61 yaşlı məşhur bu yolla cavanlaşdı - FOTO
Bizi izləyin

Qadın

61 yaşlı məşhur bu yolla cavanlaşdı - FOTO

Aktrisa Demir Mur həmişə qəşəng bədəni və baxımlı görünüşü ilə dünyanı heyran edib. Bununla belə, etiraf etmək lazımdır ki, illər ərzində təkcə öz üzərində işləmək deyil, həm də mütəmadi olaraq müraciət etdiyi çoxsaylı plastik əməliyyatlar onun gözəlləşməsinə kömək edib.

Publika.az oxucuları Demi Murun gözəllik sirləri ilə tanış edib.

2023-cü ilin noyabrında Demi Mur 61 yaşını qeyd etsə də, etiraf etməliyik ki, yaşından çox gənc görünür. Bunun sirri süd vannaları deyil, çoxsaylı plastik əməliyyatlardır. Aktrisa onlarla fəxr edir, üzünü gərmə, diz liposaksiya, təkrar mammoplastika, blefaroplastika əməliyyatları etdirdiyini gizlətmir. Ümumilikdə o, gözəlliyinə 400 min dollar (680 min manat) yatırıb.

Şərh etmədiyi, hətta uğursuz makiyajla örtməyə çalışdığı yeganə dəyişiklik 2021-ci ildə "Fendi" şousunda "balıq" yanaq forması idi. Bu, pərəstişkarlarını sözün əsl mənasında şoka saldı, çünki onu daha yaşlı və qəribə göstərirdi. O zaman internetdə izləyiciləri ulduzun qəribə görkəmini müzakirə etməyə başladılar.

Bu rezonanslı hadisədən dərhal sonra Mur sanki tamam dəyişdi. Hollivud ulduzu sağlam qidalanma ilə fəal şəkildə məşğul olmağa başladı, idman zalına yazıldı, günə gimnastika və qaçışla başlamağa qərar verdi, həftədə üç dəfə üzgüçülüyə yazıldı, nəticə göz qabağında idi. Hər ay o, getdikcə daha çox gözəlləşdi, cavanlaşdı və incə oldu. Və bu gün onun yeni fotolarını görən internet istifadəçiləri deməyə söz tapmır. Son zamanlar Murun hər yeni çıxış əvvəlkindən daha çox marağa səbəb olur. Bu yaxınlarda onun Nyu Yorkdakı Müasir İncəsənət Muzeyində "Feud: Capote vs. the Swans" filminin yeni mövsümünün qalasında iştirakı hamını sevindirdi. 61 yaşlı aktrisa gecəyə ağ-qara lələklərdən və biserlərdən hazırlanan qu quşu formalı "Balmain" libasında gəlmişdi. O, obrazını “Cartier” brendinin 18 karatlıq ağ qızıldan hazırlanmış zinət əşyaları ilə tamamlamışdı.

Demi yeni görünüşü ilə pərəstişkarlarını bir daha valeh edib. Ötən həftə paparazzilər onu Nyu-York küçələrində kişi kostyumunda lentə alıblar. Yeri gəlmişkən, bu stil indi gənc qızlar arasında çox populyardır. Bir çox qadınlar bu üslubun yaşlarına uyğun olmadığına inanır. Bununla belə, Demi bir daha öz timsalında inamla bəyan edir ki, heç də belə deyil, hətta altımış yaşından sonra da dar, qısa və seksual geyimləri geyinə bilərsiniz. Əsas odur ki, vulqar və gülünc görünməyin, obrazın detallarını düzgün tərtib edin. Yadda saxlayın ki, düzgün və dəbli geyim də cavan görünməyin başqa bir yoludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm