqdan keçiridi. Onlar məclislərə də həmişə birgə gedirdilər. Belə xüsusi günlərdə qız nə geyinəcəyini qardaşından soruşar və onun məsləhətlərinə bir qayda olaraq əməl edərdi. Donatella 2016-cı ildə nəşr olunan tərcümeyi-halında etiraf edir ki, bir dəfə Canni ilə sevimli müğənnisi Patti Pravonun konsertinə gedə bilmək üçün anasının pul kisəsindən pul və atasının cibindən avtomobilin açarlarını oğurlayıb.

Donatellarının karyera seçimində qardaşının izi ilə getməsi təəccüblü deyil. 70-ci illərin ortalarında o, Milanda öz biznesini quran qardaşının yanına köçür. Qız əvvəl ictimaiyyətlə əlaqələrlə məşğul olmağı planlaşdırırdı, lakin özünü eskizlərin istedadlı müəllifi kimi göstərdi və tədricən yeni moda evinin ikinci sahibəsi oldu. Donatella qardaşının sağ əli, həm də ən mühüm tənqidçisi idi. 1989-cu ildə o, hətta bacısına hədiyyə olaraq öz brendinin “Versus” adlı ikinci gənclik xəttini təsis etdi.

1997-ci ildə Canni faciəvi şəkildə öldü - onu Mayamidəki evinin eyvanında Endryu Künanan adlı qatil güllələdi. FW97 kolleksiyası onun rəsmi olaraq yaratdığı sonuncu kolleksiya idi. Qısa fasilədən sonra Donatella yeni kolleksiyasını nümayişə çıxardı. O vaxtdan bəri dizayner qardaşının başladığı biznesi uğurla davam etdirməklə yanaşı, brendin uğurunu və moda ictimaiyyətindəki çəkisini də artıra bilib. Donatella “Versace”nin imzasına çevrilən üslubunu itirməsinə icazə vermədi - parlaq rənglər, seksuallıq, bol parıltı. Hətta 2010-cu illərdə - androginiya (Yunan mifologiyasında həm kişi, həm də qadın olan bir varlıq red.), “oversize” və idman stili dəbdə ön plana çıxdığı bir dövrdə, gözəlliyi və lüks həyatı tərənnüm edən “Versace” hələ də əvvəlki populyarlığını və yerini qoruyurdu. Bu üslubun bir növ kvintessensiyası SS18 kolleksiyasının sensasiyalı şousu idi. Şounun finalında moda evinin muzaları - Sindi Krouford, Klaudiya Şifer, Naomi Kempbell, Karla Bruni və Helena Kristenseni uzun əlbisələrdə podiuma çıxmışdılar.

“Vogue” jurnalının redaktoru, məşhur dəb tənqidçisi Anna Vintur “Versace”nin füsunkar üslubunu bu sözlərlə təsvir edirdi: “ “Armani” ərli qadınları, “Versace” isə məşuqələri geyindirir”. Donatella “Ssense” portalına bu yaxınlarda verdiyi müsahibədə bu fikirlə razılaşdığını gizlətməyib: “Mən rolların bu şəkildə bölüşdürülməsinə qarşı deyiləm. Məncə, məşuqələrin ərli qadınlardan qat-qat əyləncəli həyatı var!”

Стальная блондинка: 5 секретов Донателлы Версаче

O, qardaşının sayəsində sarışın olub

Canninin Donatellanın həyatına təsirini qiymətləndirmək çətindir. Hətta sarı saçlarını da qardaşına borcludur. Xeyr, bacısının saçlarını Canni özü boyamamışdı, amma Donatella hələ 11 yaşında olanda kumiri Patti Pravoya oxşaması ona üçün saçlarının rəngini kökündən açdırmağı məsləhət gördü. O, həmişə olduğu kimi, məsləhətlərə əməl etdi və düzgün qərar verdi: bu gün Donatellanı başqa cür təsəvvür etmək mümkün deyil. 1995-ci ildə “Versace” öz brendinin ilk ətrini buraxdı və ona bacısının adını verdi – “Blonde” (sarışın). Uzun illər sonra Donatella qardaşına minnətdarlıq hissini bu sözlərlə dilə gətirmişdi: “Sarı saçlarımın mənə verdiyi güc sayəsində həyatımdakı bütün fəlakətlərdən sağ çıxdım”.

Qardaşının ölümündən əvvəl brendi idarə etməyə başladı

Bir çoxları Donatellanın yalnız qardaşının ölümündən sonra “Versace”nin sükanı arxasına keçdiyini düşünür, lakin bu, doğru deyil. Faciədən bir neçə il əvvəl Canniyə daxili qulaq xərçəngi diaqnozu qoyulmuşdu. Xəstəlik irəliləmişdi və son iki il ərzində o, demək olar ki, ictimaiyyət qarşısına çıxmırdı. “New York” jurnalına verdiyi müsahibədə Donatella etiraf edib ki, Canni müalicə aldığı müddətdə bütün işləri özü görməli olub: “Evə gəlib eskizləri ona göstərirdim, sonra o, öz düzəlişlərini və seçimlərini edirdi. Mayamidə güllələnməzdən təxminən altı ay əvvəl Canni əməliyyat olunmuş və sağalmağa başlamışdı. Yadımdadır ki, biz onun sağalmasını münasibətiylə şampan içdik. Amma altı ay sonra onu faciəvi şəkildə itirdik”.

