Qadın
Bu qadınların gözəlliyindən doymaq olmur - FOTOLAR
İllər keçsə də, 70-ci illərin dəb ilahələrindən doymaq olmur
Faye Dunaway, Farah Fawcett, Diane Keaton, Bianca Jagger, Jane Fonda və digələri... Onlar disko trendlerini, etnik dəbi yaradan qadınlardır. Publika.Az-ın qadın bölməsi 70-ci illərin dəb ikonaları araşdırıb. O dövrün göz qamaşdıran geyimlərinə heyran qalmamaq əldə deyil. Nostalji anlar yaşamaqdan özünüzü məhrum etməyin və fotolara göz gəzdirin.
Iman – Əgər Yves Saint Laurent kimi dahi dizayner modellərin arasından birini seçib onu ilahə adlandırırsa, diqqət mərkəzində olur. İman da bu diqqəti qarşılıqsız qoymur. Belə ki, 70-ci illərin məşhur modelyerləri Halston, Gianni Versace, Calvin Klein, Issey Miyake and Donna Karan kimi moda evləri geyimlərini İmanın üzərində sərgiləyirlər.
Farah Fawcett – Farah Fawcett təkcə film dünyasının dəb ikonası olmaqla kifayətlənmir, həm də bu günə qədər qadınların ilham mənbəyi olmağı bacarıb. Farah Fawcettin qırmızı bikinidə çəkdirdiyi şəkli 12 milyondan çox satılaraq ən çox satılan poster olub. Modelyerlər bu günə qədər də onun fotolarından ilham alırlar.
Bianca Jagger – Nikaraquada dünyaya gələn aktivist 1971-ci ildə St. Tropez de Mick Jagger ilə evlənərkən toyunda geyindiyi kostyumla bütün moda qaydalarını alt-üst edir. O, təkcə modanın qaydalarını dağıtmır, həm də dəbin yeni qaydalarını yaşadır. O, həm ilham pərisi, həm də model olur.
Debbie Harry - Blondie’s Heart Of Glass 70-ci illərin sonundan yayınladığı andan etibarən bütün gənc qızlar onu təqlid etməyə başladılar. Debbie Harrynin sarı saçlarını, qırmızı pomadasını, müxtəlif təsvirli geyimlərini və disko stilini təkrarlayırlar.
Diane Von Furstenberg - Diane Von Furstenberg tam mənası ilə moda nağılını yaşadır. Öz adını daşıyan markasını 1970-ci ildə təsis edir və o vaxtdan bəri öz adını moda dahiləri arasına yazdıra bilir.
Faye Dunaway – Məsum qız tərizi ilə 70-ci illərin diqqət mərkəzində idi.
Cheryl Tiegs – 70-ci illərdə “Glamur” jurnalının üz qabığına ilk dəfə çəkiləndə 17 yaşında idi. Onun gəlişi ilə 70-ci illərin dəbi dəyişir. Məsum siması və minimal tərzi ilə 70-ci illərə damğa vuran dəb ilahələrindən biridir.
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”
-
İdman11:54
"Neftçi" Samir Abasova görə "Sumqayıt"a nə qədər pul ödəyib? - DETALLAR
-
Sosial11:42
Uşağı olmayanlardan vergi tutula bilər: Ombudsman məsələyə qarışdı
-
ABŞ11:00
Onlar Rusiya və Çindən də təhlükəlidir - Trampdan şok ittiham
-
MDB10:24
Kerç körpüsünü partladanlar beynəlxalq axtarışa verildi
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO