Adriana Lima şoka düşdü: "Vanna otağına girib özümə qapanıram ki..."
Bizi izləyin

Qadın

Adriana Lima şoka düşdü: "Vanna otağına girib özümə qapanıram ki..."

"Harpers' Bazaar Arabia" jurnalının dekabr sayında üz qabığının qəhrəmanı olan brazilyalı model Adriana Lima üzünə kosmetoloji müdaxilələr etdirdiyi iddialarına cavab verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü il müəyyən mənada 90-cı illərin və arıq supermodellərinin qayıdış ili oldu. Onlar sənədli filmlərin, jurnalların üz qabığının qəhrəmanlarına çevrildilər, podiumlarda gəzdilər və reklam kampaniyalarında rol aldılar. “Əsl dönüşünün 2024-cü ildə olacağını” iddia edən 42 yaşlı Adriana Lima da onlardan biridir.

"Düşünürəm ki, supermodellərin geri dönüşü oldu. Son vaxtlar mən təkcə 2000-ci illərin deyil, 80-90-cı illərin də çoxlu modellərinin gündəmdə olduğunu görürəm və düşünürəm ki, bu, gözəldir. Keçmiş modellərə belə diqqət onların parlaq şəxsiyyətləri və xarakteri ilə izah olunur. Hesab edirəm ki, biz artıq arıq, gənc və gözəl olmaq kimi tələblərdən tamamilə uzaqlaşırıq. Məncə, dünya hamıya yer açır və hər kəs özünəməxsusluğu ilə tanınır", - Adriana bildirib.

Yaşlı modellərlə bağlı sənayedəki dəyişikliklər də Adriananı sevindirir, çünki onun böyük qızı, 14 yaşlı Valentina model olmaq istəyir. "Düşünürəm ki, hər bir mərhələ mükəmməldir və modanın indi bunu qəbul etməsinə sevinirəm".

Adriana bu yaxınlarda xarici görünüşündə dəyişiklik etməsi haqqında səslənən iddialarına da səssiz qalmayıb.

"Bu, məni heç narahat etmir. Mən çox güclüyəm və düzünü desəm, çıxışımdan əvvəl özümə baxdım və özümü əla hiss etdim. Uşaqlarımın da yanında idim, onlar da mənə baxıb dedilər: "Ana! Sən çox gözəl görünürsən!"

Amma həmin axşam çəkilən fotolara baxanda çox təəccübləndim. Onları görəndə şoka düşdüm. Bu, mən deyiləm deyə düşündüm. Amma incimədim, gülməyim gəldi. İş ondadır ki, 16 yaşında deyiləm. 16 yaşımda modellik etməyə başladım, amma bir daha 16 yaşımda olmayacağam. 42 yaşım var və mən əvvəlki mənlərin hamısından xoşbəxtəm, çox xoşbəxtəm. Yaşımı qəbul edirəm və heç kim üçün dəyişməyəcəyəm", - model qeyd edib.

Modellik karyerasını bərpa etmək arzusunda olan ulduz sıradan bir həyat sürməyi xoşladığını etiraf edib:

"Mən olduqca normal bir həyat sürürəm və normal bir insanın etdiyi hər şeyi edirəm. Model olanda insanlar həmişə düşünür ki, bəzənib-düzənib gəzirsən, dizaynerlərin libaslarını geyinirsən, amma bu belə deyil. Supermarketə və ya uşaqları məktəbə aparanda insanlar məni görür, amma bunun həqiqətən mən olduğumdan əmin deyillər. Çaşıb qalırlar (gülür). Mən gündəlik həyatımdan zövq alıram, normal birinin etdiyi hər şeyi edirəm: uşaqları məktəbə aparır, götürür, supermarketə gedir, iti gəzdirirəm. Sadə şeylər və mən bundan həzz alıram".

Eyni zamanda, Lima qeyd edib ki, onun praktiki olaraq özünə ayırmağa boş vaxtı yoxdur və o, yalnız təyyarədə film izləyəndə istirahət edə bilir: "Əvvəllər çox meditasiya edirdim, amma indi buna vaxtım yoxdur. Andre ilə şam yeməyinə getməyə çətinliklə vaxt tapıram. Ona görə də 5 dəqiqə vanna otağına girib özümü oraya qapadıram və dua edərək meditasiya edirəm ki, uşaqlar qapını döyüb məndən heç nə istəməsinlər. Gələn il yenidən modelliyə qayıtmaqda qərarlıyam. Bu il mənim üçün çox şey oldu, amma mən bunu hələ mənim geri dönüşüm adlandırmazdım. Siz bunu görəcəksiniz. Hələlik ancaq bunu deyə bilərəm!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm