Qadın
92 yaşlı model sağlamlıq sirrini bölüşdü: Görün nələr edir
Dünyanın ən yaşlı supermodeli, 92 yaşlı Karmen Dell Orefis sağlamlığının və gözəlliyinin sirlərini açıb.
Publika.az Britaniyanın "The Sun" nəşrinə istinadən xəbər verir ki, model 90-ı haqlamasına baxmayaraq, kifayət qədər əlçatan üsullar ona daha gənc görünməyə imkan verir. Onlar təkcə xarici cəlbediciliyi vurğulamağa deyil, həm də sağlam olmağa yönəlib. Onun səhər ritualına su, limon suyu və dəyəri çox baha olmayan probiotik qatıq daxildir. Bununla belə, o, hər gün çoxlu su içdiyini və aktiv həyat tərzi keçirmək üçün dostları ilə gəzintiyə çıxdığını deyib.
Yaşına görə kifayət qədər gənc görünən supermodel dəriyə qulluğundan da söz açıb, qadınları hər gün günəş kremindən istifadə etməyə və makiyajı minimuma endirməyə çağırıb.
"Bu yolla dəri daha yaxşı nəfəs ala biləcək. Əlimə düşən hər şeylə dərimi nəmləndirirəm, amma daxili orqanlarınıza qulluq etməsəniz, dəriyə çəkilən məhsul heç bir effekt verməyəcək", - Dell Orefis qeyd edib.
O, 15 yaşından bəri fitnes və zehni məşqlər ilə bədəninin elastikliyini qoruyur. Bundan əlavə, 92 yaşlı Karmen münasibətlərdə yaxınlığın vacibliyini qeyd edib.
"Həyatda zənginlik və həyəcan çox vacibdir" , - dünyanın ən yaşlı supermodeli vurğulayıb.
Bu məsləhətləri, modeli təkcə gözəllik simvolu deyil, həm də həyat boyu sağlamlığı və harmoniyanı qorumaq üçün ilham mənbəyi kimi görən pərəstişkarları da böyük coşğu ilə qarşılayıblar.
“Karmen lütfün, gözəlliyin və incəliyin təcəssümüdür. Onda sevilməyən nə var?”, “Təkcə onun üzü deyil! Duruşu, hərəkətləri də cavandır”, - izləyicilər qeyd ediblər.
Aytən
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar













.jpg)




.webp)



















