Qadın
Bu 4 faktor döş xərçənginin yaranmasına səbəb olur
Döş xərçəngi qadınlarda ən çox görülən xərçənglərdən biridir. Bu xəstəliyin inkişafına genetik meyl, yaş, həyat tərzi və ətraf mühit kimi bir sıra amillər səbəb ola bilər.
Publika.az xəbər verir ki, onkoloq, mammoloq, Rusiya Biotexnoloji Universitetinin Onkologiya kafedrasının baş müəllimi Aleksandr Soynov "Lenta.ru"ya risklər barədə ətraflı məlumat verib.
O, bildirib ki, döş xərçəngindən qorunmaq üçün hər kəsə uyğun bir üsul yoxdur, lakin bəzi vərdişlər onun meydana gəlmə şansını azaltmağa kömək edə bilər.
1. Genetik meyllilik
BRCA1 və BRCA2 genlərində, eləcə də digər genlərdə irsi mutasiyalar döş xərçənginin inkişaf riskini artıra bilər. Yaxın qohumlarında döş xərçəngi diaqnozu qoyulmuş qadınlarda da xəstəlik riski yüksəkdir.
2. Yaş
Qadın nə qədər yaşlı olarsa, döş xərçənginə tutulma ehtimalı bir o qədər yüksəkdir. Soynov qeyd edib ki, döş xərçəngi ən çox 50 yaşdan yuxarı qadınlarda rast gəlinir.
3. Həyat tərzi
Siqaret çəkmək, spirtli içki qəbul etmək, pis qidalanma və oturaq həyat tərzi də xəstəliyin riskini artıra bilər.
4. Ətraf mühit
Cərrah əlavə edib ki, kimyəvi maddələrə, radiasiyaya və digər ətraf mühit amillərinə məruz qalmaq da xərçəng risklərini artıra bilər.
"Fibroadenomalar və kistlər kimi süd vəzilərinin bu cür xoşxassəli formasiyalarının özləri çox nadir hallarda bədxassəli formalaşmaya çevrildiyini xatırlatmaq lazımdır. Lakin onların bəzi formalarının (məsələn, mürəkkəb kistlər) xərçəngə çevrilmə riski artır və buna görə də cərrahi müalicə tələb olunur", - onkoloq, mammoloq və Rusiya Biotexnoloji Universitetinin Onkologiya kafedrasının baş müəllimi Aleksandr Soynov qeyd edib.
Aytən
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?








































