Qadın
Ginekoloqdan qadınlara alt paltarı xəbərdarlığı
Strinqlər anusdan vajinaya və ya sidik kisəsinə daxil olan infeksiyaların yüksək riski səbəbindən ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə ginekoloq Melanya Mailyan xəbərdarlıq edib.
"Əlbəttə, ilkin olaraq qadın orqanizmi belə alt paltarı geymək üçün nəzərdə tutulmayıb. Qadınlarda sidik kanalı, vagina və anal boşluq çox yaxındır, ona görə də infeksiya asanlıqla yayıla bilər. Qadın gün ərzində daim hərəkətdə olur və alt paltarı irəli-geri hərəkət edir", - ekspert passion.ru saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bağırsaqlardan gələn mikroorqanizmlər vaginaya daxil olduqda mikrofloranı dəyişir, nəticədə qadınlarda sidik kisəsi və sidik kanalının iltihabı ola bilər. Xroniki sistit ilə reproduktiv sistemin pozulması riski artır.
Bundan əlavə, ginekoloq qeyd edib ki, strinqlərin tikildiyi sintetik parçalar xarici cinsiyyət orqanlarında dəri qaşınmasına səbəb ola bilər ki, bu da selikli qişanın zədələnməsinə, həmçinin anal çatların yaranmasına səbəb olur. Həkim vurğulayıb ki, strinqlərin mənfi nəticələrinin qarşısını almaq üçün təbii materiallardan hazırlanmış alt paltarları almaq və belə alt paltarları yalnız ehtiyac olduqda geyinmək lazımdır.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







































