Qadın
Pelin Karahan: "Boyun əymək kişilərin xoşuna gəlir"
Aktrisa Pelin Karahan hesab edir ki, kişilər onlara boyun əyən qadınlarla daha yaxşı yola gedirlər.
Publika.az xəbər verir ki, aktrisa ötən gün Ceyda Düvencinin NTV-də yayımlanan "Başbaşa söhbətlər" verilişinin qonağı olub. Kişi və qadın münasibətlərindən söz açan kino ulduzu şəxsi həyatına dair özəl açıqlamalar verib.
"Kişilər güclü qadınları sevmirlər. Boyun əymək kişilərin xoşuna gəlir. Onlar hər şeyin öhdəsindən gələn qadınları istəmirlər. Anamda və xalamda da var, heç birinin heç nəyə səbri və dözümü yoxdur. Lakin ailədən gələn bu xüsusiyyəti daşımaq istəmirəm. Əslində balans yaratmaq lazımdır. Ailə olmaq çox çətindir, bunu qorumaq üçün səbirli və dözümlü olmalısan, bir az da fədakarlıq lazımdır. Bunları etdiyin halda münasibəti qarşılıqlı şəkildə davam etdirə bilirsən", - Pelin bildirib.
Evlilik hekayəsini danışan məşhur aktrisa "Bir ildən sonra evlənməyi planlaşdırırdıq, amma hamilə qalanda hər şeyi sürətləndirdik. Flirt etmək şansımız belə qalmadan ata-ana olduq. İkinci övladımız da dərhal sonra gəldiyi üçün biz həmişə ata-ana olmuşuq kimi bir vəziyyət yarandı" deyib.
Pelin Karahan ilk dəfə həyat yoldaşı Bedri Güntayın xəstəliyindən də danışıb: “Həyat yoldaşımın ağciyərində emboliya var idi, 10 gün anlaya bilmədik, mədəsi ağrıdı, 10 gündə qum tökdüyünü düşündük... Aşkar olunanda dərhal əməliyyata götürüldü, sonra ikinci əməliyyat oldu, indi qan durulaşdıran dərmanlar qəbul edir. Xəstəlik bizə bəzi şeyləri, ailənin dəyərini öyrətdi, sağlamlıqdan vacib heç nə yoxdur... Xəstəlik bizi həqiqətlə üz-üzə qoymağa məcbur etdi".
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







































