Cənubi Koreyanın birinci xanımı üzünü bu yolla dondurdu - FOTO
Bizi izləyin

Qadın

Cənubi Koreyanın birinci xanımı üzünü bu yolla dondurdu - FOTO

Bir neçə gün əvvəl Londonda rəsmi səfərdə olan Cənubi Koreyanın birinci xanımı təəccüblü görünüşü ilə yenidən dünya mediasının diqqətini çəkib. Bu da səbəbsiz deyil: Kim Kon Hi nəinki çox gözəl və cəlbedicidir, həm də 51 yaşından çox gənc görünür. Bəs o belə gənc qalmaq üçün hansı üsullara əl atıb?

Publika.az xəbər verir ki, bu suallara cavab axtarıb.

Təbii ki, Kim Kon Hinin bu dərəcədə gənc qalmasını sadəcə genetika və sağlam həyat tərzi ilə əlaqələndirmək olmaz. Bəli, bu məqamlar çox vacibdir, lakin Cənubi Koreyanın birinci xanımının peşəkarların köməyi olmadan belə gənc görünməsi mümkünsüzdür. İctimaiyyət qarşısına çıxandan sonra hər kəs dərhal cərrahi müdaxilənin sübutunu axtarmağa başladı, lakin onu tapmaq o qədər də asan deyil. Şayiələrə görə, Kim Kon Hi yalnız gözləri açmağa kömək edən göz qapağı əməliyyatı olan blefaroplastika əməliyyatı etdirdiyini təsdiqləyib. Kim Kon Hinin sözlərinə görə, “ölkənin simaları”ndan biridir; o, indikindən fərqli görünə bilməz. Cənubi Koreyada blefaroplastikanın məqsədi bizim əməliyyatlarımızdan əsaslı şəkildə fərqlidir. Əgər bizim qızlar gözlərin dartılması ilə “tülkü göz baxıçına” çalışırlarsa, onlar əksinə, avropasayağı göz qapaqlarına nail olmaq istəyirlər.

Cərrahiyyə əməliyyatına gəlincə, Cənubi Koreyanın birinci xanımı üz skeletinin həcmli modelləşdirilməsi, blefaroplastika və üzgərmə əməliyyatlarının aparılması heç bir şübhə yaratmır. Koreya yarımadasından olan həkimlərin birinci ledinin üzündə daha hansı cərrahiyyə möcüzələrini həyata keçirdiklərini yalnız təxmin etmək olar. Kim Kon Hiyə görə, bütün bunlar təkcə sahib olduğu status səbəbindən deyil, həm də mentalitet və bütövlükdə bir mədəniyyət onu buna sövq edib.

Cənubi Koreyada plastik cərrahiyyə

Cənubi Koreyada əsasən plastik cərrahiyyə və kosmetologiya kultu mövcuddur. Bir çox ölkələr estetik təbabətin tətbiqi bu səviyyəsindən hələ uzaqdır, hər şeyin səbəbi mentalitetdir. Odur ki, bir qədər də plastik cərrahiyyənin ən çətin bölmələrindən biri - "etnik plastik cərrahiyyə" haqqında danışaq.

Cənubi Koreyada yetkinlik yaşına çatdıqda həkimlər adətən özünüzü dəyişdirdiyiniz, bir növ inqilab etdiyiniz üşün sertifikat verirlər. Müdaxilələrin xarakteri və əhatə dairəsi Avropa ölkələrindən olduqca fərqlidir. Məsələn, tez-tez üz sümüklərinin üçölçülü modelləşdirilməsinə imkan verən əməliyyatlar həyata keçirilir. Bunlar hər cür geri çəkilə bilən osteotomiyalardır (sümüyün istiqamətləndirilmiş cərrahi sınığı, sonradan lazımi vəziyyətdə fiksasiya olunması) və burada yalnız çənə sümüklərinin dəyişdirilməsindən söhbət getmir, yuxarı və aşağı çənənin ayrı-ayrı hissələrinin vəziyyətində tam miqyaslı dəyişikliyi nəzərdə tutulur.

Üz nahiyəsinə implantların quraşdırılması, sümük həcminin artırılması, bəzi hallarda isə müxtəlif yollarla azalması və bütün bunlar ornoqnatik cərrahiyyə (oklüziya cərrahiyyəsi) ilə birlikdə aparılır. Avropa praktikasında belə bir əməliyyat olduqca nadirdir. Ripoplastika olmadan bunu etmək olmaz. Əgər Azərbaycan, Türkiyə və Avropanın digər ölkələrində rinoplastika xarici burnun istənilən həcminin kiçildilməsi ilə nəticələnirsə, Asiya ölkələrində əməliyyat adətən asiyalılarda xarici burnun quruluşunun xüsusiyyətlərinə görə eyni həcm əlavə etmək məqsədi daşıyır. Yaşla bağlı dəyişikliklər ortaya çıxdıqda isə dərhal və heç bir mərasim olmadan üzgərmə həyata keçirilir.

Koreya kremləri niyə bu qədər məşhurdur və tərkibi nə ilə seçilir?

Kosmetologiyanı da qeyd etmək lazımdır. Koreya istehsalı olan kosmetikaların keyfiyyətli olduğu haqqında hamımız eşitmişik. Bəli, bu doğrudur, amma bilməlisiniz ki, bir çox marka yalnız Cənubi Koreya vətəndaşları arasında populyar olaraq qalır. Yerli istehsal olan peşəkar kosmetika bizim burada istifadə etdiyimizdən tamamilə fərqlidir. Deyə bilərik ki, bu, üzümüz üçün də təhlükəlidir, çünki asiyalıların dərisinin teksturası adətən kifayət qədər qalın və bərk olur, eyni zamanda altındakı dərialtı toxuma ilə güclü birləşir. Bu xüsusiyyətlər asiyalılara “daha ləng qocalmağa” kömək edir, lakin belə dəriyə təsir edəcək kosmetik vasitələrin formulası bir neçə dəfə daha güclü olmalıdır. Və belə məhsullar Avropa insanı üçün o qədər uyğun deyil. Buna görə də, retinoidlər, pilinqlər də digər kremlər güclü tərkib baxımından Avropa istehsalçılarından fərqlənir.

A very royal welcome: South Korea's President and First Lady visit  Buckingham Palace with King Charles, Queen Camilla, Prince William and Kate  after travelling along The Mall in state coach procession |

Cənubi Koreya pəhrizinə diqqət yetirməyə dəyər. Bu olduqca vacibdir. Kiçik porsiyalar, minimum un məhsulları, dəniz məhsullarının ət yeməklərini üstələməsi tərəvəz şəklində çox miqdarda lif, metabolik prosesləri yaxşılaşdıran ədviyyatlar, dəniz yosunu Asiya mətbəxinin əsasını təşkil edir. Desertlər isə maksimum dərəcədə yüngül olmalıdır.

Gözəllik kompleks bir yanaşma ilə əldə edilir. Cənubi Koreyada isə bunu bilirlər. Onlar çox erkən yaşlarından gözəlliyin qayğısına qalırlar və özünə qulluq nüanslarını da nəzərdən qaçırmırlar.

Cənubi Koreyada görünüş hər şeydir, hər şey olmasa da, çox şeydir. Əsasən gözəl və baxımlı olanlar yaxşı pul qazanır, karyera nərdivanına yüksəlir. Əlavə olaraq boyun hündür olması karyerada çətinliklərin 50%-i həll olunmasına deməkdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm