Qadın
Evli qadın eyni vaxtda üç kişiyə ərə getdi - Film kimi fırıldaq
Çində evli bir qadın pul və toy hədiyyələri almaq üçün başqa kişilərlə evlənib.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) məlumat yayıb.
Çzyansu əyalətindən olan Çjou soyadlı 35 yaşlı qadın ərindən gizli şəkildə başqa kişilərlə görüşməyə başlayıb. Məlum olub ki, bir qızı olan qadının əri bu müddətdə arvadından şübhələnməyib. Çünki o, işi ilə bağlı nadir hallarda evdə olub. Çjou, Lo və Çjan soyadlı sevgililəri ilə iş yerində və internetdə tanış olub. Qadın onlarla bir neçə ay görüşüb, bundan sonra özü onlara evlilik təklifi edib.
Nikahı rəsmi qeydiyyatdan keçirməmək üçün Çjou kişiləri aldadıb və bildirib ki, evin sökülməsinə görə dövlətdən təzminat almaq üçün subay qalmalıdır. Lakin o, bəylərə pul və hədiyyə almaq üçün qeyri-rəsmi toy mərasimi keçirməyi təklif edib. Qadın toyda qohumlarının və dostlarının rolunu oynaması üçün pul müqabilində aktyorlar tutub. Ümumilikdə qadın bu yolla kişilərdən 660 min yuan (təxminən 154 min manat ) pul əldə edib.
Qeyd olunur ki, zərərçəkənlərdən heç biri digərlərinin varlığından şübhələnməyib. Çjou kişilərdən biri ilə birlikdə olarkən, digər ikisinə işlədiyi şirkətdə təhsil almaq üçün getdiyini deyib. Daha sonra o, Çjana əkiz uşaq gözlədiyini və başqa bir şəhərdə yaşayan valideynlərinin evində doğum etməyi planlaşdırdığını söyləyib.
O, həmçinin kişiyə hamilə olduğunu təsdiqləyən saxta test nəticələri göndərib. Çjan əmin olub ki, həyat yoldaşı əkiz uşaq gözləyir. Qadının uşaqları dünyaya gətirdiyi iddia edilən zaman o, anası ilə birlikdə onları görmək üçün xəstəxanaya gəlib. Qadın, həkim rolunu oynamaq üçün yenidən pul müqabilində aktyor dəvət edib. O, Çjanın suallarına cavab verə bilmədiyi üçün kişi şübhələnməyə başlayıb.
Araşdırma aparandan sonra Çjan qadının evli olduğunu öyrənib və dərhal polisə müraciət edib. Nəticədə qadın həbs edilib. Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Onu ən azı 10 il həbs gözləyir. Çjounun bu hərəkətlərindən xəbər tutan rəsmi həyat yoldaşı da qadından boşanmaq qərarına gəlib.
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq
















.jpg)



















