Bir gündə özünə 216 min dollar xərcləyən hansı milyarderin arvadıdır? - FOTO
Bizi izləyin

Qadın

Bir gündə özünə 216 min dollar xərcləyən hansı milyarderin arvadıdır? - FOTO

Dünyamızın müasirləşməsinə baxmayaraq, “Göyçək Fatma” nağılının oxşar versiyalarını yaşayan və şahzadələrlə tanışlıqdan sonra həyatları 180 dərəcə dəyişən qızlar az deyil. Əvvəllər ancaq kinolarda gördüyümüz bu ssenarilərin real həyatda da tez-tez şahidi oluruq. Bu şanslı qadınlardan biri də Dubay milyonçusu, kriptovalyuta treyderi Riki Andradenin həyat yoldaşı Linda Andradedir.

Publika.az oxucuları gündə yüz mindən çox pul xərcləyən bu gözəl haqqında maraqlı faktlarla tanış edir.

Onun 16 yaşı var idi, dubaylı iş adamı isə yeməkxanalarda qab yuyurdu

Linda Riki ilə tanışlıqdan əvvəlki həyatını xatırlamağı sevmir. Əslən Kaliforniyadan olan qızın o vaxta kimi necə yaşadığı və boya-baş çatdığı məlum deyil. Yalnız bir dəfə qız təsadüfən qeyd edib ki, onlar tanış olanda 16 yaşı olub və Rikinin hesabında bir neçə milyon dollar olduğundan heç bir xəbəri olmayıb. O illərdə Riki yeməkxanalarda qabyuyan işləyirdi və yalnız “dünyanı fəth etmək” üçün planlar qururdu. Buna görə Linda onu mühakimə etməməyi xahiş edir, çünki o, Riki ilə çətinliklə dolandığı illərdə tanış olub. Onları bir-birinə şəxsi maraqlar və mənfəətlər yox, əsl sevgi bağlayır.

“Bir dəfə çərşənbə günü 216,789 min dollar xərclədim...”

Linda milyarderin bu qədər sərvətə onun sayəsində sahib olduğunu iddia etmir, amma bəzi əlamətlər göstərir ki, Riki həyat yoldaşının simasında öz ilham pərisini görür. Odur ki, sevgilisinin bütün bu xidmətlərini layiqincə qiymətləndirir və yaxşı “avans” verir. Andrandenin səhifəsinə baxsanız, yalnız bir nəticə çıxara bilərsiniz: bu gözəllik 24/7 dəbdəbə içində üzür və bu barədə abunəçilərinə danışmaqdan çəkinmir.

Linda bir dəfə çərşənbə günü 216 min dollardan bir qədər çox pul xərclədiyini də etiraf edib, lakin o pulların hara və nəyə getdiyini açıqlamayıb. Qız bahalı restoranlarda yemək yeməyi sevir, 230 min dollarlıq hesab ödəmək onun üçün heç nədir. Üstəlik, o, dəyəri 300 min dolları keçən dəbdəbəli butiklərdə alış-veriş etmədən bir gün yaşaya bilməz. Linda həm də qumar oyunlarına meyllidir.

Həyat yoldaşını əzizləməyi sevən milyarder də ondan geri qalmır. Məsələn, Riki onu tez-tez bahalı hədiyyələrə boğur, ona aldığı son qızıl zinət əşyalarının dəyəri 200 min dollardır, üstəlik kartına 50 min dollardan az pul köçürmür.

Linda ərinin onu sevdiyi ilə öyünür və hesab edir ki, heç bir zəhmət çəkmədən bu qədər var-dövlətə layiq görülmək çox təbiidir.

“Mən qızımın da evdar qadın olmasını istəyirəm. Bir kişiyə güvənmək tamamilə normaldır", - deyə Linda müsahibələrinin birində vurğulayıb və ana olmağa hazır olduğuna işarə edib. Həm qeyd edir ki, bunun bir mükafatı olmalıdır.

Çoxdan gözlənilən varisi və ya qız övladını dünyaya gətirmək üçün Riki Andrade ona istədiyi hər şeyi verməlidir. Qız artıq bir neçə tələb hazırlayıb. Brilyant qaşlı üzük onun siyahısında birinci yerdə dayanır, amma elə-beləsindən deyil. Şərti odur ki, almaz "uşağın cinsinə uyğun olmalıdır: ya çəhrayı, ya da mavi. Siyahının növbəti bəndində yeni bir malikanə və sonradan daha yüksək qiymətə satıla bilən "investisiya mənzili" dayanır.

Arzular siyahısında üçüncü bənd avtomobillər və onları idarə etmək icazəsidir. Rikki həyat yoldaşına maşın sürməyə icazə vermədiyi üçün şəxsi sürücünün xidmətlərindən istifadə etməli olur. Müstəqil olmağa hazırlaşan milyarderin həyat yoldaşı “Lamborghini “və “McLaren 720” kimi markalar arzusundadır. Sonuncunun qiyməti 300 min dollardan çoxdur. Bundan əlavə, ona sadəcə olaraq nüfuzlu “ana” statusunu vurğulamaq üçün “Mercedes-Benz G-Class” lazımdır. Öz adını daşıyan bir yaxta isə siyahının növbəti incisidir.

Siyahının bitdiyini düşünürsünüzsə, yanılırsınız. Arzular və istəklər siyahısının öz bonusları var. Linda xoş bir bonus olaraq Rikinin ona hər trimestr üçün “Rolex” saatı hədiyyə etməsini arzulayır, bundan əlavə əri ona hər gün təzə qızılgüllər almalı, romantik axşamlar təşkil etməli və spaya aparmalıdır. Son bənd qız üçün xüsusilə vacibdir, çünki paxıl qızlar zəngin ərini hər an əlindən ala bilər. Bunun baş verməməsi üçün o, həmişə baxımlı olmağa çalışır və bu, onun fikrincə, "çox əziyyətli" və bahalıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm