Qadın
Solyari cinsi orqanlara zərər vermir? - SOS
Dəri insanın ən böyük orqanıdır, lakin bir çox insan ona qayğı göstərmir və tez-tez solyariyə baş çəkir. Lakin bu, bir çox ciddi problemə yol aça bilər.
Publika.az xəbər verir ki, bu sözləri mama-ginekoloq Aleksey Çernikov Gazeta.ru-ya süni qaralmanın qadınların sağlamlığına təsirindən söz açıb.
"Mən heç kimə solyariyə getməyi məsləhət görmürəm. Çünki həddindən artıq ultrabənövşəyi şüa şiş əmələ gəlməsinin və ilk növbədə dəridə olanların böyüməsinə səbəb ola bilər. İkincisi, həddindən artıq işıq dərinin və selikli qişaların qurumasına səbəb ola bilər. Çimərlik və ya alt paltarsız günəş vannası qəbul etsəniz, bu, həm də cinsiyyət orqanlarının selikli qişasının qurumasına səbəb olacaq", - həkim xüsusi vurğulayıb.
Həmçinin, onun fikrincə, solyari dəridə şübhəli formasiyalar (nevuslar) böyüməsini, o cümlədən onların onkoloji proseslərə keçməsini tətikləyə bilər. Vitiliqo da təhlükə yaradır, həkim qeyd edib ki, artıq bu xəstəlik əvvəlki nadir rastlanan hal deyil.
"Cinsi orqanlarda vitiliqo varsa (təəssüf ki, bu, nadir hal deyil), piqmentsiz nahiyələrdə yanıqlar yarana bilər. Vitiliqo dəridə piqment olmayan nahiyələridir. Çox vaxt ağımtıl dəri ləkələrinə bənzəyir. Vitiliqonun problemi ondan ibarətdir ki, ağımtıl bölgələrdə piqment yoxdur, dərinin ultrabənövşəyi radiasiyaya qarşı qoruyucu xüsusiyyətləri yoxdur”, - Rusiya Dəmir Yolları-Tibb klinikaları şəbəkəsinin cərrahiyyə şöbəsinin müdiri əlavə edib.
Həmçinin, həddindən artıq işıq isinməyə gətirib çıxarır və bu, öz növbəsində, endometriozda miyomatoz düyünlərin və kistlərin böyüməsinə səbəb ola bilər. Odur ki, ginekoloq miomaları olan xəstələrə solyaridən tamamilə uzaq durmağı məsləhət görür.
"Əgər siz artıq solyariyə getməyi planlaşdırırsınızsa, o zaman süd vəzilərinin areolasını və cinsiyyət orqanlarının selikli qişalarını xüsusi stikerlərlə qorumalısınız", - ekspert xəbərdarlığında bildirib.
Aytən
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq
















.jpg)



