Стальная блондинка: 5 секретов Донателлы Версаче

Canninin əsas varisi bacısı deyil, qardaşı qızı idi. O, sərvətinin 50%-ni pərəstiş etdiyi və "kiçik şahzadə" adlandırdığı Donatellanın qızı Alleqraya vəsiyyət edib. O zaman Alleqranın cəmi 11 yaşı var idi. Donatella isə azyaşlı varisin anası kimi brendin rəhbərliyini öz əlinə almağa məcbur oldu.

Стальная блондинка: 5 секретов Донателлы Версаче

Narkomaniyadan qurtula bildi

Canninin ölümündən sonrakı ilk beş il Donatella üçün inanılmaz dərəcədə çətin keçdi. Və bu, təkcə qardaşını itirməsi ilə bağlı deyildi. O, artıq büyük bir moda imperiyasına çevrilmiş brendin yaradıcı direktoru olmaq məsuliyyəti altında əzilirdi.

“Canninin kölgəsində işləmək daha rahat idi. Mən çox çalışırdım, amma ictimaiyyətin bütün diqqətini o, çəkir və bütün tənqidlər ona olunurdu. Bu vəziyyət məni tamamilə qane edirdi. Onun ölümündən sonra anladım ki, indi hər şey mənim üzərimdədir... Özümdən soruşdum: həqiqətənmi Canninin qurduğu hər şeyi relsdən çıxaracağam?”, - Donatella “Nyu-York”a müsahibəsində bildirib.

Xalq arasında güclü və özünə inamlı obraz yaradan Donatella evdə tələyə düşmüş bir heyvana çevrilirdi. Özünün dediyinə görə, bütün gecələri ağlamaqla keçiridi. Vəziyyət o həddə çatdı ki, ərindən boşanmalı oldu. Donatellanın amerikalı model Pol Beklə evliliyi 2000-ci ildə pozuldu. Bir çox dünya ulduzları kimi, o da narkotik maddələrə qurşandı. Versace gizlətmir ki, bir neçə il kokain asıllığından əziyyət çəkib.

“Hər gün hallı olanda beyniniz sadəcə olaraq fəaliyyətini dayandırır. Mən gah qışqırır, gah da gülürdüm. Danışanda ətrafımdakılar məni başa düşə bilmirdilər. İnsanlar məndən dəhşətə gəlməyə başlamışdılar, hətta öz uşaqlarım belə məndən titrəyəcək qədər qorxurdular”.

Xoşbəxtlikdən Donatellanın yaxınları onu xilas edə bilib. 2007-ci ildə o, uzun müddət dostluq etdiyi Elton Conun razılığına tab gətirərək Arizonada reabilitasiya klinikasında müalicə alır.

Стальная блондинка: 5 секретов Донателлы Версаче

Onun plastik əməliyyata həvəsi psixoloji problemlərin nəticəsidir

Donatellanın görünüşü təxminən 2002-ci ildə nəzərəçarpacaq dərəcədə dəyişməyə başladı. O, botoks inyeksiyaları, daha sonra üz gərmə və süni dolğulara aludə olmağa başladı. Parlaq bürünc dəri onun tərzinin başqa bir əlamətidir. O, asılılığını gizlətmir və bu mümkün də deyil. “Ssense”ə verdiyi müsahibədə Versace etiraf edib ki, bir gün qəsdən tanınmayacaq dərəcədə dəyişməyə qərar verdi və bununla özünə daha inamlı olmağa çalışdı: “Tək qaldığım üçün dünyanın mənə baxdığını hiss edirdim və bu baxışlar məni iti xəncər kimi incidirdi. Sonra məni qoruya biləcək bir maska ​​və ikinci Donatellanı yaratdım: parlaq makiyaj, çox tünd dəri, soyuq, aqressiv və qorxunc”.

Düz ayaqqabı geyinmir

Donatella öz moda evinin üslubunun parlaq təcəssümüdür: o, dar şalvarları, topları və cəlbedici izləri olan gödəkçələri, uzun paltarları və başgicəlləndirici hündürdaban ayaqqabıları sevir. Onu hətta qırmızı xalçadan kənarda belə baletka cə ya idman ayaqqabılarında görə bilməzsiniz.

“Dikdaban ayaqqabılardan imtina etmək kokaindən imtina etməkdən qat-qat çətindir!” deyir dizayner. Ən maraqlısı odur ki, Donatella reabilitasiya mərkəzinə makiyajsız, idman kostyumunda və dağınıq saçlarla getsə də, stilettodaban ayaqqabıdan vaz keçə bilməyib. “Qədərimdə Allahın hüzuruna çıxmaq yazılsaydı, nə geyinərdim? Dikdaban, əlbəttə!”, - Ssense-ə müsahibəsində dizayner qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm